Riskli vergi ödəyiciləri üzrə nəzarət tədbirləri gücləndiriləcək

posted in: Vergi, Xəbər | 0

Riskli vergi ödəyiciləriVergilər Nazirliyi Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiyanı” yeni redaksiyada təsdiq edib. Konsepsiya vergi nəzarəti tədbirləri ilə əhatə olunan vergi ödəyicilərində muzdlu işlə əlaqədar ödənilən gəlir vergisi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta üzrə uyğunsuzluqların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini müəyyən edir. Nazirliyin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Elşən Rəhimli ilə müsahibədə sənədin maraq doğuran aspektləri nəzərdən keçirilib. (Riskli vergi ödəyiciləri)

– Elşən müəllim, Konsepsiyanın yenilənməsi hansı zərurətdən irəli gəlib?

– Əmək münasibətlərinin leqallaşdırılmasını təmin etmək ölkə rəhbərliyi tərəfindən vergi orqanları qarşısında qoyulmuş prioritet vəzifələrdəndir. Aparılan müzakirələr zamanı müəyyən olunan vergidən yayınmanın yeni sxemləri və metodiki yanaşma prinsipləri nəzərə alınaraq Vergilər Nazirliyi tərəfindən Konsepsiya yenidən hazırlanıb. Vergi orqanlarının əməkdaşları üçün daha aydın olması məqsədilə Konsepsiyaya bütün metodiki hərəkətləri özündə əks etdirən proseslər xəritəsi də əlavə olunub. Sənəd 2020-ci il yanvarın 24-də yeni redaksiyada təsdiq edilib.

– Sənəddə əmək münasibətlərinin tənzimlənməsi üçün nələr nəzərdə tutulub?

– Konsepsiya ilə əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi, işçilərə qanunsuz olaraq minimum əməkhaqqından aşağı əməkhaqqı bəyan edilməsi, vergi ödəyiciləri tərəfindən işçilərə uçotdankənar əmək haqlarının verilməsi, bir sıra vergi ödəyiciləri tərəfindən işçi sayının və əməkhaqqı fondunun real potensiala uyğun əks etdirilməməsi hallarına qarşı mübarizə metodları nəzərdə tutulub.


Aylıq iş vaxtı normasını, əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz

– Bir sıra hallarda direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilmiş əməkhaqqı sıravi işçilər üçün müəyyən edilən məbləğlərlə eyni göstərilir. Bunun qarşısı necə alınacaq?

– Qanunvericiliyin tələbinə əsasən, hər kəsin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan əməkhaqqı almaq hüququ vardır. Aylıq iş vaxtı normasını, əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz. Əmək Məcəlləsinin 155.1-ci maddəsinin tələbinə əsasən, ixtisaslı əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən məbləğ işçiyə verilə bilməz.

Qeyd olunan halların qarşısının alınması üçün vergi orqanları tərəfindən hazırda intensiv nəzarət tədbirləri aparılır. İlk öncə, qeyd olunan riskli vergi ödəyiciləri vergi orqanına dəvət edilir. Görüş zamanı işçi sayının və onlara ödənilən əməkhaqqı məbləğlərinin real potensiala uyğun əks etdirilməsi təklif olunur. Vergi ödəyicisi ona təqdim edilmiş dəlil və sübutlarla razılaşdıqda işçi sayı və əməkhaqqı məbləği “Əmək müqaviləsi bildirişi” altsistemində və bəyannamə göstəricilərində əks olunur. Vergi ödəyicisi ona təqdim edilən dəlil və sübutlarla razılaşmadıqda və ya vergi orqanına gəlməkdən imtina etdikdə isə onun təsərrüfat subyektlərində vergi nəzarəti tədbirləri həyata keçirilir.


İxtisaslı əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən məbləğ işçiyə verilə bilməz

– Əmək münasibətlərində vergi nəzarətinin daha da gücləndirilməsi üçün hansı addımlar atılacaq?

– Vergi orqanları tərəfindən aşağıdakı risk meyarları üzrə riskli vergi ödəyiciləri üzrə nəzarət tədbirləri xüsusi olaraq gücləndiriləcək:

  • ixtisassız əməyə görə hesablanan əməkhaqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğindən aşağı qeyd edilməsi;
  • əvvəlki dövrlə müqayisədə işçi sayının artırılmasına baxmayaraq bir işçiyə düşən orta aylıq əməkhaqqı fondunun azaldılması;
  • əməkhaqqı fondunun “Əmək müqaviləsi bildirişi” altsistemində eyni ərazi, fəaliyyət sahəsi və peşələr (vəzifələr) üzrə orta aylıq əməkhaqqı məbləğindən aşağı göstərilməsi;
  • əməkhaqqı fondunun Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş “İqtisadi fəaliyyət növləri üzrə peşə və vəzifələr barədə” məlumata əsasən müəyyən olunan orta aylıq əməkhaqqı məbləğindən aşağı olması;
  • vergi ödəyiciləri tərəfindən işçiləri öz hesabına məzuniyyətə göndərməklə əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma;
  • vergi ödəyiciləri tərəfindən işçilər üzrə ezamiyyə xərclərini əvvəlki dövrlərlə müqayisədə artırmaqla əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma;
  • vergi ödəyiciləri tərəfindən əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma məqsədilə işçilərlə mülki hüquqi müqavilə bağlanması.

– Meyarlara uyğun olaraq riskli hesab edilən vergi ödəyicilərinə qarşı hansı tədbirlər görüləcək?

– Vergi orqanları tərəfindən əmək münasibətlərinin rəsmiləşdirilməsini və şəffaflaşdırılmasını təmin etməyən vergi ödəyicilərinə “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” müvafiq bildiriş göndərilir. Bildirişdə vergi ödəyicisinə təqdim edilən bəyannamələrdə və əmək müqaviləsi bildirişlərində işçilərə ödənilən əməkhaqqı məbləğinin 10 iş günü müddətində düzgün əks etdirilməsi tövsiyə olunur. Əks halda, vergi orqanlarının Vergi Məcəlləsinin 37-ci və 83-cü maddələrinin tələblərinə əsasən, öhdəliklərin yenidən hesablamaq, həmçinin vergi ödəyicilərində operativ və səyyar vergi yoxlaması tədbirləri həyata keçirmək hüququ vardır. Bundan əlavə, xeyli sayda (on nəfər və ondan artıq) işçinin əmək müqaviləsi olmadan işəgötürən tərəfindən hər hansı işə cəlb edilməsi halları üzrə əməliyyat-axtarış müşahidələrini gücləndirməklə kənarlaşma müəyyən edilən vergi ödəyicilərində əməliyyat-nəzarət tədbirləri həyata keçiriləcəkdir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Riskli vergi ödəyiciləri

Payların alqı-satqısı zamanı vergi öhdəlikləri

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Maliyyə hesabatları üzrə mütəxəssisSual: Bildirmək istəyirəm ki, şirkətin 2 təsisçisi var və təsisçilərindən biri öz payını digər şəxsə satmaq istəyir. Bu zaman hansı vergi öhdəlikləri yaranacaq və hesablama necə aparılacaq?

Cavab: Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payı və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda, Cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1- ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 101.2-ci, 104.6-cı, 105.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Həmçinin bax:


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi öhdəlikləri

Vergilər üzrə ümidsiz borclar nə zaman silinir?

posted in: Vergi, Xəbər | 0

ümidsiz borclarMövzu ilə bağlı Vergilər Nazirliyinin şərhində bildirilir ki, Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə vergi orqanları tərəfindən silinir.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin müddəalarına əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər və qərarlar çıxarırlar.

Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən, Vergi Məcəlləsinin 93.1.3-cü maddəsində məhkəmə qərarı dedikdə hökmlər, qətnamələr və əmrlər başa düşülməlidir.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin bu il yanvarın 1-dən qüvvəyə minmiş 93.1.3-cü maddəsi bu maddə qüvvəyə mindiyi tarixədək qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə də tətbiq edilir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ümidsiz borclar

Bina tikintisi fəaliyyəti zamanı vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Bina tikintisi vergiVergi Məcəlləsinə edilən son dəyişikliyə görə, bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri sadələşdirilmiş vergi mükəlləfiyyətini seçmək hüququnu itirərək yalnız əlavə dəyər vergisi (həm də mənfəət (gəlir) vergisi) ödəyicisi kimi fəaliyyət göstərmək imkanına malik olacaqlar. Həmin şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə görə edilən ödəniş ƏDV-yə (dövlətə ayrılan hissəsinin təqdim edilməsi istisna olmaqla), illik mənfəətdən (gəlirdən) gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra isə mənfəət (gəlir) vergisinə cəlb ediləcəkdir. Mövzunu vergi hüququ üzrə ekspert Sirac Piriyev şərh edir.

Yeni qaydalar qüvvəyə minənə qədər tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda həmin hissələrin təqdim edilməsi zamanı vergitutma ilə bağlı mübahisələr yaranırdı. Yeni dəyişikliklə dövlətə ayrılan hissədən yaranan dövriyyə vergiyə cəlb olunan gəlir hesab edilir.

Eyni zamanda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

Daha bir yenilik də ondan ibarətdir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər səyyar vergi yoxlamasının başlandığı günədək yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi barədə məlumat formasını təqdim etmədikdə və ya belə sahələrin təqdim edilmədiyi barədə məlumat təqdim etdikdə, bu zaman həmin yaşayış və qeyri-yaşayış sahələri vergitutma məqsədləri üçün yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır.

Vətəndaşlar üçün maraqlı yenilik isə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması ilə bağlıdır. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizlik hissəsi geri qaytarılacaqdır.

Misal: Tutaq ki, fiziki şəxs bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdən 236.000 manat (ƏDV ilə) məbləğində ev alır. Bu zaman həmin məbləğin ƏDV hissəsi 36.000 manat ( 236.000 x 18/118) olduğu üçün vətəndaşa geri qaytarılmalı olan ƏDV məbləği 10.800 manat (36000,0 x 30 %) təşkil edəcəkdir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Bina tikintisi