Jurnalistlər nə qədər vergi ödəməlidirlər?

posted in: Xəbər | 0

Jurnalistlər öz fəaliyyətlərini həm fərdi sahibkar qismində, yəni VÖEN-lə, həm də hüquqi şəxs kimi həyata keçirə bilərlər. Hər iki halda onların vergi və sosial öhdəlikləri qanunvericilik normalarına uyğun tənzimlənir. Vergi Məcəlləsinin tələblərinə əsasən, müstəqil jurnalistlərin fəaliyyəti həm sadələşdirilmiş vergi, həm də gəlir (mənfəət) vergisi öhdəliyində ola bilər. Bu fəaliyyət sahəsi üçün nəzarət-kassa aparatı, obyekt kodu, POS-terminal, lisenziya tələb edilmir. Bəs bütün hallarda fərdi sahibkar kimi fəaliyyət göstərən jurnalist nə qədər vergi ödəməlidir?

Suala “Business Service Centre” şirkətinin mikro və kiçik sahibkarlıq subyektləri üzrə xidmət şöbəsinin rəhbəri Nahid İbrahim aydınlıq gətirir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.30-1.8-ci maddəsinə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar (fiziki şəxslər) təqvim ili ərzində əldə etdikləri gəlirin (xərclər nəzərə alınmadan) 45.000 manata qədər olan hissəsi üzrə 75% məbləğində gəlir vergisindən azadolma hüququna malikdirlər. Bu azadolma yalnız jurnalist fəaliyyətindən əldə edilən gəlirlərə şamil olunur. Əgər həmin fəaliyyət üzrə illik gəlir 45.000 manatdan artıq olarsa, gəlirə vergi güzəşt tətbiq edilmir. Bu halda artıq gəlirdən çıxılan xərclər nəzərə alınmaqla 20% dərəcəsi ilə gəlir vergisi hesablanır.

Qeyd edək ki, əgər jurnalist fəaliyyəti nəticəsində əldə olunan illik dövriyyə 200.000 manatı keçərsə, fiziki şəxs əlavə dəyər vergisi (ƏDV) qeydiyyatına düşməli və müvafiq ƏDV öhdəliklərini yerinə yetirməlidir.

Misal 1

Gəlir vergisi mükəlləfiyyətində olarsa (güzəştli):

Tutaq ki, fərdi sahibkar olan jurnalistin illik gəliri 36.000 manatdır. Bu məbləğin 75%-i vergidən azaddır:

36.000 × 75% = 27.000 manat.

Bu zaman vergiyə cəlb olunan məbləğ 9.000 manat təşkil edəcək:

36.000 – 27.000 = 9.000 manat;

9.000 × 20% = 1.800 manat (gəlir vergisi).

Misal 2

Gəlir vergisi mükəlləfiyyətində olarsa:
Fərz edək ki, fərdi sahibkar olan jurnalistin illik gəliri 65.000 manat, xərcləri isə 35.500 manatdır. Bu halda vergiyə cəlb olunan məbləğ 29.500 manat təşkil edəcək və 20% dərəcə ilə vergiyə cəlb ediləcək:

29.500 × 20% = 5.900 manat.

Misal 3

Sadələşmiş vergi öhdəliyində olarsa:
Fərz edək ki, fərdi sahibkar olan jurnalistin illik gəliri 36.000 manatdır. Sadələşdirilmiş vergi rejimində olduğu üçün ona güzəşt tətbiq edilmir. Bu halda o, illik gəlirinin 2%-ni hesablayıb ödəməlidir:

36.000 × 2% = 720 manat.

Jurnalist fəaliyyəti ilə məşğul olmaq istəyən fərdi sahibkar fəaliyyətə başlamazdan əvvəl fəaliyyət forması, iqtisadi fəaliyyət kodu və vergi rejimini düzgün müəyyənləşdirməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vergi güzəştlərindən maksimum yararlanmaq və əlavə fiskal risklərdən yayınmaq üçün vacibdir.

Mənbə: vergiler.az

Dəyəri 500 manatdan az olan qeyri-maddi aktivlərin amortizasiyası

Yükdaşıma fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların ödədikləri MDSS və İTS haqqının hesablanması

posted in: Xəbər | 0

2023-cü ilin sonuna qədər yükdaşıma ilə məşğul olan şəxslər  “Fərqlənmə nişanı” almaqla fəaliyyətlərini davam etdirir və bunun üçün ödəniş edirdilər. Lakin 2024-cü ildən Vergi Məcəlləsinin 218.4.1, 220.5, 221.4 maddələrində edilən dəyişikliklərə əsasən, artıq yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri əvvəlki kimi “Fərqlənmə nişanı”na görə deyil, dövriyyədən vergini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Bəs bu fəaliyyətlə məşğul olan fiziki şəxslər özlərinə görə ödədikləri MDSS və İTS haqqını hansı qayda əsasında hesablanmalı və ödəməlidirlər? 

Bu suala İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi Elvin Zaidov aydınlıq gətirir. 

Məsələni aydınlaşdırmaq üçün 2 məqama diqqət etmək lazımdır.

Birinci məqam: Yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxs muzdlu işçi cəlb etmədən fəaliyyətlə məşğul olursa, bu zaman MDSS və İTS haqqı aşağıdakı kimi hesablanacaq:

1. MDSS haqqının hesablanması

“Sosial sığorta haqqında” Qanunun 14.5.7-ci maddəsinə əsasən, fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitəsilə yükdaşıma fəaliyyəti üzrə – 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 6 faizi miqdarında hesablanır. Qanunun 14.5.1-2-ci maddəsinə əsasən, aylıq sosial sığorta haqqının məbləği 2026-cı il yanvarın 1-dək aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:

• Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2
• Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5
• Digər şəhər və rayonlarda – 1

2. İTS haqqının hesablanması

“İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, fərdi sahibkarlar üçün icbari tibbi sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 4 faizi miqdarında hesablanır.

Misal 1

Vergi ödəyicisi Elmir Əzizov (ad şərtidir) Gəncə şəhərində muzdlu işçı cəlb etmədən yükdaşıma fəaliyyəti ilə məşğul olur. 2025-ci ilin 2-ci rübü üzrə onun tam fəaliyyəti olub. Elmir Əzizov 2-ci rüb üzrə aşağıdakı məbləğlərdə MDSS və İTS haqqı ödəyəcək (Nəzərə alaq ki, hazırda Azərbaycanda minimum aylıq əmək haqqı 400 manatdır):

Aylıq MDSS haqqı: (400 x 6%) x 1.5 = 36 manat;
3 aylıq MDSS haqqı: 3 x 36 = 108 manat;
Aylıq İTS haqqı: 400 x 4% = 16 manat;
3 aylıq İTS haqqı: 3 x 16 = 48 manat.

İkinci məqam: Yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxs muzdlu işçi cəlb edərək fəaliyyətlə məşğul olursa, bu zaman MDSS və İTS haqqı aşağıdakı kimi hesablanacaq:

1. MDSS haqqının hesablanması

“Sosial sığorta haqqında” Qanunun 14.5.1.maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti üzrə – 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı hesablanır. Həmin maddəyə əsasən, aylıq sosial sığorta haqqının məbləğinə aşağıdakı faizlər tətbiq edilməklə müəyyən olunur:

• Bakı şəhərində 100 faizi;
• Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
• digər şəhərlərdə 80 faizi;
• rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
• kənd yerlərində 50 faizi miqdarında.

2. İTS haqqının hesablanması:

“İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, sığortalı qismində çıxış edən fiziki şəxslər üçün İTS məbləği minimum aylıq əməkhaqqının 4 faizi miqdarında müəyyən edilib.

Misal 2

Lənkəran şəhərində yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Şahin Xələfovun (ad şərtidir) 3 muzdlu işçisi vardır. O, 2025-ci ilin 2-ci rübündə tam fəaliyyət göstərib. Şahin Xələfov 2-ci rüb üzrə aşağıdakı məbləğlərdə MDSS və İTS haqqı ödəyəcək (Minimum aylıq əmək haqqı 400 manat)6

Aylıq MDSS haqqı: (400 x 25%) x 80% = 80 manat;
3 aylıq MDSS haqqı: 3 x 80 = 240 manat;
Aylıq İTS haqqı: 400 x 4% = 16 manat;
3 aylıq İTS haqqı: 3 x 16 = 48 manat.

Mənbə: vergiler.az

Agent fiziki şəxslərin icarə haqqı gəlirlərini ödəyərkən yaranan vergi öhdəliyini yerinə yetirə bilərmi?

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya auditor seçib

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “Abacus Audit And Consulting” MMC-dir.

Qalib şirkətə 32,5 min manat ödəniləcək.

Ötən il bu tenderin qalibi “HLB Azərbaycan” MMC olub. Şirkətə 49 min manat ödənilib.

Mənbə: report.az

İşsizlikdən sığorta ödənişi kimə və nə qədər verilir? ŞƏRTLƏR, QAYDALAR

“Kommunal Laboratoriyalar” auditor seçib

posted in: Xəbər | 0

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutuna məxsus “Kommunal Laboratoriyalar” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “Financial Reporting Center” MMC-dir.

Qalib şirkətə 1 392 manat ödəniləcək.

Mənbə: report.az

Agent fiziki şəxslərin icarə haqqı gəlirlərini ödəyərkən yaranan vergi öhdəliyini yerinə yetirə bilərmi?

1 139 140 141 142 143 144 145 2. 386