Xüsusi rejim qərarından sonra işə getməyənlərin maaşları hansı meyarlar əsasında hesablanacaq?

posted in: Xəbər | 0

maaşÖlkə ərazisində koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı yoluxma hallarının minimuma endirilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən bir aylıq xüsusi rejimin tətbiq edilməsinə qərar verilib. Təbii ki, qərar əsasında bütün dövlət və özəl qurumlar müvafiq tədbirlər görüb. (maaş)

Lakin bütün bunlarla yanaşı, insanlar bəzi suallarına cavab tapa bilmirlər. Xüsusən də, dövlət və özəl müəssisələrdə çalışan şəxslər ay sonunda məvacibləri hansı formada alacaqlarını bilmir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq ləğv edilən iş günlərinə görə işçilərin maaşları kəsiləcəkmi?

Maaşların verilməsində kəsilmə olacaqsa, bu hansı meyarlar əsasında hesablanacaq? Həmin proses həm dövlət, həm də özəl müəssisələrdə eyni şəkildə aparılacaq, ya yox?

Məsələ ilə bağlı sualları Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov cavablandırıb. Onun sözlərinə görə, insanları narahat edən bu məqam, təəssüf ki, Əmək Məcəlləsində normal şəkildə tənzimlənmir:

“Təəssüf ki, bu məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsində normal qaydada tənzimlənməyib. Belə ki, Əmək Məcəlləsində işçilərin boşdayanma halları zamanı əməyin ödənilməsi məsələsinə dair bir sıra məqamlar yer alır. Amma həmin sənəddə bu vəziyyətin hansı müddət arasında qüvvədə olacağı qeyd edilmir. Sözügedən maddəyə əsasən, məsələn, işçinin günahı olmadan boşdayanma halı olursa, bu zaman işçilərə tarif (vəzifə) maaşının üçdə ikisindən az olmayan həcmdə ödəniş edilir. Əgər şəxsin vəzifə tarif maaşı 300 manatdırsa, deməli, azı 200 manat ödənilməlidir. Amma Məcəllədə boşdayanmanın hansı müddətə qədər tətbiq ediləcəyi konkret göstərilməyib. Yaxşı olardı ki, qanunda bunun 1 ay və ya misal üçün, 5 aylıq bir müddətə nəzərdə tutulduğu qeyd olunsun. Bildiyim qədərilə dövlət müəssisələrində çalışan işçilərin əmək haqları tam şəkildə ödəniləcək.

Başqa bir məqam isə kollektiv məzuniyyətlə bağlıdır. Koronavirusu təbii fəlakət hesab etsək (artıq Ümumdünya Səhiyyə Təşkilatı bunu elan edib) və boşdayanma uzun müddət davam edərsə, 146-cı maddə işə düşə bilər. Bir şərtlə ki, bu, kollektiv müqavilədə, ya da əmək müqaviləsində əksini tapmış olsun. Əgər kollektiv və ya əmək müqavilələrində təbii fəlakət, texniki qəza nəticəsində istehsalın dayanması, işi davam etdirməyin mümkün olmadığı (işçilərdən asılı olmayan səbəblərdən) nəzərdə tutulubsa, işçilər ödənişsiz məzuniyyətə göndərilə bilər. Lakin bu gün bir çox yerlərdə əmək müqaviləsi tətbiq edilmir. Əmək müqaviləsi ilə işləyən işçilərin müqavilələrində isə standart maddələr yer aldığından, bu kimi məqamların razılaşdırılmasının qeyd edildiyini düşünmürəm”.

Hüquq müdafiəçisi mövcud vəziyyətlə əlaqədar müvəqqəti qanunvericiliyin hazırlanması ilə bağlı təklif irəli sürdüyünü bildirib:

“Əmək münasibətlərinin tənzimlənməsi üçün düşünürəm ki, bu məqamlar xüsusilə nəzərə alınmalıdır. Ölkə ərazisində elan edilən xüsusi rejimlə əlaqədar müvəqqəti qanunvericilik hazırlanması yaxşı olardı. Çünki bir məqam da insanların özünü izolyasiya halı ilə bağlıdır.

Şəxs özündə virus ola bilməsindən şübhələnir və ya şübhəli şəxslərlə ünsiyyətdə olduğu üçün özünü izolyasiya etmək istəyir. İşə gəlməyərək həm özünün, həm də kollektivin təhlükəsizliyini təmin etməyə çalışır. Bəs əgər şəxs özünütəcridə keçirsə, necə olacaq? İşəgötürənlər sonradan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsinə xitam verəcək?

Bu səbəbdən mütləq şəkildə xüsusi rejim müddəti üçün müvəqqəti qanunlar qəbul olunmalıdır. Bu arada biznesin də maraqları nəzərə alınmalıdır. Kiçik sahibkar (lap elə iri sahibkar) qazanc əldə edə bilmirsə, işçilərin əməyini ödəyə bilməyib müflis olacaq. Hökumət bu məsələdə dəstək barədə fikirləşir. Bu yaxşı haldır. Amma digər məsələlərə təcili reaksiya verilməlidir”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində sözügedən məsələlərlə bağlı bir sıra maddələr qeyd olunub. ƏM-nin 70-ci maddəsinin (ç) bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya bu Məcəllənin 72-ci maddəsində (Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar) sadalanan hallar qeydə alındıqda işəgötürən tərəf əmək müqaviləsini ləğv edə bilər.

169-cu maddədə isə boşdayanma vaxtı əməyin ödənilməsinin hansı formada tənzimlənməsi qeyd olunub. Belə ki, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxsə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir. Lakin işçinin təqsiri üzündən qeydə alınan boşdayanma vaxtı ödənilmir.

Məcəllənin 146-cı maddəsində isə müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi qaydaları qeyd olunub. Bu halda iki məqam nəzərə alınır:

1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərdə və qaydalarda işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.

2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.

Mənbə: fed.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
maaş maaş, maaş

RƏSMİ: Bu şəxslər aprelin 29-na qədər məzuniyyətə göndərilir

posted in: Xəbər | 0

məzuniyyətNazirlər Kabineti yanında operativ qərargah: vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün daha əlverişli şərtlər formalaşdırılır. məzuniyyət

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.

Belə tədbirlərin ən mühüm hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaqdır. İndiyə qədər mərhələli şəkildə görülmüş tədbirlər ünsiyyətin xeyli azalmasına səbəb olub.

Bununla belə, işləyən vətəndaşların “özünütəcrid”i qeyri-mümkün olur və infeksiyanın yayılması təhlükəsini artırır.

Bu səbəbdən, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə və tam şəkildə alınması məqsədilə vətəndaşların “özünütəcrid” üçün daha əlverişli şərtlərlə təmin edilməsinə ehtityac var.

Vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əmək haqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub.

Qərar müvəqqəti xarakterlidir, dövlətin vətəndaşların təhlükəsizliyini daha səmərəli təmin etməsi məqsədilə qəbul olunub və növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əmək haqları tam şəkildə ödəniləcək.

Bu qərar minlərlə vətəndaşın özünü infeksiya təhlükəsindən daha yaxşı qorumasına səbəb olacaq.

Mənbə: nk.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
məzuniyyət

Azərbaycanda bütün təhsil müəssisələrində tətilin müddəti uzadıldı

posted in: Xəbər | 0

Koronavirus çağırış Azərbaycan hökumətiAzərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID – 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. təhsil

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
təhsil koronavirus

Sığortaolunanların tibb müəssisəsinə təhkimolunma Qaydası müəyyənləşib

posted in: Xəbər | 0

aksiz dərəcələri, tibb müəssisəsinə təhkimolunma,Nazirlər Kabineti “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”nı təsdiq edib. (tibb müəssisəsinə təhkimolunma)

Bnunla bağlı qərarı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılıb ki, sığortaolunanların dövlət tibb müəssisələrinə təhkim olunması üçün zəruri təşkilati tədbirləri həyata keçirsin.

Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-15.2-ci maddəsinə əsasən hazırlanmışdır və icbari tibbi sığorta çərçivəsində sığortaolunanların ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən dövlət tibb müəssisəsinə təhkimolunma qaydasını müəyyən edir.

Qərara əsasən tibb müəssisəsinə təhkimolunma və ailə həkiminin (sahə həkimi-terapevtin, sahə həkimi-pediatrın) seçimi sığortaolunanın yaşadığı ərazi üzrə fəaliyyət göstərən tibb müəssisəsinə kağız üzərində və ya elektron formada təqdim etdiyi ərizəsi əsasında aparılır.

18 yaşına çatmayan sığortaolunanların tibb müəssisəsinə təhkim olunması üçün ərizə onların qanuni nümayəndələri tərəfindən verilir.

Sığortaolunan ərizənin təqdim edilməsini elektron şəkildə və ailə həkiminin (sahə həkimi-terapevtin, sahə həkimi-pediatrın) seçimini “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin veb saytı vasitəsilə həyata keçirə bilər.

Sığortaolunan tibb müəssisəsinə təhkim olunmaq üçün tibb müəssisəsinə verdiyi ərizə ilə şəxsiyyətini təsdiq edən sənədi və yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi təqdim etməlidir.

Tibb müəssisəsi ərizəni qəbul etdiyi gündən sonra 2 (iki) iş günü müddətində təhkimolunma barədə qərar verməli və bu barədə sığortaolunana elektron və ya kağız daşıyıcılar vasitəsilə bildiriş təqdim edilməlidir. Bildirişdə sığortaolunanın təhkim edildiyi tibb müəssisəsinin adı, ünvanı, ailə həkiminin (sahə həkimi-terapevtin, sahə həkimi-pediatrın) soyadı, adı, atasının adı və əlaqə məlumatları qeyd olunur.

Tibb müəssisəsi sığortaolunana təhkim olunmadan aşağıdakı əsaslarla imtina verə bilər:

– sığortaolunan yaşadığı ərazinin hüdudlarından kənarda fəaliyyət göstərən tibb müəssisəsinə müraciət etdikdə;

– sığortaolunan bu Qaydanın 2.8-ci və 2.9-cu bəndlərində nəzərdə tutulan tələbləri pozduqda.

Təhkimolunmaya imtina verildiyi halda, tibb müəssisəsi ərizənin qəbul edildiyi gündən sonra 2 (iki) iş günü müddətində bu barədə sığortaolunanı elektron və ya kağız daşıyıcılar vasitəsilə məlumatlandırmalıdır.

Sığortaolunanın eyni zamanda iki və ya daha çox tibb müəssisəsinə təhkim olunmasına yol verilmir. Sığortaolunan təhkim olunduğu tibb müəssisəsini öz arzusu ilə təhkimolunma günündən etibarən azı 1 (bir) təqvim ili keçdikdən sonra dəyişə bilər.

Sığortaolunan yaşadığı ərazini dəyişdikdə, yeni ərazidə 2.9-cu bənddə göstərilmiş vaxt məhdudiyyəti nəzərə alınmadan tibb müəssisəsinə təhkim olunmaq üçün müraciət etməlidir.

Sığorta olunan tibb müəssisəsini dəyişmək istədikdə, bu Qaydanın 2.1-ci bəndində göstərilən qaydada yeni tibb müəssisəsinə müraciət edir. Müraciət olunan tibb müəssisəsi əvvəlki tibb müəssisəsinə elektron şəkildə müraciətlə sığortaolunanın tibbi qeydiyyat sənədlərini tələb edir. Müraciət 5 (beş) iş günü müddətində icra olunmalıdır.

Sığortaolunan bu Qaydanın 3-cü hissəsində göstərilmiş şərtlər nəzərə alınmaqla, ailə həkimini (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir.

Tibb müəssisəsində bir ailə həkiminə (sahə həkimiterapevtə, sahə həkimi-pediatra) təhkim olunan sığortaolunanların say həddi aşağıdakı kimi müəyyən edilir:

– kənd əhalisi üzrə – bir ailə həkiminə – 2000 nəfərdən çox olmamaqla;

– şəhər əhalisi üzrə – bir sahə həkimi-terapevtə – 1800 nəfərdən (18 yaşından yuxarı şəxslər), bir sahə həkimi-pediatra (18 yaşınadək şəxslər) – 800 nəfərdən çox olmamaqla.

Tibb müəssisəsi təhkimolunan sığortaolunanlar barədə məlumatları və bu məlumatlarda baş verən dəyişiklikləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya resursları ilə inteqrasiya edilən elektron sistemə daxil edir və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin edir.


“Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”nın təsdiq edilməsi haqqında

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.3.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, sığortaolunanların dövlət tibb müəssisələrinə təhkim olunması üçün zəruri təşkilati tədbirləri həyata keçirsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 17 mart 2020-ci il
№ 92

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 17 mart
tarixli 92 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-15.2-ci maddəsinə əsasən hazırlanmışdır və icbari tibbi sığorta çərçivəsində sığortaolunanların ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən dövlət tibb müəssisəsinə təhkimolunma qaydasını müəyyən edir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. sığortaolunan – sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxs;

2.1.2. tibb müəssisəsi – icbari tibbi sığorta çərçivəsində ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən dövlət tibb müəssisəsi;

2.1.3. sığortaolunanın yaşadığı ərazi – sığortaolunanın “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış yeri və ya olduğu yerin ünvanı üzrə inzibati ərazi vahidi (rayon, şəhər, şəhər rayonlara bölündükdə – şəhər rayonu);

2.1.4. ailə həkimi – cinsindən və yaşından asılı olmayaraq təhkim olunmuş şəxslərə ilkin səhiyyə xidmətləri göstərən ailə təbabəti ixtisası üzrə rezidentura təhsili almış və ya xüsusi hazırlıq proqramı üzrə müvafiq təlimlər keçmiş həkim.

2.2. Bu Qaydada istifadə olunmuş digər anlayışlar “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda verilmiş mənaları ifadə edir.

3. Tibb müəssisəsinə təhkimolunmanın qaydası

3.1. Tibb müəssisəsinə təhkimolunma və ailə həkiminin (sahə həkimi-terapevtin, sahə həkimi-pediatrın) seçimi sığortaolunanın yaşadığı ərazi üzrə fəaliyyət göstərən tibb müəssisəsinə kağız üzərində və ya elektron formada təqdim etdiyi ərizəsi (bundan sonra – ərizə) əsasında aparılır.

3.2. 18 yaşına çatmayan sığortaolunanların tibb müəssisəsinə təhkim olunması üçün ərizə onların qanuni nümayəndələri tərəfindən verilir.

3.3. Sığortaolunan ərizənin təqdim edilməsini elektron şəkildə və ailə həkiminin (sahə həkimi-terapevtin, sahə həkimi-pediatrın) seçimini “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin veb saytı vasitəsilə həyata keçirə bilər.

3.4. Sığortaolunan tibb müəssisəsinə təhkim olunmaq üçün tibb müəssisəsinə verdiyi ərizə ilə şəxsiyyətini təsdiq edən sənədi və yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi təqdim etməlidir.

3.5. Tibb müəssisəsi ərizəni qəbul etdiyi gündən sonra 2 (iki) iş günü müddətində təhkimolunma barədə qərar verməli və bu barədə sığortaolunana elektron və ya kağız daşıyıcılar vasitəsilə bildiriş təqdim edilməlidir. Bildirişdə sığortaolunanın təhkim edildiyi tibb müəssisəsinin adı, ünvanı, ailə həkiminin (sahə həkimi-terapevtin, sahə həkimi-pediatrın) soyadı, adı, atasının adı və əlaqə məlumatları qeyd olunur.

3.6. Tibb müəssisəsi sığortaolunana təhkim olunmadan aşağıdakı əsaslarla imtina verə bilər:

3.6.1. sığortaolunan yaşadığı ərazinin hüdudlarından kənarda fəaliyyət göstərən tibb müəssisəsinə müraciət etdikdə;

3.6.2. sığortaolunan bu Qaydanın 2.8-ci və 2.9-cu bəndlərində nəzərdə tutulan tələbləri pozduqda.

3.7. Təhkimolunmaya imtina verildiyi halda, tibb müəssisəsi ərizənin qəbul edildiyi gündən sonra 2 (iki) iş günü müddətində bu barədə sığortaolunanı elektron və ya kağız daşıyıcılar vasitəsilə məlumatlandırmalıdır.

3.8. Sığortaolunanın eyni zamanda iki və ya daha çox tibb müəssisəsinə təhkim olunmasına yol verilmir.

3.9. Sığortaolunan təhkim olunduğu tibb müəssisəsini öz arzusu ilə təhkimolunma günündən etibarən azı 1 (bir) təqvim ili keçdikdən sonra dəyişə bilər.

3.10. Sığortaolunan yaşadığı ərazini dəyişdikdə, yeni ərazidə 2.9-cu bənddə göstərilmiş vaxt məhdudiyyəti nəzərə alınmadan tibb müəssisəsinə təhkim olunmaq üçün müraciət etməlidir.

3.11. Sığortaolunan tibb müəssisəsini dəyişmək istədikdə, bu Qaydanın 2.1-ci bəndində göstərilən qaydada yeni tibb müəssisəsinə müraciət edir. Müraciət olunan tibb müəssisəsi əvvəlki tibb müəssisəsinə elektron şəkildə müraciətlə sığortaolunanın tibbi qeydiyyat sənədlərini tələb edir. Müraciət 5 (beş) iş günü müddətində icra olunmalıdır.

3.12. Sığortaolunan bu Qaydanın 3-cü hissəsində göstərilmiş şərtlər nəzərə alınmaqla, ailə həkimini (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir.

4. Tibb müəssisəsində ailə həkiminə (sahə həkimi-terapevtə, sahə həkimi-pediatra) təhkim olunan sığortaolunanların say həddi

4.1. Tibb müəssisəsində bir ailə həkiminə (sahə həkimiterapevtə, sahə həkimi-pediatra) təhkim olunan sığortaolunanların say həddi aşağıdakı kimi müəyyən edilir:

4.1.1. kənd əhalisi üzrə – bir ailə həkiminə – 2000 nəfərdən çox olmamaqla;

4.1.2. şəhər əhalisi üzrə – bir sahə həkimi-terapevtə – 1800 nəfərdən (18 yaşından yuxarı şəxslər), bir sahə həkimi-pediatra (18 yaşınadək şəxslər) – 800 nəfərdən çox olmamaqla.

5. Sığortaolunanların tibb müəssisəsinə təhkimolunma üzrə məlumatların yenilənməsi

5.1. Tibb müəssisəsi təhkimolunan sığortaolunanlar barədə məlumatları və bu məlumatlarda baş verən dəyişiklikləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya resursları ilə inteqrasiya edilən elektron sistemə daxil edir və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin edir.

Mənbə: nk.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
tibb müəssisəsinə təhkimolunma