» » » Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi öhdəlikləri

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0
birbank biznes

bina tikintisi, vergi öhdəlikləri, Sual: Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV ödəyicisi olduqda onlar tərəfindən yaşayış binaları təqdim edilən zaman sənədləşmə notariusda aparılır? Əgər notariuslar tərəfindən sənədləşmə aparılırsa notarius ödəmə mənbəyində vergini tuturmu? Tutursa hansı dərəcə ilə vergi hesablanır? (vergi öhdəlikləri)

Cavab: Bildiririk ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini yerinə yetirilməsi üçün Vergi Məcəlləsi ilə müəyyən olunmuş 2 mümkün metoddan (sadələşdirilmiş vergitutma metodu və ya ƏDV və gəlir (mənfəət) metodu) birini seçə bilər. Bu zaman həmin şəxslər tikinti-quraşdırma işlərinə başladıqları andan 30 gün müddətində seçdikləri metod barədə vergi orqanına məlumat verirlər. Şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur.

Bina tikintisi fəaliyyəti ilə sadələşdirilmiş verginin ödəyicisi kimi məşğul olan vergi ödəyiciləri üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri sadələşdirilmiş verginin vergitutma obyektini təşkil edir. Müəyyən olunan vergitutma obyektinin hər kvadratmetrinə sadələşdirilmiş vergi ödəyiciləri baza vergi məbləği 45 manat və müvafiq zona əmsalına vurularaq vergi məbləği hesablanır.

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnda istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ümumi qaydada ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin ödəyicisi sayılır. Bu halda vergi ödəyicisi yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmə dəyərindən ƏDV-ni, təqdim edilmədən əldə edilən gəlirlər ilə gəlirdən çıxılan xərclər arasındakı fərqdən yaranan mənfəətdən mənfəət vergisini və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisini hesablayaraq bəyan etməklə büdcəyə ödəməlidir.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini müstəqil surətdə hesablayıb dövlət büdcəsinə ödədiklərindən həmin binaların yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur. Belə əməliyyatların notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilməməsi üçün vergi ödəyicisi onun tikilən binalara görə sadələşdirilmiş verginin hesablanması barədə müvafiq bəyannamənin vergi orqanına təqdim edildiyi barədə vergi orqanından alınmış arayışı notariusa təqdim etməlidir.

Mənbə: taxes.gov.az