Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edir

posted in: Vergi, Xəbər | 0

Azərbaycan Respublikasının Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edir

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır. Müsabiqəyə sənəd qəbulu Vergilər Nazirliyinin saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə 20.09.2019-cu il tarixdən saat 10:00-dan 07.10.2019-cu il saat 24:00-dək həyata keçiriləcək.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələblər

  • Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik şəxslər (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır);
  • Yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir);
  • MBA proqramı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna müvafiq Komissiya tərəfindən baxılaraq qərar verilir.

Tələb olunan sənədlər

  • Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq doldurulan elektron ərizə forması;
  • Sağlamlıq haqqında tibbi arayış;
  • Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti;
  • Məhkumluğun olmaması barədə arayışın surəti;
  • Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti.
  • Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqədə iştirak

  • Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır. Ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.
  • Namizədlər internet vasitəsilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
  • Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqlar.

İmtahanın keçirilməsi

  • Elektron ərizə vermiş namizədlər 23.10.2019-cu il tarixdən imtahana buraxılış vərəqələrini Dövlət İmtahan Mərkəzinin internet saytından şəxsiyyət vəsiqəsinin nömrəsini, FİN kodunu daxil etməklə çap etməli. İmtahana daxil olmaq üçün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini namizəd özü ilə gətirməlidir.
  • Müsabiqənin test imtahanı mərhələsi 26.10.2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.
  • Test imtahanı mərhələsinin suallarını əhatə (məntiq sahəsi üzrə suallar istisna olunmaqla) edən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilmişdir.

Üstünlük verilən namizədlər

  • Xarici dil biliklərinə və elmi dərəcəyə malik olanlar;
  • Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olanlar.

Aşağıdakı hallarda vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:

  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilənlər;
  • üzərindən məhkumluğu götürülməyənlər və ya ödənilməyənlər;
  • Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergilər Nazirliyi müsabiqə işə qəbul

Vakansiya: Mühasib-operator tələb olunur

Vakansiya Mühasib-operatorVakansiya: Mühasib-operator / İşəgötürən: Atmosphere Lounge and Restaurant

  • Əmək haqqı: 500 – 600 AZN.
  • Şəhər: Bakı
  • Yaş: 22 – 40 yaş
  • Cins: Kişi
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@atmosphere.az / info@finstaff.az

 

 

Vakansiya barədə məlumat

– İdarənin nizamnaməsi əsasında uçot işlərinin aparılması
– Təşkilatlarla tələb olunan müqavilələrin aidiyyəti üzrə bağlanması
– Logex proqramla işləmək (anbar, satış və s.bölümlərdə sərbəst işlərin aparılması)
– Logex proqram üzrə hesabatların çıxarılması
– Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və keyfiyyətli icra etmək
– İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 18:00-dək
– Əmək haqqı: 500-600 AZN

Mühasib-operator üçün tələblər

– Təhsil: Ali
– Minimum 1 il əlaqəli iş təcrübəsi
– Sərbəst azərbaycan dili, rus dili arzuolunandır
– Kompüter bilikləri : Excell, Word
– Yaş 22-40
– Cinsi: Kişi

Cv-zi vakansiyanı qeyd edərək hr@atmosphere.az / info@finstaff.az göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Mühasib-operator

Sadələşdirilmiş verginin ödəyiciləri risklərdən necə yan keçə bilər

posted in: Vergi, Xəbər | 0

Sadələşdirilmiş verginin ödəyiciləri risklərdən necə yan keçə bilər…

sadələşdirilmiş vergi

2019-cu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də bəzi vergi ödəyicilərinin sadələşdirilmiş vergi ödəmək hüququnun məhdudlaşdırılması ilə bağlı olub. Bu məsələ Vergi Məcəlləsinin 218-ci maddəsi ilə tənzimlənir.

Məcəllənin 218.5.8-ci maddəsinə əsasən, istehsal sahəsində fəaliyyət göstərən şəxslərin işçi sayı 10 nəfərdən çox olduğu halda, həmin vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirir. Məcəllənin 218.5.10-cu maddəsi isə xidmət sahəsində fəaliyyət göstərən şəxslərin vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərə xidmət göstərdiyi halda sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu məhdudlaşdırır. Bəs bu məqamlar təcrübədə necə əks olunur?

İqtisadçı ekspert Vüqar Mirheydərovun sözlərinə görə, bəzi vergi ödəyiciləri Vergi Məcəlləsində edilmiş dəyişiklikləri nəzərə almadan mənfəət vergisinə keçməli olduğu halda, vergi orqanlarına sadələşdirilmiş vergi bəyannamələrini təqdim etməkdə davam edirlər: “Bunu onunla əsaslandırmağa çalışırlar ki, vergi orqanları onlara mənfəət vergisinə keçirilməsi barədə heç bir məktub göndərməyib. Buna cavab olaraq bir misal gətirmək istərdim.

Fərz edək ki, ilin hər hansı bir ayında sizin 12 aylıq dövriyyəniz 200.000 manatı aşıb. Məgər siz vergi orqanlarından ƏDV qeydiyyatına alınmağınız barədə məktub gözləyəcəksiniz, yoxsa özünüz ƏDV qeydiyyatına durmaq üçün onlara məktub yazacaqsınız? Sözsüz ki, ikinci variantı seçəcəksiniz. Bəs niyə mənfəət vergisinə keçid barədə başqa fikirdəsiniz?”

Yaranmış vəziyyəti real qiymətləndirməyi təklif edən V. Mirheydərov qeyd edib ki, həm vergi ödəyicilərinin qeydiyyat zamanı seçdiyi vergi sistemi, həm onun işçiləri haqqında məlumat, həm də təqdim etdiyi elektron qaimə-fakturalar vergi orqanlarının məlumat bazasındadır. Bu, o deməkdir ki, vergi orqanları həmin vergi ödəyicilərinin qanun pozuntularını üzə çıxara bilir: “Vergi orqanlarının işinin çox olduğunu nəzərə alsaq belə, bunun maksimum ilin axırına kimi uzana biləcəyini proqnoz edə bilərik. Odur ki, növbəti ilin yanvar-mart aylarında Vergilər Nazirliyi xəbərdarlıq və bildirişləri göndərib, vergi ödəyicilərinin təqdim etdiyi hesabatların heç nəyə yaramadığını bildirəndə və mənfəət-zərər bəyannaməsi tələb edəndə gərək heç kəs təəccüblənməsin. Hesabat təqdim olunduqdan sonra isə vergi öhdəlikləri yenidən hesablanaraq ödənilməmiş hissələrinə görə hər günə 0,1 faiz cərimə hesablanacaq”.

Ekspert bütün bu riskləri nəzərə alaraq, sadələşdirilmiş vergi bəyannaməsini göndərən şəxslərə məsləhət görüb ki, Vergi Məcəlləsinin 218-ci maddəsinin ayrı-ayrı bəndlərini diqqətlə təhlil edib fəaliyyətlərinin bu maddələrdə sadalanan fəaliyyət növləri arasında olub-olmamasını bir daha yoxlasınlar:

“Əgər fəaliyyət göstərdiyiniz sahə bu maddələrdən birinə uyğun gəlirsə, indidən lazımi tədbirləri görün: Bəyannamələri təqdim edin. Cərimələri ödəyin. Gəlir və xərclərin Vergi Məcəlləsində müəyyən olunmuş qaydada aparılmasını təmin edin. Və rahat biznesinizə davam edin. Hər halda, ziyanın yarısından qayıtmaq da xeyirdir”.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
sadələşdirilmiş vergi

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payının və səhmlərinin təqdim olunması zamanı mənfəət vergisinin hesablanması

posted in: Vergi, Xəbər | 0

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payının və səhmlərinin təqdim olunması zamanı mənfəət vergisinin hesablanması

Vergi Məcəlləsinin 104.6-cı maddəsinə əsasən hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddəsinin tətbiqinin əsas məqsədi hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən həm yuxarı qiymətə, həm də aşağı qiymətə təqdim edildikdə mənfəət vergisinin hesablanması qaydasını müəyyən etməkdir. Məcəllənin 104.6-cı maddəsinə uyğun olaraq müəssisənin səhmlərinin təqdim olunması zamanı iki məqama diqqət etmək lazımdır.

1. Müəssisənin səhmlərinin dəyəri xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən yuxarı olmaqla təqdim edildikdə həmin səhmlərin təqdim olunmasından əldə edilən mənfəət səhmlərin faktiki təqdim olunma dəyəri ilə nominal dəyəri arasındakı fərq kimi hesablanır.

Misal 1. Tutaq ki, müəssisənin nizamnamə kapitalı hər birinin nominal dəyəri 400 manat olan 5 ədəd səhmdən ibarət olmaqla 2.000 manat təşkil edir. Müəssisənin il ərzində bölüşdürülməmiş mənfəəti 4.000 manat olmuşdur ki, nəticədə xalis aktivlərin dəyəri 6.000 manat (2.000 + 4.000 = 6.000) təşkil etmişdir. 2019-cu ildə müəssisənin səhmlərindən üçü hər birinin qiyməti 1.400 manata təqdim edilmiş və həmin səhmlərin vergi ödəyicisinin mülkiyyətində olma müddəti 3 (üç) ildən azdır. Müəssisənin mənfəət vergisini müəyyən edək.

Müəssisənin səhmlərinin təqdim edilməsindən əldə edilən ümumi gəlirlər və bu gəlirlərdən mənfəət vergisi aşağıdakı kimi hesablanacaq. Həmin hesablamaya əsasən xalis aktivlərin səhmlərə mütənasib dəyəri 1.200 manat (6.000 manat/ 5 ədəd = 1.200 manat) təşkil edəcəkdir.

Misaldan göürdüyü kimi, 2019-cu ildə müəssisənin səhmlərindən üçü hər birinin qiyməti 1.400 manat, yəni hər biri xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən 200 manat (1.400 – 1.200 = 200 ) yuxarı olmaqla təqdim edilmişdir. Bu halda, həmin səhmlərin təqdim olunmasından əldə edilən mənfəət səhmlərin faktiki təqdim olunma dəyəri 1.400 manat ilə nominal dəyəri olan 400 manat arasındakı fərqdən hesablanmaqla 3.000 manat ( 1.400 manat x 3 – 400 manat x 3 = 3.000 manat) olduğunu müəyyən edirik və bu mənfəətdən də 600 manat ( 3.000 x 20% = 600 manat) mənfəət vergisi hesablanır.

2. Müəssisənin səhmlərinin dəyəri xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən aşağı olmaqla təqdim edildikdə həmin səhmlərin təqdim olunmasından əldə edilən mənfəət təqdim olunan səhmlər üzrə xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyəri ilə qeyd edilən səhmlərin nominal dəyəri arasındakı fərq kimi hesablanır.

Misal 2. Tutaq ki, müəssisənin nizamnamə kapitalı hər birinin nominal dəyəri 300 manat olan 5 ədəd səhmdən ibarət olmaqla 1.500 manat təşkil edir. Müəssisənin il ərzində bölüşdürülməmiş mənfəəti 2.000 manat olmuşdur ki, nəticədə xalis aktivlərin dəyəri 3.500 manat (1.500 + 2.000 = 3.500 ) təşkil etmişdir. 2019-cu ildə müəssisənin səhmlərindən ikisi hər birinin qiyməti 600 manata təqdim edilmiş və həmin səhmlərin vergi ödəyicisinin mülkiyyətində olma müddəti 3 (üç) ildən azdır. Müəssisənin mənfəət vergisini müəyyən edək.

Müəssisənin səhmlərinin təqdim edilməsindən əldə edilən ümumi gəlirlər və bu gəlirlərdən mənfəət vergisi aşağıdakı kimi hesablanacaq. Hesablamaya əsasən, xalis aktivlərin səhmlərə mütənasib dəyəri 700 manat (3.500 manat/ 5 ədəd = 700 manat) təşkil edəcəkdir.

Misaldan göründüyü kimi, 2019-cu ildə müəssisənin səhmlərindən ikisi hər birinin qiyməti 600 manat, yəni hər biri xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən 100 manat (700 – 600 = 100) aşağı olmaqla təqdim edilmişdir. Bu halda həmin səhmlərin təqdim olunmasından əldə edilən mənfəət təqdim olunan səhmlər üzrə xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyəri 700 manat ilə qeyd edilən səhmlərin nominal dəyəri olan 300 manat arasındakı fərqdən hesablanmaqla 800 manat ( 700 manat x 2 – 300 manat x 2 = 800 manat) olduğunu müəyyən edirik və bu mənfəətdən də 160 manat (800 x 20% = 160 manat) mənfəət vergisi hesablanır.

Sonda onu da qeyd edək ki, müəssisə iştirak paylarını və ya səhmləri nominal qiymətindən yuxarı qiymətə almışdırsa, həmin iştirak paylarını və ya səhmləri təqdim edən zaman gəlirdən çıxılan xərci bu aktivlərin faktiki satınalma qiyməti olacaqdır.

Misal 3. Fərz edək ki, müəssisə nominal qiyməti 1.000 manat olan səhmi 1.200 manata almışdır. Müəssisə bu səhmi təqdim edən zaman gəlirdən çıxılan xərci səhmin faktiki satınalma qiyməti (1.200manat) olacaqdır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
hüquqi şəxs