Qədim Roma sakinləri ilk növbədə çox praqmatiq olublar və boş yerə heç nə etməyiblər.
Mühasibat uçotunun aparılmasının zəruriliyi onlar tərəfindən vergi tutulması sisteminin yaranması ilə başa düşülmüşdü ki, onun da məbləği uçot məlumatlarına əsasən hesablanan bazanın həcmindən asılı idi.
İş ondadır ki, başlanğıcda, Romanın inkişafının erkən (çarlıq) dövründə daimi vergitutma sistemi mövcud deyildi, eləcə də müntəzəm dövlət xərcləri yox idi. Hərbi xidmətə görə və ya yerinə yetirilən hansısa işlərə görə dövlət öz rəiyyətinə ödəniş etmirdi. Vətəndaşlardan vergi dövlət tərəfindən yalnız son dərəcə zəruri hallarda tutulurdu. Əslində, bu məcburi bir kredit alma idi, çünki xoşbəxt vaxtlar gəldikdə, alınan məbləğlər ödəyicilərə qaytarılırdı. Bundan başqa, liman rüsumları, ictimai çəmənlikdə mal-qaranın otlamasına görə rüsum və sahələrdən istifadə edənlərdən məhsulun bir hissəsi toplanılırdı. Bütün bu rüsumlar ictimai xəzinəyə toplanılırdı ki, oranın da açarı çarın əlində idi. Ancaq, dövlət maliyyəsini idarə etməsinə baxmayaraq, dövlət əmlakı çarın şəxsi mülkləri ilə qarışdırılmırdı.
İctimai mülkiyyətin mühasibat uçotunun tarixi öz başlanğıcını Romanın əsasının qoyulmasından götürüb. Onun ilkin simvolu kimi “müqəddəs çuxur” (mundus) adlandırılırdı və ilk sakinlərin hər biri ev təsərrüfatının aparılması üçün lazım olan bütün ehtiyatları ora qoyurdu. Bu isə qarşılıqlı yardım icma fondunu təşkil edirdi. Beləliklə, Romanın mövcud olduğu ilk günlərdən indiyədək mövcud olan vergi sistemi ideyası meydana çıxır – şəxsi əmlakın bir hissəsinin ictimai tələbatın ödənilməsi sistemi. Xatırladaq ki, bundan əvvəlki dövrdə vergi yığımı yalnız bir məqsəd güdürdü – çarın xoşbəxt həyatını təmin etmək.
Daha ətraflı oxumaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:
-
Qədim Romada uçot (I hissə)
-
Qədim Romada uçot (II hissə)
-
Qədim Romada uçot (III hissə)
-
Qədim Romada uçot (IV hissə)
-
Qədim Romada uçot (V hissə)
-
Qədim Romada uçot (VI hissə)
-
Qədim Romada uçot (VII hissə)