» » » Gürcüstanda turizm sektoru üzrə vergiləri ödəmək müddəti uzadılıb

Gürcüstanda turizm sektoru üzrə vergiləri ödəmək müddəti uzadılıb

posted in: Xəbər | 0
birbank biznes

TurizmTurizm sektorunda və əlaqədar sahələrdə fəaliyyət göstərən şirkətlər və özüməşğul vətəndaşlar üçün vergi ödəmək müddəti dörd ay uzadılıb. Baş nazir Georgi Qaxariya koronavirusun yayılmasının iqtisadi nəticələrinin azaldılması ilə bağlı hökumətin böhrana qarşı planını açıqlayarkən bildirib ki, “hökumət mehmanxana və restoranlar da daxil olmaqla turizmlə bağlı sahələr və şirkətlər üçün, eləcə də turizm agentlikləri, nəqliyyat müəssisələri, ekskursiya xidmətləri kimi sahələr üçün əmlak və gəlir vergilərinin ödənilmə müddətini dörd ay təxirə salıb”. Baş nazirin sözlərinə görə, bu tədbir 18 min şirkəti və 50 minə yaxın özüməşğul şəxsi əhatə edəcək ki, bununla təxminən 100 milyon lari (60,5 milyon mabat) həcmində vəsaitin turizm sektorunun sərəncamında qalmasına şərait yaranacaq.

Mənbə: vergiler.az


Həmçinin bax:


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
turizm