Mühasib tələb olunur

Vakansiya MühasibVakansiya: Mühasib

İşəgötürən: Azinterservice Co

Əmək Haqqı: 700 – 800 AZN

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • Cins: Fərqi yoxdur
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Nigar Vəlibəyova

Vakansiya barədə məlumat

– Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
– Vergi orqanları ilə yazışmalar
– Vergi və mühasibat uçotunun aparılması
– Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, qayimələri, aktları tərtib etmək
– İşçilərin əmək haqqlarını və digər ödənişlərini hesablamaq
– Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına daxil edilməsini təmin etmək
– Təşkilatlara vergi hesab- fakturalarını yazmaq və təqdim etmək
– Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlamaq, müvafiq hesablar planına işləmək
– İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək
– AR Vergi Məcəlləsinə uyğun vergi uçotunun aparılması və hesabatlığı
– Pul vəsaitlərinin, əmtəə- maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək
– Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icra etmək
– İş saatı: 09:00-dan 18:00-dək
– İş rejimi: Həftənin 6 günü; istirahet günü – bazar
– İş yeri: Babək Plaza

Mühasib üçün tələblər

– Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi
– Kompüter bacarığı: MS Office, 1C
– Yaxşı Azərbaycan, İngilis və Rus dilləri bacarığı
– Əla ünsiyyət, planlaşdırma və təşkilatçılıq, problemlərin həlli bacarıqları
– Təşəbbüskarlıq, komanda yönümlülük, şirkətə sadiqlik

CV-lərinizi n.valibayova@azinterservice.az / info@finstaff.az ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Mühasib

Məşğul əhalinin sayı artıb

posted in: Uncategorized | 0

Məşğul əhalinin sayı artıb

İlkin məlumatlara əsasən 2019-cu il sentyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 191,2 min nəfər olub. Onlardan 4 milyon 939,1 min nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu il avqustun 1-nə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 180,1 min nəfər təşkil edib.

2019-cu il avqustun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 613,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 902,4 min nəfər, qeyri-dövlət sektorunda isə 711,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1579,1 min nəfər çalışıb.

2019-cu il sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı isə 70,9 min nəfər olub. Onların 35,3 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub. Bakıdan sonra ən çox işsiz şəxslər Sumqayıt, Şəmkir , Agdam və Salyanda qeydə alınıb. İşsizlikdən sığorta ödənişi alanların sayı isə Bakı istisna olmaqla ən çox Sumqayıt, Gəncə, Mingəçevir, Qubadlı və Zəngilanda olub. İqtisadi zonalar üzrə bölgüdə işsizlikdən sığorta ödənişi ən çox Bakı, Aran zonası, Abşeron və Kəlbəcər-Laçın zonasındakı işsiz vətəndaşlara verilib.

İşsiz şəxslərin sayı, nəfər onlardan

işsizlikdən sığorta ödənişi alanlar

Ölkə üzrə – cəmi 70.947 638
Bakı şəhəri 28.980 385
Abşeron iqtisadi rayonu 6.956 56
Gəncə-Qazax iqtisadi rayonu 10.528 36
Şəki-Zaqatala iqtisadi rayonu 2.328 15
Lənkəran iqtisadi rayonu 3.078 10
Quba-Xaçmaz iqtisadi rayonu 2.828 10
Aran iqtisadi rayonu 9.090 70
Yuxarı Qarabağ iqtisadi rayonu 3.612 8
Kəlbəcər-Laçın iqtisadi rayonu 1.423 41
Dağlıq Şirvan iqtisadi rayonu 2.124 7
Naxçıvan Muxtar Respublikası

 

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
məşğul əhali

ARDNF-nin üçillik maliyyə fəaliyyətinin auditini aparacaq şirkət müəyyənləşib

posted in: Xəbər | 0

ARDNF-nin üçillik maliyyə fəaliyyətinin auditini aparacaq şirkət müəyyənləşib

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan verilən məlumata görə, xidmət təklifləri sorğusuna əsasən, Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş “PricewaterhouseCoopers Audit Azerbaijan” (PwC) şirkəti müsabiqənin qalibi müəyyən edilib. Və Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Prezidenti tərəfindən ARDNF-nin 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ARDNF

Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib

Azərbaycan Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib.

Bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” qərarında dəyişiklik edib.

Baş Nazir Novruz Məmmədovun təsdiqlədiyi dəyişikliyə əsasən, Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturuna daxil edilib:

1. “İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsi.

2. Vergi inzibatçılığının tədrisi şöbəsi.

3. Vergi qanunvericiliyinin tədrisi şöbəsi.

4. Elm, innovasiya və əməkdaşlıq şöbəsi.

5. Maliyyə, təminat və mühasibat uçotu şöbəsi.

6. Tədris və metodika şöbəsi.

7. Layihələrlə iş və inkişaf bölməsi.

8. Keyfiyyət təminatı bölməsi.

İndiyədək isə struktur belə idi:

1.İqtisadiyyat və menecment kafedrası

2.Vergi metodologiyası kafedrası

3.Vergi qanunvericiliyi və təsərrüfat hüquqi kafedrası

4.Elmi tədqiqat bölməsi

5.Tədris və metodika şöbəsi

6.Maliyyə və təsərrüfat şöbəsi

7.Mühasibat

Tam mətn aşağıdakı kimidir:

“Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 375; 2007, № 2, maddə 201; 2008, № 1, maddə 46; 2011, № 8, maddə 783; 2017, № 10, maddə 1901; 2018, № 3, maddə 608, № 9, maddə 1938) aşağıdakı dəyişikliklər edilsin:

  1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnaməsi” üzrə:

1.1. 1.3-cü bəndə “şəxslərinin” sözündən sonra “və digər əməkdaşların, habelə bağlanılmış müqavilə əsasında müxtəlif sahələrdə çalışan şəxslərin, tələbələrin (bundan sonra – Mərkəzin dinləyiciləri)” sözləri və “təkmilləşdirilməsini” sözündən sonra “, yenidən hazırlanmasını” sözləri əlavə edilsin;

1.2. 1.4-cü bənd üzrə:

1.2.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“Mərkəzin dinləyicilərinin ödənişli və ödənişsiz əsaslarla vergi işinin təşkili və iqtisadi fəaliyyət sahəsində peşə hazırlığının təkmilləşdirilməsi, yenidən hazırlanması və ixtisaslarının artırılması;”;

1.2.2. beşinci abzas ləğv edilsin.

1.3. Aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:

“1.8. Mərkəz fəaliyyətini Bakı şəhərində və Şamaxı rayonunda həyata keçirir.”;

1.4. 2.1-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin: “Mərkəzin dinləyicilərinin peşə hazırlığının təkmilləşdirilməsini, yenidən hazırlanmasını və ixtisaslarının artırılmasını həyata keçirir;”;

1.5. 3.1-ci bəndin ikinci abzası ləğv edilsin və üçüncü abzasından “göstərilən” sözü çıxarılsın;

1.6. 3.2-ci bəndin üçüncü abzasında “təhsil və elmi tədqiqat və maliyyə-təsərrüfat sahələri üzrə rəis müavinləri“ sözləri “müavini” sözü ilə əvəz edilsin;

1.7. 3.4-cü bənd üzrə:

1.7.1. ikinci abzasda “kafedra müdirləri, elmi tədqiqat bölməsinin, tədris və metodika şöbəsinin rəhbərləri” sözləri “şöbə və bölmə rəisləri” sözləri ilə əvəz edilsin;

1.7.2. beşinci abzasda “kafedra müdirlərini” sözləri “şöbə və bölmə rəislərini” sözləri ilə əvəz edilsin;

1.7.3. altıncı abzasda “kafedralarının, elmi tədqiqat bölməsinin, tədris və metodika şöbəsinin, maliyyə və təsərrüfat şöbəsinin və digər bölmələrinin” sözləri “şöbə və bölmələrinin” sözləri ilə əvəz edilsin;

1.7.4. yeddinci abzasda “rəhbərlərinin” sözü “rəislərinin” sözü ilə əvəz edilsin;

1.7.5. doqquzuncu abzasdan “kafedraların,” sözü çıxarılsın.

1.8. 4.1-ci bəndə “şəxslərinin” sözündən sonra “və digər əməkdaşların” sözləri əlavə edilsin.

1.9. 4.11-ci bənddə “dinləyicilərin” sözü “vergi orqanlarının vəzifəli şəxslərinin və digər əməkdaşların peşə hazırlığının təkmilləşdirilməsinə,” sözləri ilə, “mütəxəssislərin” sözü “şəxslərin, tələbələrin vergi işinin təşkili və iqtisadi fəaliyyət sahəsində peşə hazırlığının təkmilləşdirilməsi, yenidən hazırlanması və” sözləri ilə əvəz edilsin və həmin bəndə “razılaşdırılmaqla” sözündən sonra “bağlanılmış” sözü əlavə edilsin.

1.10. 5.6-cı bənddən “kafedralarda,” sözü çıxarılsın və həmin bəndə “şöbələrdə” sözündən sonra “və bölmələrdə” sözləri əlavə edilsin.

1.11. 7.1-ci bənddə “müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasından” sözləri “həyata keçirilən təlim, kurs, konfrans, seminar, forum və digər tədbirlərdən,” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu” aşağıdakı redaksiyada verilsin:

  1. “İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsi.
  2. Vergi inzibatçılığının tədrisi şöbəsi.
  3. Vergi qanunvericiliyinin tədrisi şöbəsi.
  4. Elm, innovasiya və əməkdaşlıq şöbəsi.
  5. Maliyyə, təminat və mühasibat uçotu şöbəsi.
  6. Tədris və metodika şöbəsi.
  7. Layihələrlə iş və inkişaf bölməsi.
  8. Keyfiyyət təminatı bölməsi.”.

Azərbaycan Respublikasının
Baş Naziri          Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergilər Nazirliyi Tədris