Azərbaycanda muzdlu işçilərin sayı 1 milyon 641 mini ötüb
Bu il fevralın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 117,2 min nəfər və ya 7,7 faiz artaraq 1 641 min nəfər olub. Onlardan 911,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, muzdla işləyənlərin 20,5 faizi təhsil, 18 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,25 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.(muzdlu işçi)
Cari ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,8 faiz artaraq 712,1 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Mənbə: vergiler.az
Həmçinin bax:
-
Ödəniş xaricdəki bank hesabımızdan edildiyi halda qeyri-rezidentə ödənişdən ÖMV tutulmalıdır?
-
Hüquqi şəxsə icarə haqqı ödənildikdə mütləq ÖMV bəyannaməsi verilməlidirmi?
-
Gecikməyə görə tətbiq edilən cərimə ƏDV-yə cəlb edilirmi?
-
Əmtəəsiz əməliyyat nədir?
-
Sosial xarakterli xərclər hansılardır?
-
İnventarizasiya zamanı əskikgəlmələr olduqda sənədləşmə və vergi öhdəlikləri
-
Borcun bağışlanması zamanı hansı vergi öhdəlikləri yaranır?
-
Payların alqı-satqısı zamanı vergi öhdəlikləri
-
Həyatın yığım sığortasına yönəldilən gəlirlər işsizlikdən sığorta haqlarından azad olunur?
-
Əvvəlki dövrlər üzrə vergi güzəşti tətbiq oluna bilər?

Çoxsaylı pul köçürmə sistemlərinin müştəriləri Çində köçürmələri qəbul etməkdə çətinlik çəkə bilərlər. Bu “Zolotaya korona” sisteminin müştəriləridir. Eləcə də Contct və Western Union pul köçürmə sistemlərindən istifadə edənlər də problemlər yaşaya bilərlər.
2020-ci ilin fevral ayında vergi orqanlarına 19 min 40 müraciət daxil olub. Vergilər Nazirliyindən verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.630 müraciət və ya 16 faiz azdır. Müraciətlərin 17 min 725-i (93,1 faizi ) ərizə, 1.218-i (6,4 faizi) şikayət, 97-si (0,5 faizi) təklif olub. 4 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Baxılan müraciətlərin 84,4 faizi tam, 0,1 faizi isə qismən müsbət həll olunub.
Azərbaycana idxal edilən spirtli və energetik içkilər üçün aksiz dərəcələri sabahdan artırılır.