ƏDV hesabatı “0” dərəcəyə görə necə verilməlidir?

posted in: Vergi, Xəbər | 0

ƏDV hesabatı “0” dərəcəyə görə necə verilməlidir?

ƏDV ödəyicisi olan müəssisənin müştərilərinin əksəriyyəti vergiyə “0” faiz dərəcəsi ilə cəlb olunur. Müəssisə bu halda ƏDV hesabatını “0” dərəcəyə görə verdikdə hansı addımları atmalıdır? “0” faiz dərəcəsi üzrə sertifikatı necə icra etməlidir?

Suallarla bağlı Vergilər Nazirliyinin şərhində bildirilib ki, hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən, podratçı tərəfin və onun xarici subpodratçısının Saziş çərçivəsində gördükləri işlərin və göstərdikləri xidmətlərin Əlavə Dəyər Vergisindən azad olunmasını və yaxud sıfır (0) faiz dərəcə ilə cəlb edilməsini onlara verilən “Sıfır faiz (0%) dərəcəsi ilə Əlavə Dəyər Vergisinə cəlb olunma haqqında Sertifikat (Şəhadətnamə)” təsdiq edir.

Odur ki, Vergilər Nazirliyi tərəfindən Əlavə Dəyər Vergisindən azad olunma barədə sertifikat verilmiş vergi ödəyicisi karbohidrogen fəaliyyəti ilə bağlı digər vergi ödəyicisindən mal alarkən təqdim olunan sertifikatın surətinə əsasən alınan malların dəyərinə Əlavə Dəyər Vergisi sıfır (0) faiz dərəcəsi ilə tətbiq olunmalıdır.

Qeyd olunan əməliyyatlar Əlavə Dəyər Vergisi bəyannaməsinin 302 kodlu “ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin C1 xanasında dövriyyə məbləği Əlavə Dəyər Vergisiz, C4 xanasında isə Əlavə Dəyər Vergisinə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunan əməliyyatların ümumi dövriyyədə xüsusi çəkisi faizlə (%) yazılır və eyni zamanda bu sətrin dövriyyə açıqlaması bəyannamənin 4 №-li Əlavəsində verilir.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
“0” dərəcə ƏDV hesabatı EDV

Dividend gəlirinin mənfəət vergisinə cəlb edilməsi

posted in: Vergi, Xəbər | 0

Dividend gəlirinin mənfəət vergisinə cəlb edilməsi.


Sual: Rezident müəssisə xarici şirkətdə sahib olduğu iştirak payına görə dividend əldə edir. Həmin dividend gəliri Azərbaycan Respublikasında mənfəət vergisinə cəlb olunurmu?

Cavab: Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Qeyd olunanlara əsasən, rezident müəssisənin Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəliri Azərbaycanda mənfəət vergisinə cəlb olunur.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
dividend mənfəət

1500 AZN əmək haqqı ilə Baş Mühasib tələb olunur

Baş Mühasib VakansiyaVakansiya: Baş Mühasib

İşəgötürən: AGA Group

Əmək Haqqı: 1000 – 1500 AZN

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Təhsil: Ali
  • Cins: Fərqi yoxdur
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: HR

 

Vakansiya barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
– Vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
– Debitor və kreditor hesablaşmaların aparılması;
– Əmək haqqı, məzuniyyətlərin hesablanması;
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
– Mal-materialların uçotunun aparılması;
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
– AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
– İş yeri: Demirchi Tower
– Əmək haqqı: 1000-1500 AZN

Baş Mühasib üçün tələblər

– Yaş həddi: 25-45;
– Bank və ya BOKT sahəsində 5 ildən artıq iş təcrübəsi;
– Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
– 1C (8.3) proqramında işləmək bacarığı;

vakansiya@agagroup.az / info@finstaff.az – ünvanına daxil olaraq müvafiq vakansiya üzrə öz CV nizi bizə göndərə bilərsiniz.

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Baş Mühasib Vakansiya

Estoniya vergi sistemi haqqında bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Estoniya vergi sistemi haqqında 

1-ci hissə

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Estoniyan vergi sistemi haqqında danışacağıq.

Eston vergi sisteminin unikallığı ondadır ki, bu ölkədə hüquqi şəxslərdən gəlir vergisi tutulmur. Daha dəqiq desək, formal olaraq həmin vergi növü mövcuddur, amma, 0% təşkil edir. Sözsüz ki, bu eston şirkətlərini faydalılıq baxımından digər Avropada olan şirkətlərdən fərqləndirir və mahiyyətcə onları onşor (onshore-ingilis sözü olub, “sahil hüdudunda” mənasını verir).

Əgər, siz VAT nömrəsi olmadan (vergi ödəyicisi nömrəsi VÖEN) malları və xidmətləri Estoniya ərazisində deyil,  AB-dən olan  fərdi şəxslərə və ya şirkətlərə satırsınızsa, onda tarif 0% təşkil edir. Əgər, yerli (eston) işçi-rezidentə əmək haqqı ödəmirsinizsə, sizdən ötrü bu əsasda da vergi yaranmır. Eston şirkətinin idarə heyətinin üzvünə əmək haqqı ödəmək öhdəliyi yoxdur və əgər, siz yığılmış mənfəəti paylaşdırmasanız, bu zaman da vergi ödəmirsiniz!

2018-ci il üçün Estonoyada ödənilən əsas vergilər:

  • müəssisələrdən mənfəət vergisi – 0%
  • dövriyyədən vergi – 20%
  • sosial vergi tarifi – 33%
  • gəlir vergisi – 20%
  • dividendlərdən tutulan gəlir vergisi – 20/80
  • işsizliyə görə vergi (işçi) – 1,6%
  • işsizliyə görə vergi (işə götürən) – 0,8%
  • pensiya yığım fondu 2-ci dərəcə – 2%
  • 2018-ci il yanvarın 1-dən gəlir vergisinə cəlb edilməyən məbləğ – ayda 500 avro
  • 2018-ci il yanvarın 1-dən minimum əmək haqqı – 500 avro (və ya bir saat ərzində 2,97 avro)

Gəlir vergisi barədə bir qədər ətraflı məlumat

Estoniyada 2000-ci ildən hüquqi şəxslər üçün mənfəətdən 0% tarifində vergi tətbiq olunub. Bu yalnız şirkətlərin əldə etdiyi və paylaşdırılmamış gəlirlərə aiddir. Əgər, səhmdarlar və hissə sahibləri mənfəəti dividendlər şəklində paylaşdırmaq barədə qərar qəbul etsələr, onda şirkət səhmdarların əvəzindən 20% tarifi ilə vergi ödəyir. Misal üçün, paylaşdırıldıqdan sonra 10 000 avro düşürsə, ondan ödənilən vergi 2 000 avro təşkil edəcək.

2018-ci il yanvarın 1-dən dividendlərə görə 14%  vergi tarifi tətbiq olunmağa başlanılıb.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi sistemi Estoniya