Borcun bağışlanması zamanı hansı vergi öhdəlikləri yaranır?
Sual: Müəssisənin qeyri rezidentə 200,000 (iki yüz min) avro borcu var. Həmin müəssisənin mənfəət bəyannaməsinə görə son 5 il ərzində 500,000 (beş yüz min) AZN zərərlə işləyib. Qeyri rezident həmin borcun bir hissəsini (100,000 avro) müəssisəyə bağışlayıb. Bu zaman müəssisənin (rezidentin) hansı vergi öhdəliyi yaranır? (vergi öhdəlikləri)
Cavab: Bildiririk ki, rezident hüquqi şəxsə bağışlanmış borc pul vəsaitləri onun gəliri hesab olunmaqla satışdankənar gəlir kimi bəyan edilərək ümumi qaydada mənfəət vergisinə cəlb olunmalıdır.
Eyni zamanda, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.
Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci,104-cü, 105-ci və 121.1-ci maddələri.
Mənbə: taxes.gov.az
-
Həmçinin bax:
-
Hüquqi şəxsə icarə haqqı ödənildikdə mütləq ÖMV bəyannaməsi verilməlidirmi?
-
Gecikməyə görə tətbiq edilən cərimə ƏDV-yə cəlb edilirmi?
-
Əmtəəsiz əməliyyat nədir?
-
Sosial xarakterli xərclər hansılardır?
-
İnventarizasiya zamanı əskikgəlmələr olduqda sənədləşmə və vergi öhdəlikləri

Kapital Bank Novruz Bayramı münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Kapital Bank-dan əmək haqqı və təqaüd alan müştərilər, aksiya çərçivəsində hər 3000 manat kredit üçün, ayda cəmi 100 manat ödəniş edəcəklər.
Sual: İcarə haqqı hüquqi şəxs olan vergi ödəyicisinə ödənilir və ödəmə mənbəyində vergi öhdəliyi yaranmır. Bu halda ÖMV bəyannaməsini təqdim etmək mütləqdirmi?
Xidmətin adı: Azərbaycan Resublikasında muzdlu iş ilə əlaqədar ödənilmiş gəlir vergisi haqqında qəbzin verilməsi.