Əmək müqaviləsinin şərtləri ilə tanış olmadan imzalamaq hansı problemləri yarada bilər?

posted in: Müqavilələr, Xəbər | 0

əmək müqaviləsiİşə qəbul zamanı əsas məsələlərdən biri əmək müqaviləsinin imzalanmasıdır. Elektron informasiya sisteminə əmək müqaviləsi bildirişi daxil edildikdən sonra işəgötürənə məlumat gəlir və bundan sonra sənəd hüququ qüvvəyə minir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Mehman Abdullayev qeyd edib ki, əmək müqaviləsi işçi ilə işəgötürən arasında Əmək Məcəlləsinin 1 nömrəli əlavəsinə uyğun olaraq bağlanılmış hüquqi aktdır: “Əmək müqaviləsinin əsasında işçinin əməkhaqqı, iş, məzuniyyət və istirahət vaxtı müəyyən edilir və o, gələcəkdə Əmək Qanunvericiliyində mövcud olan təminatlardan, güzəşt və imtiyazlardan istifadə edir. İşçi yalnız əmək müqaviləsi əsasında işlədikdə əmək qanunvericiliyində olan təminatlardan, güzəşt və imtiyazlardan istifadə edə bilir. Əmək müqaviləsi işçinin gələcək pensiya təminatında da böyük rol oynayır”.

Əmək müqaviləsi həm müddətli, həm də müddətsiz bağlanılır. Hüquqi akt imzalandıqdan sonra onun bir nüsxəsi işəgötürəndə, digəri isə işçidə qalır. Müqavilənin imzalanması zamanı maraqlı məqamlardan biri də işçinin sənəddə əksini tapan bəndlərlə tanış olub-olmamasıdır.

Mütəxəssislər bildirirlər ki, müqavilənin şərtləri ilə tanış olmadan imzalamaq gələcəkdə problem yarada bilər. Məsələn, ola bilər ki, işəgötürən qanunda nəzərdə tutulmayan digər başqa tələblər irəli sürsün, onun hüquqlarını azaldan, müəyyən hüquqlardan məhrum edən şərtlər əlavə edə bilər. Həmin halların yaranmaması üçün işçi mütləq qaydada əmək müqaviləsini oxumalıdır.

Əmək müqaviləsinin şərtləri işəgötürən tərəfindən pozulduqda işçinin müvafiq qurumlara müraciət etmək hüququ var.

Müqavilənin şərtləri ilə tanış olmadıqda və sonradan işəgötürən tərəfindən qanunsuz hərəkətlər meydana çıxarsa, bu zaman işçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər.

İşçi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilirsə, bu zaman işəgötürən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada inzibati məsuliyyətə cəlb olunur.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək müqaviləsi

Gömrük ödəmələri fevral ayında azalıb

posted in: Xəbər | 0

gömrükBu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 329,605 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin fevral ayına nisbətən 6,428 milyon manat və yaxud 1,9% azdır.

DGK-dən verilən məlumata görə, hesabat ayında gömrük rüsumları illik müqayisədə 14,144 milyon manat və yaxud 19,6% artaraq 86,309 milyon manat olub.

ƏDV üzrə daxilolmalar 18,563 milyon manat və yaxud 7,5% azalaraq 230,080 milyon manat, aksizlər üzrə daxilolmaları 2,214 milyon manat və yaxud 18,4% azalaraq 9,834 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 205 min manat və yaxud 6,45% artaraq 3,382 milyon manat təşkil edib.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gömrük

Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi qaydası sadələşdirilib

posted in: Xəbər | 0

İxrac təşviqiNazirlər Kabineti “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nda sadələşdirmələri nəzərdə tutan 74 №li Qərarda bildirilir ki, ixracın stimullaşdırılması və təşviqi ilə bağlı görülən kompleks işlər nəticəsində qeyri-neft məhsullarının ixracı dəyər ifadəsi ilə 2016-cı illə müqayisədə ümumilikdə 36,5 faiz artaraq 2018-ci ildə 1,7 milyard ABŞ dolları təşkil edib, 2019-cu ilin yanvar-avqust aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 15,1 faiz artıb. Sahibkarlardan daxil olan müraciətlər və beynəlxalq təcrübə göstərir ki, ixrac təşviqinin ödənilməsi prosedurunun sadələşdirilməsinə ehtiyac var.

Bununla əlaqədar, Qərarla təsdiq edilmiş Qaydaya dəyişiklik edilib.

Dəyişikliyə görə, ixrac təşviqinin ödənilməsi üçün ərizəyə əlavə edilməli olan nəqliyyat sənədində təyinat ölkəsinin gömrük orqanının qeydlərinin olması tələbinin ləğv edilməsi, eyni zamanda İqtisadiyyat Nazirliyi tərəfindən imzalanmış “məktub-sərəncam”ların elektron poçt vasitəsilə də Maliyyə Nazirliyinə təqdim edilməsi də nəzərdə tutulub.

Qərarın qəbul edilməsi nəticəsində ixracın təşviqi mexanizminin sadələşdirilməsi və sürətləndirilməsi proqnozlaşdırılır.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İxrac təşviqi

Yeni vahid büdcə təsnifat kodları təsdiqləndi

posted in: Xəbər | 0

vahid büdcə təsnifat kodları“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında (vahid büdcə təsnifat kodları)

“Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 719 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 dekabr tarixli 510 və 514 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı” üzrə:

1.1.1. “1.1.1.1.1.7” yarımmaddəsi “1.1.1.1.1.8” yarımmaddəsi hesab edilsin və aşağıdakı məzmunda “1.1.1.1.1.7” yarımmaddəsi əlavə edilsin:

 

1

 

1

 

1

 

1

 

1

 

7

Dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlarda işləyənlərin muzdlu işlə əlaqədar əldə etdikləri

gəlirlərindən gəlir vergisi

1.1.2. “1.1.1.2.1” maddə aşağıdakı redaksiyada verilsin:

1 1 1 2 1 0 Rezident hüquqi şəxslərin mənfəət vergisi
 

1

 

1

 

1

 

2

 

1

 

1

Büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlətə məxsus

fondlardan maliyyələşən digər orqan və qurumlar üzrə mənfəət vergisi

 

1

 

1

 

1

 

2

 

1

 

2

Səhmlərinin və paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan şəxslər üzrə mənfəət vergisi
1 1 1 2 1 3 Digər hüquqi şəxslər üzrə mənfəət vergisi

1.1.3. “1.1.3.1” maddə aşağıdakı redaksiyada verilsin:

1 1 3 1 0 0 Torpaq vergisi
 

1

 

1

 

3

 

1

 

1

 

0

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, məişət xidməti və digər xüsusi təyinatlı torpaqlara görə torpaq vergisi
 

 

1

 

 

1

 

 

3

 

 

1

 

 

1

 

 

1

Büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar üzrə torpaq vergisi
 

1

 

1

 

3

 

1

 

1

 

2

Səhmlərinin və paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus

olan şəxslər üzrə torpaq vergisi

1 1 3 1 1 3 Digər hüquqi şəxslər üzrə torpaq vergisi
1 1 3 1 1 4 Fiziki şəxslər
1 1 3 1 2 0 Kənd təsərrüfatı torpaq vergisi təyinatlı torpaqlara görə
 

1

 

1

 

3

 

1

 

2

 

1

Büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlətə məxsus

fondlardan maliyyələşən digər orqan və qurumlar üzrə torpaq vergisi

1 1 3 1 2 2 Səhmlərinin və paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus

olan şəxslər üzrə torpaq vergisi

1 1 3 1 2 3 Digər hüquqi şəxslər üzrə torpaq vergisi
1 1 3 1 2 4 Fiziki şəxslər
 

1

 

1

 

3

 

1

 

3

 

0

Yaşayış fondlarının, həyətyanı sahələrin və

bağ sahələrinin torpaqlarına görə torpaq vergisi

1 1 3 1 4 0 Digər təyinatlı torpaqlara görə torpaq vergisi
 

1

 

1

 

3

 

1

 

4

 

1

Büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar üzrə torpaq vergisi
 

1

 

1

 

3

 

1

 

4

 

2

Səhmlərinin və paylarının 51 və daha artıq

faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan şəxslər üzrə torpaq vergisi

1 1 3 1 4 3 Digər hüquqi şəxslər üzrə torpaq vergisi
1 1 3 1 4 4 Fiziki şəxslər
1 1 3 1 5 0 Təyinatı üzrə istifadə edilməyən torpaqlara görə torpaq vergisi
 

1

 

1

 

3

 

1

 

5

 

1

Büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar üzrə torpaq vergisi
 

1

 

1

 

3

 

1

 

5

 

2

Səhmlərinin və paylarının 51 və daha artıq

faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan şəxslər üzrə torpaq vergisi

1 1 3 1 5 3 Digər hüquqi şəxslər üzrə torpaq vergisi
1 1 3 1 5 4 Fiziki şəxslər

1.1.4. “1.1.3.2.1” maddə aşağıdakı redaksiyada verilsin:

 

1

 

1

 

3

 

2

 

1

 

0

Rezident və qeyri-rezident hüquqi şəxslərin

balansında olan əsas vəsaitlərdən əmlak vergisi

 

1

 

1

 

3

 

2

 

1

 

1

Büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar üzrə əmlak vergisi
 

1

 

1

 

3

 

2

 

1

 

2

Səhmlərinin və paylarının 51 və daha artıq

faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan şəxslər üzrə əmlak vergisi

1 1 3 2 1 3 Digər hüquqi şəxslərin əmlak vergisi

1.1.5. “1.1.4.1” maddə aşağıdakı redaksiyada verilsin:

1 1 4 1 0 0 Əlavə dəyər vergisi
1 1 4 1 1 0 Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi
 

1

 

1

 

4

 

1

 

1

 

1

Büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və

qurumlar üzrə əlavə dəyər vergisi

 

1

 

1

 

4

 

1

 

1

 

2

Səhmlərinin və paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan şəxslər üzrə əlavə dəyər vergisi
 

1

 

1

 

4

 

1

 

1

 

3

Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə

satışı zamanı ticarət əlavəsindən ödənilən əlavə dəyər vergisi

 

1

 

1

 

4

 

1

 

1

 

4

Azərbaycan Respublikasında iş və xidmət- lərə görə ödənilən qeyri-rezidentin əlavə dəyər vergisi
 

1

 

1

 

4

 

1

 

1

 

5

Elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən    işlərin    və    xidmətlərin    təqdim

edilməsinə    görə    qeyri-rezidentə    ödəmə- lərdən əlavə dəyər vergisi

 

1

 

1

 

4

 

1

 

1

 

6

Elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilmə-

sinə görə qeyri-rezidentə ödəmələrdən əlavə dəyər vergisi

1 1 4 1 1 7 Digər hüquqi şəxslər üzrə əlavə dəyər vergisi
 

1

 

1

 

4

 

1

 

1

 

8

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üzrə əlavə dəyər vergisi
1 1 4 1 2 0 Azərbaycan       Respublikasının       ərazisinə malların idxalına görə əlavə dəyər vergisi
 

 

1

 

 

1

 

 

4

 

 

1

 

 

2

 

 

1

Büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və

qurumlar üzrə malların idxalına görə əlavə dəyər vergisi

 

1

 

1

 

4

 

1

 

2

 

2

Səhmlərinin və paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus

olan şəxslər üzrə əlavə dəyər vergisi

1 1 4 1 2 3 Digər    rezident    və    qeyri-rezident    hüquqi şəxslər üzrə əlavə dəyər vergisi
1 1 4 1 2 4 Fiziki şəxslər tərəfindən malların idxalına görə əlavə dəyər vergisi

1.1.6. “1.1.4.3” maddə aşağıdakı redaksiyada verilsin:

1 1 4 3 0 0 Sadələşdirilmiş vergi
1 1 4 3 1 0 Hüquqi şəxslər tərəfindən ödənilən sadələş- dirilmiş vergi
 

1

 

1

 

4

 

3

 

1

 

1

Büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və

qurumlar üzrə sadələşdirilmiş vergi

 

1

 

1

 

4

 

3

 

1

 

2

Səhmlərinin və paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan şəxslər üzrə sadələşdirilmiş vergi
1 1 4 3 1 3 Bina tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üzrə sadələşdirilmiş vergi
 

1

 

1

 

4

 

3

 

1

 

4

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər

üzrə sadələşdirilmiş vergi

 

1

 

1

 

4

 

3

 

1

 

5

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış və    torpaq   sahələrinin    təqdim   edilməsini

həyata     keçirən     hüquqi     şəxslər     üzrə sadələşdirilmiş vergi

 

1

 

1

 

4

 

3

 

1

 

6

İdman mərc oyunlarının operatoru və satıcıları olan hüquqi şəxslər üzrə sadələşdirilmiş vergi
 

1

 

1

 

4

 

3

 

1

 

7

İctimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən 8 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi
1 1 4 3 1 8 Digər hüquqi şəxslər üzrə sadələşdirilmiş vergi
1 1 4 3 2 0 Fiziki şəxslər tərəfindən ödənilən sadələş- dirilmiş vergi
1 1 4 3 2 1 Bina tikintisi fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə sadələşdirilmiş vergi
 

1

 

1

 

4

 

3

 

2

 

2

Mülkiyyətində və ya istifadəsində olan avto- nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər üzrə sadələşdirilmiş vergi
 

1

 

1

 

4

 

3

 

2

 

3

Mülkiyyətində olan yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin təqdim edilməsini həyata

keçirən fiziki şəxslər üzrə sadələşdirilmiş vergi

 

1

 

1

 

4

 

3

 

2

 

4

İdman mərc oyunlarının operatoru və satıcıları olan fiziki şəxslər üzrə sadələş- dirilmiş vergi
 

1

 

1

 

4

 

3

 

2

 

5

İctimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki

şəxslər tərəfindən 8 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi

1 1 4 3 2 6 Sabit məbləğ üzrə sadələşdirilmiş vergi
1 1 4 3 2 7 Digər fiziki şəxslər üzrə sadələşdirilmiş vergi
 

1

 

1

 

4

 

3

 

3

 

0

Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi
 

 

1

 

 

1

 

 

4

 

 

3

 

 

3

 

 

1

Büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına

görə ödənilən sadələşdirilmiş vergi

 

 

1

 

 

1

 

 

4

 

 

3

 

 

3

 

 

2

Səhmlərinin və paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan şəxslər tərəfindən pul vəsaitlərinin nağd

qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi

 

1

 

1

 

4

 

3

 

3

 

3

Digər hüquqi şəxslər tərəfindən pul vəsait- lərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş

vergi

 

1

 

1

 

4

 

3

 

3

 

4

Fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılma- sına görə ödənilən sadələşdirilmiş vergi

1.1.7. “1.4.2.5.9.3” yarımmaddəsindən     sonra    aşağıdakı məzmunda “1.4.2.5.9.4” yarımmaddəsi əlavə edilsin:

 

 

1

 

 

4

 

 

2

 

 

5

 

 

9

 

 

4

Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilol- malardan əvvəlki büdcə ilinin sonuna artıq daxil olan vəsaitin qanunvericiliklə büdcə- dənkənar gəlirlərə aid edilən hissəsindən

daxilolmalar

1.2. “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə” üzrə:

1.2.1. 1.1.1.1-ci yarımbəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

“Büdcə təşkilatlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlarda, səhmlərinin və paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərdə, Hasilatın Pay Bölgüsü Sazişləri üzrə podratçı və xarici subpodratçı təşkilatlarda fiziki şəxslərin gəlir vergisi də bu qruplar üzrə müvafiq olaraq öz əksini tapmışdır.”;

1.2.2. 1.1.1.2-ci yarımbənd üzrə:

1.2.2.1. “Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi” sözlərindən sonra “büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumların, səhmlərinin və paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərin və digər” sözləri əlavə edilsin;

1.2.2.2. aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin;

“Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumların mənfəət vergisi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətindən gəlir əldə edən həmin şəxslərin mənfəət vergisi nəzərdə tutulur.”;

1.2.3. 1.1.3.1-ci yarımbənd üzrə:

1.2.3.1. birinci abzas aşağıdakı redaksiyada verilsin: “Torpaq vergisinin ödəyiciləri rezident və qeyri-rezident müəssisələr, büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə rezident və qeyri-rezident fiziki şəxslər hesab olunurlar.”;

1.2.3.2. ikinci abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin;

“Büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan həmin torpağa görə torpaq vergisi ödənilir.”;

1.2.4. 1.1.3.2-ci yarımbənd üzrə:

1.2.4.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“Əmlak vergisinin ödəyiciləri rezident və qeyri-rezident müəssisələr, büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə rezident və qeyri-rezident fiziki şəxslər hesab olunurlar.”;

1.2.4.2. ikinci abzasın ikinci cümləsi üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan həmin əmlaka görə əmlak vergisi ödənilir.”.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 4 mart 2020-ci il
№ 83

Mənbə: cabmin.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vahid büdcə təsnifat kodları, vahid büdcə təsnifat kodları, vahid büdcə təsnifat kodları, vahid büdcə təsnifat kodları, vahid büdcə təsnifat kodları, vahid büdcə təsnifat kodları, vahid büdcə təsnifat kodları, vahid büdcə təsnifat kodları