BirKart əldə etmək daha asan oldu!

posted in: Bank, Xəbər | 0

BirKartBirKart yeni “End to End” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində müştərilər tərəfindən daxil olan BirKart müraciətlərinin emalı prosesi xeyli asanlaşdırılıb və tezləşdirilib. Beləliklə, BirKart arzusunda olan müştərilər vaxtlarına qənaət edərək kartı daha rahat və sürətli şəkildə əldə edə biləcəklər.

Artıq banka gəlmədən BirKart-ı onlayn qaydada rəsmiləşdirmək mümkündür. Yaşı 18-dən yuxarı və rəsmi gəliri olan hər kəs www.birkart.azwww.kapitalbank.az saytları, WhatsApp və digər onlayn üsullar vasitəsi ilə BirKart-la bağlı müraciət edə bilər. Yenilik, həmçinin nağd pul krediti məhsuluna da şamil olunur. BirKart-ı və ya nağd pul kreditini götürmək üçün isə filialda sadəcə imza atmaq kifayətdir.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

Ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. Sifariş üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Koronavirus dünya iqtisadiyyatını 5 trilyon dollardan məhrum etdi

posted in: Xəbər | 0

koronavirusBütün dünya üzrə ictimai şirkətlər, qlobal koronavirus epidemiyası təhlükəsi qarşısında bazarların düşməsi səbəbindən bir həftə ərzində 5 trilyon dollara qədər itirib. Bu haqda Reuters agentliyi məlumat verib.

Bu həftə kotirovkaların düşməsi 2008-ci ildəki qlobal iqtisadi böhrandan bəri ən güclü düşüş oldu. Təxminən 50 ölkənin bazarlarında vəziyyəti izləyən MSCI ümumi maliyyə indeksi cümə günü 1 faizindən çox aşağı düşüb. Həftə ərzində isə sözügedən indeks təxminən 10 faiz azalıb.

Dünya bazarlarındakı çöküşdən sonra Rusiya fond bazarları da eyni aqibətlə üzləşib. Cümə günü Rusiyada indekslərin enişi davam edib. Fond birjalarında Rusiya rublu da dollar və avro qarşısında dəyərini itirib. Belə ki, 1 dollar 67 rubla, avro isə 74 rubla yüksəlib.

Fevralın 28-də London ICE birjasında keçirilən hərracda Brent neftinin may fyuçersinin qiyməti iki ildən çox zaman ərzində ilk dəfə bir barel üçün 50 dollardan aşağı düşüb. WTI üçün aprel fyuçersləri isə Nyu-York Ticarət Birjasında ticarət zamanı 45,81 dollara düşüb. WTI kotirovkalarının həftəlik düşüşü son 12 ildə ən güclü düşüş olub, bu haqda Bloomberg yazıb.

Daha əvvəl Avropa və Amerika bazarları Çin epidemiyasının bir neçə ay ərzində aradan qaldırılması mümkün olacağına ümidli olduqlarından, koronavirus üzündən enişdən yayına bilmişdilər. Lakin, son günlər Avropada, xüsusilə də İtaliyada xəstəliyin yayılması üzündən bazarda əhval-ruhiyyə kəskin şəkildə pisləşib. Belə ki, fevralın 28-nə olan vəziyyətə görə təkcə İtaliyada 600-dən çox yoluxma halı qeydə alınıb.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
koronavirus

İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən məsrəflərin gəlirdən çıxılan xərclərə aid edilməsi

posted in: Vergi, Xəbər | 0

VÖENƏmlakı icarəyə götürən şəxs tərəfindən icarəyə götürülmüş əsas vəsaitin təmirinə çəkilmiş xərclər həmin əsas vəsaitin onun balansında olub-olmamasından asılı olmayaraq gəlirdən çıxılmalıdırmı?

Vergilər Nazirliyi bununla bağlı bildirir ki, icarəyə götürülmüş və icarəyə götürənin balansında olmayan əsas vəsaitə icarəçi tərəfindən çəkilmiş təmir xərclərinin gəlirdən çıxılması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

İcarəyə götürülmüş əmlak icarəçinin balansında olduğu halda, həmin əsas vəsaitin təmirinə çəkilmiş xərclər Vergi Məcəlləsinin 115-ci maddəsi ilə müəyyən olunmuş norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir.

Eyni zamanda, əsas vəsait icarəçinin balansına götürülmədikdə və icarəyə götürülmüş əsas vəsaitin təmirinə çəkilmiş xərclər icarə haqqı ilə əvəzləşdirilmədikdə icarəçi tərəfindən çəkilmiş təmir xərcləri gəlirdən çıxılmır. İcarəyə götürülmüş əsas vəsaitin təmirinə çəkilmiş xərclər icarə haqqı ilə əvəzləşdirildikdə təmir xidmətinə görə xərclər icarə haqqı şəklində gəlirdən çıxılır.

Mülki Məcəlləsinin 680.1-ci maddəsinə əsasən, kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur.

Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ının 5.7-ci bəndinə əsasən, icarəyə götürülmüş və uçota alınmamış əsas fondlar üzrə təmir işlərinin məbləği icarəyə verən tərəfindən ödənilir və ya icarə haqqının azaldılması yolu ilə icarəçinin öz vəsaitləri hesabına aparılır.

Bunlarla yanaşı, icarəyə götürülmüş əsas vəsaitlər üzrə çəkilmiş təmir xərclərinin həmin əsas vəsaitlər icarəçinin balansına götürülmədiyi halda, icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilməsi məsələsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 14.02.2020-ci il tarixli məktubunda qeyd edilib ki, icarəyə götürülmüş əsas vəsaitlər üzrə çəkilmiş təmir xərcləri həmin əsas vəsaitlər icarəçinin balansına götürülmədiyi halda icarəçinin təmir xərcləri gəlirdən çıxılmamalıdır.

Əlavə olaraq bildiririk ki, vergi qanunvericiliyində ziddiyyətli və aydın olmayan məqamlar yaradan məsələlər aşkarlandıqda həmin məsələlərin düzgün tənzimlənməsi ilə bağlı vahid yanaşmanın müəyyən edilməsi və vergi orqanı əməkdaşlarının, habelə vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə Vergi siyasəti Baş İdarəsi tərəfindən mütəmadi olaraq göstəriş məktubları hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
xərclər

Əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi halları aşkar olunub

posted in: Müqavilələr, Xəbər | 0

Əmək müqaviləsiVergi ödəyiciləri tərəfindən əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən nəzarət tədbirləri davam etdirilir. Əmək müqaviləsi emek

Aparılmış nəzarət tədbirləri nəticəsində Sumqayıt şəhərində yerləşən “Ən Ucuz Market”lər şəbəkəsinə daxil olan 7 obyektdə əmək müqaviləsi olmadan ümumilikdə 33 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması halları aşkar edilib. Həmin obyektlərin hər birində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu və faktiki sahələrinin vergi orqanlarına təqdim edilmiş uçot sənədlərində bəyan edildiyi göstəricilərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, Cəlilov Elşən Firdovsi oğluna məxsus tikiş sexində aparılan vergi nəzarəti tədbirləri zamanı isə 16 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb olunduğu aşkar edilib. Həmçinin müəyyən edilib ki, vergidən yayınmaq məqsədilə vergi ödəyicisi fəaliyyət göstərdiyi obyekti vergi orqanlarında qeydiyyatdan keçirməyib.

Qeyd olunmalıdır ki, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı 10 nəfərdən çox olduğu halda, cinayət tərkibi yaranır.

Vergilər Nazirliyi bildirir ki, işəgötürənlər işçilərin əmək müqaviləsi əsasında işə cəlb olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməlidir. Habelə mal və pul vəsaitlərinin uçotdan gizlədilməsi hallarına yol verməməlidirlər. Vergi orqanları dövriyyələrini gizlədərək vergidən yayınan şəxslərin aşkar edilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir. Və bir daha xəbərdarlıq edir ki, qanun pozuntularına yol verilməsi və vergidən yayınma hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq. İntizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.

Vətəndaşların nəzərinə bir daha çatdırılır ki, əmək müqaviləsinin bağlanması, ilk növbədə, işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilib. İşçilər əmək müqaviləsi olmadan və ya işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək müqaviləsi olmayan və əmək haqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır. Və ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalnız rəsmi əmək haqqı ödəməyi tələb etməklə hər bir işçi öz gələcəyini indidən düşünmüş olur.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmək müqaviləsi emek