Nəqliyyat vasitələrinin alınıb-satılması əməliyyatları necə rəsmiləşdirilməlidir?

posted in: Xəbər | 0

Bir çox hallarda təcrübədə rast gəldiyimiz məsələlərdən biri də vergi ödəyiciləri tərəfindən nəqliyyat vasitələrinin alınması və qısa zamanda onların satılması kimi əməliyyatlardır. Bəs belə əməliyyatlar vergi və ya mühasibat uçotunda necə rəsmiləşdirilməlidir?

Mövzu ilə bağlı suala sərbəst auditor Altay Cəfərov nümunələr əsasında aydınlıq gətirir.

Misal 1

“AA” MMC avqust ayının əvvəlində satış salonundan 100.000 manatlıq təzə avtonəqliyyat vasitəsini alıb. Şirkət rəhbərliyi avqust ayının sonunda onu 105.000 manata satıb.

Misal 2

“AA” MMC avqust ayının əvvəlində satış salonundan 100.000 manatlıq təzə avtonəqliyyat vasitəsini alıb. Şirkətin rəhbərliyinin qərarı ilə avtonəqliyyat vasitəsi sentyabr ayında 105.000 manata satılıb.

Misal 3

“AA” MMC avqust ayının əvvəlində satış salonundan 20.000 manatlıq köhnə (istifadə edilmiş) avtonəqliyyat vasitəsini alıb. Sonradan MMC-nin rəhbərliyi avtonəqliyyat vasitəsini satmaq qərarına gəlib və avqust ayının sonunda 21.000 manata satıb.

Bu hallarda MMC aldığı avtonəqliyyat vasitəsini vergi və mühasibat uçotunda əsas vəsait kimi uçota almalıdırmı?

Bəzi vergi ödəyiciləri belə hallarda avtonəqliyyat vasitələrini əsas vəsait kimi uçota alırlar və satılan zaman əsas vəsaitlərin təqdim edilməsi kimi uçotdan silirlər.

Bəzi vergi ödəyiciləri isə bu zaman avtonəqliyyat vasitələrini mal kimi uçota alır və satılan zaman satışın maya dəyərinə daxil edirlər. Sualımıza tam cavab tapmaq üçün Vergi Məcəlləsinin aşağıdakı maddələrinə nəzər yetirməliyik.

Məcəllənin 13.2.17-ci maddəsinə əsasən, əsas vəsaitlər – istifadə müddəti bir ildən yuxarı və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun amortizasiya edilməli olan maddi aktivlərdir.

Vergi Məcəllləsinin 13.2.8-ci maddəsində isə göstərilib ki, mal – hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz, su və s.-dir.

Həmçinin, 16 saylı Beynəlxaq Mühasibat Uçotu Standartında (BMUS) aşağıdakılar yer alıb:

Tanınma:

Torpaq, tikili və avadanlıqlar obyekti yalnız aşağıdakı şərtləri təmin etdikdə, aktiv kimi tanınmalıdır:
(a) həmin obyektlə bağlı gələcək iqtisadi səmərənin müəssisəyə axını ehtimal edildikdə;
(b) obyektin dəyəri etibarlı əsasla qiymətləndirilə bildikdə.

Bildiyimiz kimi, avtonəqliyyat vasitələri maddi aktivlərdir. Bundan əlavə, həm Vergi Məcəlləsinin, həm də BMUS-un tələblərinə görə, maddi aktivləri əsas vəsait (torpaq, tikili və avadanlıq) kimi uçota almaq üçün, ilk növbədə, istifadə müddəti bir ildən çox olmalıdır. Misallarımızda da avtonəqliyyat vasitəsinin istismar və ya istifadə müddəti illərdir.

Vergi Məcəlləsinin əsas tələblərindən biri odur ki, amortizasiya edilməli olan maddi aktivlər əsas vəsait kimi uçota alına bilər. 16 saylı BMUS-un tələblərinə görə, obyekt gələcək iqtisadi səmərə gətirməlidir ki, torpaq, tikili və avadanlıq kimi tanınsın.

Bəs amortizasiya edilməli maddi aktivlər dedikdə nə başa düşülür?

Bu ifadə elə 16 BMUS-da qeyd olunan gələcək istisadi səmərə ilə eyni mənadadır. Belə ki, maddi aktiv o vaxt amortizasiya edilir ki, o, istismara verilmiş olsun.

Əgər maddi aktiv istimara verilməmişdirsə, onda amortizasiya edilməyəcək, həmçinin vergi ödəyicisinə gələcək iqtisadi səmərə də gətirməyəcək. Odur ki, misallarımıza cavab tapmaq üçün ən vacib məqam kimi “AA” MMC-nin əldə etdiyi avtonəliyyat vasitəsinin hansı məqsədlər üçün əldə edildiyi və istismara verilib-verilməməsidir. Hər üç misalda bu, çox vacib məqamdır.

Nəzərə alaq ki, birinci və ikinci misalımızda cəmiyyət təzə avtonəqliyyat vasitəsini alıb, dövlət qeydiyyat nömrəsini də əldə edib. Amma alınanda da MMC-nin əsas məqsədi onu istismara vermək yox, satmaq olub. Belə olan halda, şirkət avtonəqliyyat vasitəsini istismara vermədiyindən, amortizasiya hesablamadığından, istismara verilərək gələcək istisadi səmərə əldə etmədiyindən, əsas vəsait (torpaq, tikili və avadanlıq) kimi uçota almayacaq. Bu halda avtonəqliyyat vasitəsi 100.000 manatlıq maddi aktiv olaraq mal kimi uçota alınacaq. Daha sonra satılan zaman əsas fəaliyyət gəliri kimi nəzərə alınaraq, 100.000 manat da malın maya dəyərinə daxil ediləcək.

Bu, ikinci misala da aiddir. Alışın avqust, satışın sentyabrda olmasına baxmayaraq, burada da faktiki olaraq maddi aktiv istimara verilməyib.

Üçüncü misalda isə artıq satıcıda avtonəqliyyat vasitəsi əsas vəsait (torpaq, tikili və avadanlıq) kimi uçota alınıb. Burada da əsas məsələ “AA” MMC-nin aldığı maddi aktivin istismara verlib-verilməmisidir. Yəni, həmin avtonəqliyyat vasitəsi satıcıda əsas vəsait (torpaq, tikili və avadanlıq) olaraq uçota alınıb. Amma alıcıda yenə də Vergi Məcəlləsinin və 16 saylı BMUS-un tələbləri vacibdir.
Burada da “AA” MMC köhnə maşın alıb və istismara vermədiyi 20.000 manatlıq maddi aktivi mal kimi nəzərə alacaq və satılan zaman satışın maya dəyəri kimi qəbul edəcək.

Tutaq ki, hər 3 misalda MMC avtonəqliyyat vasitəsini alıb, istismara verib və sonradan satmaq qərarına gəlib. Artıq bu halda rəhbərlik Vergi Məcəlləsinin və 16 saylı BMUS-un tələblərinə əsasən, avtonəqliyyat vasitələrini əsas vəsait (torpaq, tikili və avadanlıq) olaraq uçota almalı və satılan zaman təqdim edilmiş əsas vəsaitlərin (torpaq, tikili və avadanlıq) qalıq dəyəri kimi silməlidir.

Bunu oxucuların nəzərinə çatdırmaqda əsas məqsədimiz odur ki, belə əməliyyatlar düzgün, dəqiq uçota alınanda illik mənfəət vergisi bəyannaməsini vergi orqanlarına təqdim etdikdə və illik maliyyə hesabatlarını tərtib və təqdim etdikdə çox vacibdir.

Yəni, səhvən malı əsas vəsait kimi və ya əsas vəsaiti mal kimi uçota almaqla, bəyannamələri və hesabatları buna uyğun tərtib etdikdə, vergi orqanlarından kameral uyğunsuzluqlar daxil olur. Həmçinin, maliyyə hesabatlarının istifadəçilərinə düzgün olmayan məlumatlar təqdim edilir. Odur ki, bu məsələlərdə mühasiblər, auditorlar diqqətli olmalıdırlar.

Mənbə: vergiler.az

Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR

“e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi

posted in: Xəbər | 0
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 375 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Qərarın 1- ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

Əsasnaməyə nəzər yetirmək üçün keçid edin.

Mənbə: nk.gov.az

Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydaları

Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı

posted in: Xəbər | 0

Birbank Biznes tərəfindən Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək məqsədilə təqdim olunan “She’s Next” biznes kartı istifadəçilərə müxtəlif imkanlar yaradır. Bu eksklüziv kart həm hüquqi şəxslər, həm də fərdi sahibkar statusuna malik xanımlar üçün nəzərdə tutulub.

“She’s Next” biznes kartı sahibkar qadınlara manat, dollar və avro olmaqla üç valyutada sərbəst istifadə imkanı verir. Kart eyni zamanda əlavə hədiyyələr və bonuslarla zəngin imtiyazlardan faydalanmaq imkanı yaradır.

Kart istifadəçiləri üçün əlavə üstünlüklər də nəzərdə tutulub: POS ödənişləri və bankomatdan nağd vəsait çıxarışı üzrə aylıq dövriyyə limitlərini keçdikdə, istifadəçilərə  müəyyən məkanlardan kuponlar təqdim olunur.

“She’s Next” kartını əldə etmək istəyən sahibkar xanımlar Birbank Biznes-in rəsmi internet saytına və ya mobil tətbiqə daxil olaraq onlayn sifariş verə bilərlər. Bu kart sahibinə yalnız maliyyə əməliyyatlarında deyil, həm də biznes fəaliyyətində daha geniş perspektivlər və yeni təcrübələr vəd edir.

Kart haqqında ətraflı məlumat:  www.b-b.az/bbbv

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydaları

İşçilərin attestasiya edilməsi qaydaları

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə onların attestasiyası keçirilə bilər.

Attestasiyanın keçirilməsi qaydaları və şərtlərini insan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova açıqlayır.

İşçilərin attestasiyasının şərtləri Əmək Məcəlləsinin 65-ci maddəsində göstərilib. Həmin maddəyə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla, bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Komissiyanın üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.

Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən, aşağıda sadalanan işçilər attestasiyadan keçirilmir:

• Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər;
• Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər;
• bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;
• hamilə qadınlar;
• uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
• yaşı 18-dən az olan işçilər;
• bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər;
• eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;
• kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər;
• Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;
• “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər.

Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə işçilərin attestasiyasının keçirilməsi qaydası aşağıdakı kimi müəyyən edilib:

– Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq, attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.

– Xüsusi bilik tələb edən vəzifələrdə çalışan müəssisədə həmin profilli, daha yüksək ixtisasa malik mütəxəssislər olmadığı ixtisaslar üzrə attestasiyanı keçirmək üçün attestasiya komissiyasının tərkibinə mütləq yuxarı təşkilatdan və ya müvafiq profil orqanından tələb olunan peşəyə malik mütəxəssislər daxil edilməlidir. Azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir.

– Attestasiya komissiyası üzvlərinin attestasiyası işlədikləri bölmələrin kollektivləri ilə birgə aparılır. Bu zaman attestasiyadan keçən attestasiya komissiyasının üzvü səsvermədə iştirak etmir.

– Attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan tutulmuş qrafikə uyğun attestasiyadan keçirilirlər.

– Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

– Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

– Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir:

a) tutduğu vəzifəyə uyğundur;
b) tutduğu vəzifəyə uyğun deyil.

– Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilmiş səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir.

– İşçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır.

– Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Xəstəlik müddəti, məzuniyyətdə və ezamiyyətdə olduğu dövr 30 günlük müddətə daxil edilmir.

Attestasiya ilə, o cümlədən attestasiyanın nəticələrinə görə işçinin işdən çıxarılması və ya başqa vəzifəyə (peşəyə) keçirilməsi haqqında mübahisəli məsələlər qanunvericiliyə müvafiq qaydada məhkəmələrdə baxılıb həll edilir.

Mənbə: vergiler.az

Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR

1 141 142 143 144 145 146 147 2. 397