Əmək müqaviləsinə xitam verilərkən müavinətdən tutulmalar olmalıdır?

Əmək müqaviləsinə xitam verilərkən müavinətdən tutulmalar olmalıdır?

Sual:

Əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70 “a” (ləğv etmə) bəndi ilə xitam verilərkən ödənilən İşdənçıxma müavinəti vergi, sosial sığorta və 0.5 % işsizlik tutumuna cəlb olunurmu?

Cavab:

Əmək Məcəlləsinə müvafiq ödənilən təminatların gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində yalnız işçilərin sayı və ya ştatların ixtisar edildiyi hallara şamil edildiyindən, həmin vergi güzəştinin müəssisə ləğv edildiyi zaman işçiyə ödənilən müavinətlərə tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır və ümumi qaydada gəlir vergisinə cəlb olunur.

Müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dovlət sosial sığorta və işsizlikdən sığorta haqqına cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 98.1-ci və 102.1.4-cü maddələri, Əmək Məcəlləsinin 70-ci və 77-ci maddələri.

Mənbə: taxes.gov.az

Həmçinin bax:
Hansı halda təsisçiyə dividend mütləq onun bank hesabına ödənilməlidir?
Mikro Sahibkarlıq subyektlərində Orta siyahı sayı necə hesablanır?

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Əmək müqaviləsinə xitam

Mikro Sahibkarlıq subyektlərində Orta siyahı sayı necə hesablanır?

posted in: sual-cavab, Xəbər | 0

Mikro Sahibkarlıq subyektlərində Orta siyahı sayı necə hesablanır?

Sual:

Mikro Sahibkarlıq subyektində işçilərin orta siyahı sayı 1-10 nəfər olmalıdır. Bilmək istərdimki işçilərin orta siyahı sayının hesablanma qaydası necədir?

Cavab:

Bildiririk ki, “Mikro, kiçik, orta və iri Sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın məqsədləri üçün işçilərin orta siyahı sayı hesabat ilinin ayları üzrə işçilərin sayı toplanaraq 12-yə bölmək yolu ilə hesablanır.

Vergi ödəyicisi il ərzində fəaliyyətini dayandırdıqda isə, vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi aylar üzrə işçilərin sayı toplanaraq həmin ayların sayına bölünmə yolu ilə müəyyənləşdirilir.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mikro Sahibkarlıq Orta siyahı sayı

Vakansiya: Mühasib tələb olunur

Vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Mətanət A

  • Şəhər: Bakı
  • Yaş: 25 – 50 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Ələkbər Bədəlov
  • Telefon: (012) 404 14 34 / (050) 208 66 95
  • E-mail: hr@matanata.com / info@finstaff.az
  • Əmək haqqı: 600 – 700 AZN.
Vakansiya barədə məlumat

– Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
– Müəssisədə yazılmış maliyyə sənədlərin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
– Mühasibatlığa aid müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və sair) yerinə yetirmək;
– İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək və onları hesabı emala hazırlamaq;
– Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək
– İş saatı: 09-00-dan 18-00-dək;
– İstirahət: Şənbə və bazar günü.

Mühasib üçün tələblər

Təhsil: Ali (İqtisadi)
İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan;
Yaş həddi: 25-50 yaş;
Dil bilikləri: Azərbaycan və Rus dili;
Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi.

Şəxsi keyfiyyətləri:
– İşə planlı yanaşmaq bacarığı;
– Yüksək ünsiyyət bacarığı;
– Nitq mədəniyyəti;
– Təmkinlilik, etibarlılıq, özünə inamlı;
– Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Qeyd:
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Mühasib

Vakansiya: Baş Mühasib – BERC Group

Baş mühasib vakansiyaVakansiya: Baş Mühasib.

İşəgötürən: BERC Group MMC.

  • Şəhər: Bakı
  • Yaş: 24 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Rəşad Ağayev
  • Telefon: (012) 555-14-85 / (050) 555-14-85
  • E-mail: hr@bercgroup.az / info@finstaff.az
  • Əmək haqqı: 1500 – 2000 AZN.
İş barədə məlumat

– İş qrafiki: həfət içi 09:00-dan 18:00-dək.

Qeyd: Sabit əmək haqqı 1500 AZN. İş yükündən və nəticədən asılı olaraq əmək haqqına 500 AZN-ə qədər əlavə bonuslar olacaqdır.

CV-lərinizi fotoşəkil ilə birlikdə hr@bercgroup.az / info@finstaff.az elektron ünvana Baş Mühasib başlığı altında göndərməyiniz mütləqdir.

Namizədə tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
– Analitik qabiliyyətə, ünsiyyət və idarəetmə təcrübəsinə malik olmaq
– Analoji sahədə 2 illik iş təcrübəsinə malik olmaq
– Mühasibat Uçotu üzrə yüksək biliklər (ACCA, CİMA və digər sertifikatların olması üstünlükdür)
– Vergi və Kadr uçotu üzrə biliklərə sahib olmaq
– 1C proqramını yüksək səviyyədə bilmək
– Məsuliyyətli, təşəbbüskar və innovativ olmaq
– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına və davranış keyfiyyətlərinə malik olmaq
– Xarici dil bilikləri (Rus və İngilis dili) olan namizədlərə üstünlük veriləcək

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
baş mühasib, vakansiya