Gürcüstanda turizm sektoru üzrə vergiləri ödəmək müddəti uzadılıb

posted in: Xəbər | 0

TurizmTurizm sektorunda və əlaqədar sahələrdə fəaliyyət göstərən şirkətlər və özüməşğul vətəndaşlar üçün vergi ödəmək müddəti dörd ay uzadılıb. Baş nazir Georgi Qaxariya koronavirusun yayılmasının iqtisadi nəticələrinin azaldılması ilə bağlı hökumətin böhrana qarşı planını açıqlayarkən bildirib ki, “hökumət mehmanxana və restoranlar da daxil olmaqla turizmlə bağlı sahələr və şirkətlər üçün, eləcə də turizm agentlikləri, nəqliyyat müəssisələri, ekskursiya xidmətləri kimi sahələr üçün əmlak və gəlir vergilərinin ödənilmə müddətini dörd ay təxirə salıb”. Baş nazirin sözlərinə görə, bu tədbir 18 min şirkəti və 50 minə yaxın özüməşğul şəxsi əhatə edəcək ki, bununla təxminən 100 milyon lari (60,5 milyon mabat) həcmində vəsaitin turizm sektorunun sərəncamında qalmasına şərait yaranacaq.

Mənbə: vergiler.az


Həmçinin bax:


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
turizm

Viruslardan qorunmaq üçün ödənişləri təmassız edin

posted in: Bank, Xəbər | 0

kapital bank təmassız ödənişSon günlər dünyada yayılan Covid-19 virusu ilə mübarizə aparmaq məqsədilə əksər ölkələrdə təhlükəsizlik və karantin tədbirləri keçirilir, ölkələr xüsusi rejimə keçib. Artıq bir neçə gündür ki, Azərbaycanda da xüsusi rejim tətbiq olunub, bir sıra müəssisələr bəzi məhdudiyyətlər tətbiq edib. Kapital Bank

Bakteriya və mikrobların yayılmasının əsas “səbəbkar”larından biri məhz pul əsginaslarıdır. Əldən-əldə keçən pullar, bir sıra mikrobların daşıyıcıları hesab olunur. Hətta el arasında deyilən “pul əl çirkidir” deyimi də məhz buradan meydana çıxıb.

Virusa tutulmamaq və zərərli mikroblardan qorunmaq üçün xüsusilə ödənişlər zamanı təmassız vasitələrdən istifadə etmək tövsiyə olunur. Buna misal olaraq Kapital Bank-ın təmassız texnologiyanı dəstəkləyən PayWave və PayPass kartlarını misal çəkmək olar. Bu kartlar vasitəsilə ödəniş edərkən pul əsginaslarından istifadəyə ehtiyac olmur. Ödəniş edərkən sadəcə olaraq kartı POS terminala yaxınlaşdırmaq kifayətdir. Elektron ödənişlərinin təhlükəsizliyini təmin etmək üçün isə 3D Secure sisteminə qoşulmaq zəruridir.

Daha bir müasir ödəniş növü qismində BirBank mobil tətbiqindəki NFC texnologiyasına əsaslanan daha rahat və sürətli təmassız ödəniş xidmətini qeyd etmək olar. İstifadəçilər alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə edərkən ödənişi öz smartfonları vasitəsilə həyata keçirə bilərlər. Android istifadəçiləri Kapital Bank-ın BirBank mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün hər hansı bir Kapital Bankın Visa kartını təyin edib, telefonu POS terminala yaxınlaşdırıb, ödəniş edə bilərlər.

Kapital Bank əhaliyə ehtiyatlı olmağı, filiallara gələrkən tətbiq olunan xüsusi qaydalara riayət etməyi, xüsusən də ödənişlər edərkən pul əsginasları ilə daha az təmasda olmağı tövsiyə edir. İnanırıq ki, tezliklə xüsusi rejim bitəcək, hamı əvvəlki həyata qayıdacaq, lakin təmassız ödənişlər vərdiş olaraq qalacaq və hər bir müştəri təmassız texnologiyalardan rahat istifadə edəcək. Özünüzü, yaxınlarınızı qoruyun və sağlamlığınızın qeydinə qalın.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Həmçinin bax:


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kapital Bank təmassız ödəniş

Kağız sənədlər vasitəsilə koronavirusa yoluxmaq mümkündürmü?

posted in: Məqalə, Xəbər | 0

kağız sənədlər koronavirusKağız sənədlər vasitəsilə koronavirusa yoluxmaq mümkündürmü? koronavirus

Cavab veririk – bəli, mümkündür.

Koronavirus bir neçə günə qədər bərk səthlərdə yaşaya bilir. Özünüzü koronavirusa tutulma riski altına salmamaq və işinizdəki dəyişikliklərdən hər ay xəbərdar olmaq üçün iş sahənizlə bağlı elektron jurnalları oxuyun. Siz bunu mobil telefonunuzdan, ya da komputerdən oxuya bilərsiniz. Və heç kim sizin jurnalı əlinə ala bilməyəcək.

Ümumiyyətlə, koronavirusun geniş yayılma dövründə kağız sənədlərlə işləmək öz sağlamlığınızı risk altına qoymaq deməkdir. O səbəbdən, həyatınızı qorumaq üçün gigiyenik tədbirlərə əməl etməniz çox mühümdür. Yalnız belə etməklə siz həm özünüzün, həm də doğmalarınızın, eləcə də təmasda olduğunuz digər insanların da həyatını riskə atmamış olacaqsınız.


Həmçinin bax:


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
kağız sənədlər koronavirus

Azərbaycanın regionlarında vergilərin azaldılması təklif olunur

posted in: Vergi, Xəbər | 0

Vergitutma Komissiya“Azərbaycanın regionlarında vergilər azaldılmalıdır”. vergilərin azaldılması

Bunu Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitənin üzvü Məşhur Məmmədov deyib.

Millət vəkilin sözlərinə görə, bu baş versə, regionlarda iş yerlərinin sayının artmasına, sosial məsələlərin həllinə böyük kömək edəcək: “Ona görə də, təklif edirəm ki, Vergi Məcəlləsində bəzi müddəalara yenidən baxılsın”.

Mənbə: report.az


Həmçinin bax:


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilərin azaldılması