Qarşılıqlı məlumat mübadiləsinə dair müqaviləni bağlayan vergi ödəyicisinin vəzifələri

posted in: Xəbər | 0

Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuDövlət Vergi Xidmətindən bildirilib ki, vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqaviləni bağlayan vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:

– elektron kabinetdən istifadə zamanı proqram təminatı üzrə müəyyən olunmuş tələb və şərtlərə əməl etmək;

– elektron kabinetdə proqram təminatı tərəfindən qəbul olunmamış və səhv aşkar edilmiş sənəd və məlumatları yenidən hazırlayıb vergi orqanına göndərmək;

– elektron sənəd mübadiləsi üçün istifadə olunan kod-parolu məxfi saxlamaq, başqa şəxslərə istifadə üçün verməmək, kod-parol itirildikdə və ya başqaları tərəfindən istifadə olunduğunu bildikdə dərhal vergi orqanına yazılı qaydada məlumat vermək;

– elektron kabinet vasitəsilə sənəd və məlumatların mübadiləsindən imtina etdikdə vergi orqanına məlumat vermək;

– vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmaq;

– elektron kabinetin fəaliyyətini ləngidən, ona zərər vuran, o cümlədən elektron kabinetin fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlərə yol verməmək.

Əsaslandırma: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 15 mart tarixli 1917050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə formasının 4.1-ci bəndi.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotu və onun inkişaf mərhələləri (2-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu və onun inkişaf mərhələləri (2-ci hissə)Mühasibat uçotu

Mövzu, öyrənmə metodları və fənnin tapşırıqları

Mühasibat uçotu elmi kateqoriyalar kompleksi, bir hesabdarlıq kimi istənilən ölkədə istənilən praktiki mühasibatlıq fəaliyyətinin mahiyyətini müəyyən etməyə və qiymətləndirməyə imkan verir. Bu kateqoriyalar mülklərdə, tacir dükanlarındakı rəflərdə və dəyişmə məntəqələrində keçirilən təsərrüfat fəaliyyətini xarakterizə edirdi. İqtisadi inkişaf etdikcə onlar iş adamlarının fəaliyyətinin xüsusiyyətləri ilə bağlı müxtəlif formaları qəbul edərək transformasiya olunurdu. Mühasibatlıq nə vaxt yaranmışdır sualına, üç cür cavab vermək olar:

  1. 6000 il bundan əvvəl, iqtisadi həyat faktlarının məqsədyönlü qeydiyyatı başlayanda;
  2. 500 il əvvəl Luka Paçolinin kitabı çapdan çıxdıqdan sonra mühasibat uçotunun təsviri anlayışı başladıqda;
  3. 100 il bundan əvvəl ilk nəzəri konstruksiyalar ortaya çıxanda.

6000 il bundan əvvəl mühasibat uçotu praktiki fəaliyyət, hesabdarlıq kimi, təsərrüfat prosesini anlamaq vasitəsi, onun dili kimi ortaya çıxmışdı; 500 il bundan əvvəl – ədəbi müzakirə mövzusu, ədəbi dilin bir hissəsi kimi ortaya çıxdı; Və 100 ildir ki, o, müstəqil elm – hesabşünaslıq kimi, hesabdarlığın dili, uçotun başa düşülməsi vasitəsi kimi fəaliyyət göstərir. Bu son andan etibarən, hesabdrlıq və hesabşünaslıq paralel olaraq və sərbəst şəkildə mövcuddur.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Mühasibat uçotu tarixinin bir elm kimi predmeti təsərrüfat həyatı faktlarıdır, elmin məqsədi dəyərlərin qorunub saxlanmasını təmin etmək və təsərrüfat fəaliyyətinin nəticələrini aşkara çıxarmaqdır. Tədqiqat metodu iqtisadi həyat faktlarının qeydiyyatının modelləşdirilməsidir. Müxtəlif tarixi dövrlərdə mühasiblər üç vəzifəni həll etdilər:
  1. uçotu mümkün qədər məlumatlı və dəqiq etmək;
  2. onun sadəliyinə və ucuzluğuna nail olmaq;
  3. təsərrüfat həyatı faktları barədə vaxtında məlumat almaq.

Bununla birlikdə, bu vəzifələr kifayət qədər bir-birini istisna edir və buna görə uçot heç vaxt hərtərəfli, kifayət qədər dəqiq, ümuməlçatan, sadə və həqiqətən ucuz və vaxtında məlumat vermir. Bu uyğunsuzluq lap çoxdan məlum olmuşdu, mülkiyyətçinin, administratorun, işçilərin, hesabatlı şəxslərin, kreditorların və debitorların maraqları – ziddiyyətlidir, və bu ziddiyyətlər labüdlüyü ilə mühasibat uçotunun registrlərində əks olunur.

Mühasibat uçotunun tarixini öyrənərkən belə bir nəticəyə gəlmək olar ki, bütün problemlər kompleksini, həyatın insanlara verdiyi bütün sualları izah edə biləcək yeganə düzgün nəzəriyyə, yeganə mümkün kateqoriya sistemi ola bilməz. İstənilən mühasibat kateqoriyası, istənilən hesab, iqtisadi prosesdə iştirak edən şəxslərin maraqlarını əks etdirir və əhəmiyyətli dərəcədə həm də onları gizlədir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avtonəqliyyat vasitələri ilə daşımalar üzrə ƏDV hansı hallarda əvəzləşdirilir?

posted in: Xəbər | 0

daşımalar üzrə ƏDV, avtonəqliyyat vasitələri, Malların ixrac qeydi, ƏDV üçün mal, ƏDV hesablanmasıVergi Məcəlləsinin 218.4.1-ci maddəsinə görə, Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

“Good Finance” MMC-nin vergi məsləhətçisi Teymur İslamlı bildirib ki, Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən, bu cür daşımanı həyata keçirən şəxslər avtonəqliyyat vasitələrinə “Fərqlənmə nişanı” almaqla fəaliyyət göstərirlər. Bununla yanaşı, avtonəqliyyat vasitələri ilə daşıma xidmətləri üzrə ƏDV-nin əvəzləşdirilməsi xüsusi şərtlər daxilində mümkündür.

Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələri ilə ölkədaxili yük və sərnişin daşıması ilə məşğul olan, aşağıdakı tələblərə cavab verən şəxslər könüllü ƏDV qeydiyyatı üçün ərizə vermək hüququndan istifadə edə bilərlər:

– göstərilən xidmətlərin və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;

– digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə olunması üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;

– göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu mərkəzləşdirilmiş vahid elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən şəxslər.

Qeyd olunan tələblərə cavab verən şəxslər yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmağa dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edirlə və onların ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.

Göründüyü kimi, avtonəqliyyat vasitələri ilə ölkə daxilində daşımalar həyata keçirən şəxslərin fəaliyyəti Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tələblərinə cavab vermədikdə, onların ƏDV tətbiq etməklə əməliyyatlar aparmaq hüququ yoxdur. Qeyd olunan xidmətlərin alışını həyata keçirən şəxslərin həmin əməliyyatlar üzrə apardıqları ƏDV əvəzləşdirmələri vergi orqanı tərəfindən tanınmaya bilər.

Mövzu ilə bağlı digər vacib məqam odur ki, Vergi Məcəlləsinin 171-ci maddəsinə uyğun olaraq, daşıma xidməti malların göndərilməsinin (işlərin görülməsinin, xidmətlərin göstərilməsinin) bir hissəsi olduqda, bu zaman təqdim edən tərəfin ƏDV tətbiq etmək, alışı həyata keçirən şəxsin isə ƏDV-ni əvəzləşdirmək hüququ vardır.

Beləliklə, avtonəqliyyat vasitələri ilə daşımalar üzrə xidmət göstərən şəxs Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tələblərinə cavab verdikdə və ya daşıma 171-ci maddəyə uyğun olaraq malların (işlərin, xidmətlərin) göndərilməsinin bir hissəsi olduqda qarşı tərəfin ƏDV-ni əvəzləşdirmək hüququ vardır, digər hallarda isə ƏDV əvəzləşdirilmir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əməkhaqqından tutulmaların təyinatları

posted in: Xəbər | 0

Əmək haqqından tutulmalarƏvvəlki yazılarımızda işçinin aylıq əmək haqqından aparılan tutulmalar barədə yazaraq həmişəki kimi maarifləndirməyə çalışdıq. Bu yazımızda isə həmin tutulmaların işçiyə faydaları və tutulmaların təyinatı barədə məlumat verməyə çalışacağıq.

Mövzuya başlamazdan əvvəl hansı tutulmaların olması barədə qısa xatırlatma etmək istərdik.

Hazırki qanunvericiliyə görə işçinin əmək haqqından aşağıda göstərilən tutulmalar həyata keçirilir.

  1. Gəlir vergisi
  2. Sosial sığorta haqqı
  3. İşsizlikdən sığorta haqqı
  4. Tibbi sığorta haqqı
  5. Bəzi müəssisələrdə həmkarlar ittifaqına ödənilən tutulmalar

Tutulmaların faydaları və ya təyinatı aşağıdakı kimi müəyyən edilmişdir:

Gəlir vergisi. Vergi ümumilikdə dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatıdır ki, dövlət büdcəsi də sırf bu kimi təminatlar hesabına formalaşır. Hər bir şəxsin əmək haqqından tutulan gəlir vergisi həm Konstitusiya ilə müəyyən edilmiş vəzifə, həm də vətəndaşlıq borcu kimi çıxış edir.

Sosial sığorta haqqı. Həm işçidən, həm də işəgötürəndən tutulan sosial sığorta haqqı fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itkilərinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta haqları bir qayda olaraq işçinin əmək qabiliyyətini itirdiyi dövrdə (xəstəlik, əlillik, hamiləlik, pensiya və s) itkilərinin kompensasiya edilməsinə yönəldilir. Onu da qeyd edək ki, sosial sığorta haqları pensiya sisteminin də təminatı kimi çıxış etdiyi üçün işçinin əmək pensiyası yaşına çatdıqda və pensiya hüququ qazandığı vaxt alacağı pensiyanın formalaşmasına təsir edən amil kimi çıxış edir. Eyni zamanda sosial sığorta haqları müavinətlərin ödənilməsinə də yönəldilir.

İşsizlikdən sığorta haqqı. Bu sığorta növünün təyinatı üzrə işçi ixtisar, müəssisə ləğvi və ya müqavilənin müddətinin bitməsi ilə əlaqədar işdən azad edildikdə onun maliyyə itkilərinin müəyyən hissədə kompensasiya edilməsi məqsədilə tətbiq edilir.

Tibbi sığorta haqqı. Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi olmaqla, sağlamlığa dəymiş zərərin tibbi xidmətlər zərfində göstərilmiş həcmə uyğun olaraq aradan qaldırılması məqsədilə tətbiq edilir. Xatırladaq ki, 2021-ci ilin aprel ayının 1-i tarixindən başlayaraq bütün ölkə ərazisində tibbi xidmətlərin icrası təmin ediləcəkdir.

Həmkarlar ittifaqına tutulmalar. Həmkarlar ittifaqları işçilər arasında fərq qoyulmadan və işəgötürənə tabeçiliyi olmadan yaradılan işçilərin birliyidir. Əsas təyinatı işçilərin təminatlarının yaxşılaşdırılması, işçi hüquqlarının müdafiəsi olduğu kimi, bu birlik kollektiv müqavilələr bağlanarkən işçiləri təmsil edir və onlar üçün faydalı təklifləri işəgötürənlərlə müzakirə edir.


Müəllif: Praktiki Hüquqşünas, Şəhriyar Həbilov



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 628 629 630 631 632 633 634 2. 391