» » » Vergi orqanlarına müraciətlər 16 faiz azalıb

Vergi orqanlarına müraciətlər 16 faiz azalıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi orqanları2020-ci ilin fevral ayında vergi orqanlarına 19 min 40 müraciət daxil olub. Vergilər Nazirliyindən verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.630 müraciət və ya 16 faiz azdır. Müraciətlərin 17 min 725-i (93,1 faizi ) ərizə, 1.218-i (6,4 faizi) şikayət, 97-si (0,5 faizi) təklif olub. 4 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Baxılan müraciətlərin 84,4 faizi tam, 0,1 faizi isə qismən müsbət həll olunub. vergi orqanları

2020-ci ilin fevral ayında nazirliyin aparatına 2 min 89 müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz azdır. Daxil olmuş müraciətlərdən 48,7 faizi ərizə, 46,7 faizi şikayət, 4,6 faizi təklif olub. 4 müraciətin icrası isə xüsusi nəzarətə götürülüb.

Hesabat dövründə vergi orqanlarına daxil olan bütün müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə icra olunub. 2020-ci ilin fevral ayında vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 781 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

Vergilər Nazirliyinin aparatında 131 vətəndaş qəbul edilərək müraciətinə baxılıb.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi orqanları