Bəzi malların idxal gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib

posted in: Xəbər | 0

İdxal gömrük rüsumlarıAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə (İdxal gömrük rüsumları)

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 dekabr tarixli 463 nömrəli, 10 dekabr tarixli 471 nömrəli, 17 dekabr tarixli 477 nömrəli; 2020-ci il 31 yanvar tarixli 28 nömrəli, 7 fevral tarixli 34 nömrəli və 17 fevral tarixli 44 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3926 20 000 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

 

3926 20 000

– geyim və geyim üçün ləvazimatlar

(əlcəklər,      təkbarmaq      əlcəklər      və yarıməlcəklər də daxil olmaqla):

3926 20 000 1 – – baxillər 0
3926 20 000 9 – – digərləri 15

 

1.2. 4015 19 000 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

4015 19 000 – – digərləri:
4015 19 000 1 – – – steril və qeyri-steril əlcəklər cüt 0
4015 19 000 9 – – – digərləri cüt 15

 

1.3. 6307 90 980 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

6307 90 980 – – – – digərləri:
 

6307 90 980 1

– – – – – tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar  

 

0

6307 90 980 9 – – – – – digərləri 15

 

  1. Bu Qərar imzalandığı gündən qüvvəyə minir və 2020-ci il iyunun 1-dək qüvvədədir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 5 mart 2020-ci il
№ 84

Mənbə: cabmin.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İdxal gömrük rüsumları

Güzəştli vergi tutulan ölkələrdə aparılan əməliyyatlar

posted in: Vergi, Xəbər | 0

güzəştli vergiVergilər Nazirliyinin şərhində göstərilir ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir.

Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Bununla yanaşı, hər il üçün güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

“Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il 724 nömrəli Fərmanı ilə güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı yeni redaksiyada təsdiq edilmişdir.

Rezident şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə köçürülən məbləğlər müxtəlif səbəblərdən (şəxslər arasında aparılan əməliyyatın baş tutmaması, müqavilənin ləğv edilməsi, bank hesabının rekvizitlərinin düzgün göstərilməməsi və s.) rezident şəxslərin bank hesablarına geri qaytarıldığı hallarda əməliyyat üzrə valyuta balansı qorunduğundan və əməliyyat ləğv edildiyindən həmin ödəmələrdən Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq tutulmuş 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi azaldılır.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
güzəştli vergi

Xarici investisiyalı şirkətlərin sayı keçən illə müqayisədə 1,9 dəfə artıb

posted in: Xəbər | 0

Xarici investisiyalı şirkət2020-ci il martın 1-dək Azərbaycanda dövlət qeydiyyatından 15 min 059 xarici investisiyalı kommersiya hüquqi şəxs keçib. Bunlardan 9 min 953-nün fəaliyyəti aktiv, 4 min 307-nin fəaliyyəti dayandırılıb, 799-u isə ləğv edilib. (Xarici investisiyalı şirkət)

Vergilər Nazirliyinin məlumatına görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə ilk 2 ayda fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı 1,5 dəfə çox olub. Onların 77 faizi məhdud məsuliyyətli cəmiyyət, 19 faizi xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı nümayəndəliyi və ya filialı, 0,8 faizi səhmdar cəmiyyət, 0,2 faizi kooperativ və 2,8 faizi isə digər təşkilati hüquqi formalarda olub.

2020-ci ilin fevral ayında 328 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. 2020-ci ilin fevral ayında qeydiyyata alınan 328 xarici investisiyalı kommersiya qurumunun 326-nın fəaliyyəti aktiv olub, 2-nin fəaliyyəti dayandırılıb. Fevral ayı ərzində xarici investisiyalı kommersiya hüquqi şəxs ləğv edilməyib.

2020-ci ilin fevral ayında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin 34,1 faizi Pakistan, 22 faizi İran, 9,4 faizi Türkiyə, 12,2 faizi Hindistan, 1,8 faizi Şri-Lanka investisiyalı hüquqi şəxslərdir.

2020-ci ilin fevral ayında qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox olub. 2020-ci ilin fevral ayında qeydiyyatdan keçmiş fəaliyyətini dayandırmış xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,5 dəfə azalıb.

2020-ci ilin fevral ayında dövlət qeydiyyatından keçmiş (328) xarici investisiyalı kommersiya hüquqi şəxslərin 64,3 faizi xidmət, 19,5 faizi ticarət, 5,1 faizi sənaye, 2,7 faizi tikinti, 1,8 faizi kənd təsərrüfatı, 0,6 faizi nəqliyyat, 0,6 faizi rabitə, 2,7 faizi digər sahədə fəaliyyət göstərirlər.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Xarici investisiyalı şirkət

BirKart sahiblərinə Novruz payı!

posted in: Bank, Xəbər | 0

BirKartNovruz bayramı münasibətilə BirKart taksit kartı sahibləri üçün yeni kampaniya keçirilir. 2 aprel 2020-ci il tarixinədək davam edən aksiyada, həm Bakı, həm də regionlardakı partnyor mağazalar iştirak edir.

Şərtlərə görə, BirKart-ın istənilən geyim, ayaqqabı, aksesuar, hədiyyə, parfümeriya və kosmetika partnyorları mağazalarında 100 manat və daha çox məbləğdə taksitli alış-veriş edən BirKart Taksit və BirKart Cashback sahibləri 5% cashback, BirKart Miles sahibləri isə 3 qat mil əldə edəcəklər. Üstəlik, kampaniya müddətində Bakcell istifadəçiləri Ulduzumdan 15 danışıq dəqiqəsi qazanacaqlar.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 4000-dək partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
BirKart