“Ürəklər”iniz ilə koronavirusla mübarizəyə dəstək olun!

posted in: Bank, Xəbər | 0

“Ürəklər”iniz ilə koronavirus ilə mübarizəyə dəstək olun!


Son günlər ölkədə iri holdinq və şirkətlər kimi əhali də Koronavirus ilə (COVİD-19) Mübarizəyə Dəstək Fonduna ianələr etmək istəyir. Bunu nəzərə alaraq, BirBank mobil tətbiqində yeni funksiya təqdim edilib. Belə ki, artıq tətbiq istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini dəstək fonduna ianə formasında “xərcləyə” bilərlər.

Fondun ianə hesabına 10 000 “Ürək” müqabilində 1 manat, 50 000 “Ürək” müqabilində 5 manat, 95 000 “Ürək” müqabilində isə 10 manat köçürmək olar. Funksiya tətbiq olunan zamandan, bir neçə saat ərzində artıq 10 000 manatdan artıq vəsait toplanıb və bu məbləğ sürətlə artmaqdadır.

Qeyd edək ki, BirBank mobil tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə nağdsız ödənişlər edərək, “Ürək” qismində olan bonuslar qazana bilirlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s.

Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (15-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibatlığın roluMühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

15-ci hissə

Məqalənin 14-cü hissəsini buradan oxuya bilərsiniz.

Mühasibat uçotu məlumatlarının qərarların layihələşdirilməsində istifadə edilməsinin qeyri-ənənəvi olması ondan ibarətdir ki, baxıldığı vaxt ərzində bölüşdürülmüş iqtisadi uduşun yalnız gözlənilən məbləği qəbul edilir.

A.N. Xorin

Mühasibat uçotunun informasiya sistemi kimi üstünlükləri istifadə etdiyi metodların müstəqilliyinə, orijinallığına, elmi əsaslılığına və kamilliyinə, dialektik-materialist dünyagörüşünə və elmi yolla müəyyən edilmiş obyektiv həqiqətlərə və qanunauyğunluqlara əsaslanır.

K.Perçelov

Avtomatlaşdırılmış mühasibat uçotu metodologiyası, bizim fikrimizcə, bir tərəfdən, mühasibat uçotu nəzəriyyəsi və metoduna, digər tərəfdən isə, informasiyanın maşınla işlənməsinin layihələndirilməsi və texnologiyası nəzəriyyəsinə və metoduna əsaslanmalıdır. Bu mühasibat uçotunun aparıcı rolunda elmi metodların sintezidir. Məqsəd mühasibat uçotu ilə, qalan hər şey isə bu məqsədin həyata keçirilməsi yolları ilə müəyyən edilir.

V.N. Davıdov

Ənənəvi mühasibat uçotu dünyada hər şeyin əvvəlcədən təyin edildiyi kimi inkişaf etmişdir.

E.S. Hendriksen, M.F. Van Breda

Mühasibat üsullarının məcmusu nizamsız və sistemsiz əməli qaydalar və üsullar toplusu deyil, qamətli və ağıllı sistemin məntiqi inkişafıdır. Bütün rəngarəng müxtəlifliyi əsas rəhbər ideya birləşdirir, hər şey məntiqi ardıcıllıqla bir mövzu ilə bağlıdır, bir mövqe ciddi ağıl ilə digərindən əmələ gəlir. Bundan sonra biz mühasibatın bütün quruluşunu, mövzunun bütün mahiyyətini açıqlayırıq.

K. Dyuton

Mühasibat texnikası, öz çətinliklərinə görə, bütün digər peşələrin texnikasından üstündür.

V.D. Belov

Biz etiraf etməliyik ki, hesabdarlıq işlərinin məhsulları nümayiş etdirilmir, gözləri cəlb etmir, tamaşaçıları heyran etmir.

E. Leote

Fərdi müəssisələrdə qəbul edilən uçot metodları maşınların təsvirləri, binaların planları və s. kimi eyni sənaye sirridir, zira onlar müəssisələrə öz aralarında rəqabət aparmaq imkanı verir.

A.İ. Qulyayev

Hər bir qrup şəxs öz maraqlarını güdərək, öz metodoloji konsepsiyalarında israr edir.

Y.V. Sokolov

Sinifli cəmiyyətində mühasibat uçotu həmişə sinfi xarakter daşıyır, hakim sinfin maraqlarına xidmət edir.

V.P. Kazakeviç

Məqalənin 16-cı hissəsini buradan oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Koronavirus (Covid-19) auditə necə təsir edir?

posted in: Audit, Məqalə, Xəbər | 0

audit koronavirusBahar-auditin qaynar  çağıdır, müəssisələrin əksəriyyəti auditin başa çatmasını və müsbət auditor rəyinin verilməsini səbirsizliklə gözləyirlər. Fövqəladə vəziyyət, sahibkarlıq fəaliyyətinin bir çox sahələrində qeyri – müəyyənlik, karantin, görüşlərin və səfərlərin ləğv edilməsi-bütün bunlar auditə birbaşa təsir göstərir.

Müsbət rəy verilməsi və maliyyə hesabatlarında əhəmiyyətli səhvlərin olmaması barədə rəy bildirmək üçün auditor kifayət qədər məlumat toplamalıdır. Yalnız sənədlərin yoxlanmasına əsaslanan audit çoxdan keçmişdə qalıb.

İşçilərlə, rəhbərliklə görüş, maliyyə nəticələrinə aparıb çıxaran proseslərin başa düşülməsi, müəssisədə daxili nəzarət sisteminin yoxlanılması və dəyərləndirilməsi – auditor işinin vacib hissəsidir. Müsahibələr və analitik prosedurları onlayn şəkildə həyata keçirmək mümkündürsə, inventarizasiya, orijinal sənədlərin yoxlanılması, yerdə nəzarət sisteminin sınaqdan keçirilməsi ilə nə etmək lazımdır?

Auditorlar və müştərilər məlumatların ötürülməsi və yoxlanılması üçün alternativ variantları tapmaq məcburiyyətində qalacaqlar. İnventarlaşdırmanı həyata keçirən auditor bunu onlayn şəkildə edə bilərmi? Düzgün dövrləşdirməni təsdiqləmək üçün ilin son satışının videoyazısımı? Digər yenilikçi həllərmi? İndi bu qəribə görünür, amma, kim bilir, bəlkə də tezliklə bu cür hərəkətlər qaçılmaz bir reallığa və maliyyə auditinin gündəlik proseduruna çevriləcək.

Hər auditin ayrılmaz hissəsi olan balans hesabat tarixindən sonra hadisələrin qiymətləndirilməsi sahəsində bizi çətinliklər gözləyir. Bu gün biz maraqlı bir vəziyyətlə məşğul oluruq ki, koronavirusun baş verməsindən əvvəl və ondan sonra auditor rəyi oxşar fəaliyyət növü və şirkətlərin digər parametrləri üçün dramatik şəkildə fərqlənə bilər. Koronavirusun bir işə təsirini necə qiymətləndirmək olar və auditor müştərisinin yaxın gələcək üçün fəaliyyətini davam etdirəcəyinə necə əmin ola bilər?

Sahibkarlar auditorun şirkətin planları haqqında əlavə məlumat tələb edəcəyinə, rəhbərliyin mövcud vəziyyətin sahibkarlıq fəaliyyətinə təsiri və hadisələrin inkişaf variantları barədə real qiymətləndirmə tələb etməsinə hazır olmalıdırlar. Tamamilə başa düşüləndir ki, bütün qiymətləndirmələr gələcək hadisələrin, qeyri-müəyyənliyin və gələcək böhranın zəmanəti deyil, çox güman ki, auditorun alınan məlumatlara tənqidi münasibətini artıracaqdır.

Belə halda auditor “təmiz” rəy vermək üçün kifayət qədər məlumat əldə edə bilmədiyi təqdirdə, hesabatına müvafiq olaraq düzəliş etmək məcburiyyətində qalacaq, yoxlamanın həcmini məhdudlaşdırmaq barədə qeyd daxil edəcək və ya hətta rəy verməkdən imtina edə bilər. Bənzər şərhlərlə auditor tərəfindən verilən nəticələrin payının əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırmaq mümkündür. Təəssüf ki, tam qeyri-müəyyənlik şəraitində auditorların seçimləri azdır.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fövqəladə vəziyyət rejimi nədir? Hansı hallarda tətbiq edilir?

posted in: Məqalə, Xəbər | 0

Bu yazımızda Ümumdünya Səhiyyə Təşkilatının pandemiya statusu verdiyi yeni tipli Covid-19 virusu ilə əlaqədar xəbərlərin daim gündəmi zəb etməsini nəzərə alaraq fövqəladə vəziyyət rejimi barədə məlumat verəcəyik.

Əvvəla onu qeyd edək ki, Konstitusiyamıza görə Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir. Bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

Göründüyü kimi epidemiya və ya epizootiyalar baş verdikdə də fövqəladə vəziyyət rejimi tətbiq edilir.

Mövzu ilə əlaqədar onu da qeyd edək ki, fövqəladə vəziyyət müvəqqəti tədbirdir və fövqəladə vəziyyətin tətbiq edilməsində məqsəd onun tətbiq edilməsinə səbəb olmuş şəraitin tezliklə aradan qaldırılması, qanunçuluğun bərpa edilməsi, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin normal fəaliyyət göstərməsi üçün şərait yaradılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsidir.

Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə vəziyyətin qüvvədə olma müddəti 60 gündən artıq ola bilməz. Bu müddət ərzində fövqəladə vəziyyətin tətbiqində nəzərdə tutulan məqsədlərə nail olunmazsa, onun qüvvədə olma müddəti bu Qanunla fövqəladə vəziyyətin tətbiqi üçün nəzərdə tutulmuş tələblərə riayət olunmaqla 60 gündən çox olmayan müddətə artırıla bilər.

Fövqəladə vəziyyət rejimi zamanı bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər bir qayda olaraq adi halda həyata keçirilməsi mümkün olan bəzi hərəkətlərin məhdudlaşdırılmasında özünü göstərir. Bu tədbirlərə misal olaraq aşağıdakıları göstərə bilərik:

  • vətəndaşların hərəkət sərbəstliyinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin əraziyə daxil olmalarına və orada yaşamalarına məhdudiyyətlər qoyulması, gediş-gəlişi nizama salan xüsusi rejimin müəyyən edilməsi;
  • ictimai asayişin, dövlət mühafizəsi altında olan obyektlərin, habelə əhalinin həyat fəaliyyətini və nəqliyyatın işini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi;
  • ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə məhdudiyyətlər qoyulması;
  • gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində xüsusi rejimin müəyyən edilməsi;
  • yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlər, eləcə də digər kütləvi tədbirlərin keçirilməsinə qadağan və ya məhdudiyyət qoyulması;
  • Karantin və ya komendant saatınım tətbiqi və s.
Onu da qeyd etmək mümkündür ki, fövqəladə vəziyyət rejimi pozulduğu halda aşağıdakı inzibati tənbeh tədbirlərinin tətbiqi mümkündür:

fiziki şəxslər qırx manatdan səksən manatadək məbləğdə cərimə edilir. Yaxud işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun