Daha çox8
Daha çox8

2024-cü il üzrə PMS imtahanlarının vaxtları müəyyənləşdi

posted in: Xəbər | 0

2024-cü il ərzində keçiriləcək Peşəkar Mühasib Sertifikatı üzrə imtahan və qeydiyyat tarixləri elan olunub

Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) 28 iyul
Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) 11 avqust
Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) 22 sentyabr
Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) 6 oktyabr
Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) 3 noyabr
Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) 1 dekabr

 

  • Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) üzrə kursumuza qoşulmaq üçün qeydiyyatdan keçin.

  • Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) üzrə kursumuza qoşulmaq üçün qeydiyyatdan keçin.

 

PMS 2 kursu

Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır

posted in: Xəbər | 0

Bu ildən Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanması istiqamətində işlərə başlanılıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

“Bu məqsədlə biznes subyektləri ilə birgə baxış keçiririk. Yeni Məcəllə təkcə dilin sadələşdirilməsi ilə bağlı deyil. Biz həm də qanunvericiliyi bir daha təhlil edəcəyik. Hazırda Məcəllənin Yol Xəritəsini hazırlayırıq. Biznes subyektləri ilə işçi qaydada görüşlər aparırıq. Beynəlxalq təcrübəni özümüz də araşdırırıq, məsləhətçi şirkətlər də cəlb edirik. Yeni Məcəllənin nə vaxt hazır olacağını indi demək tezdir. Amma prosesə başlamışıq. Onun başa çatdırılmasını çox uzun illərə buraxmaq istəmirik. Sadəcə Məcəllənin Yol Xəritəsinin hazırlanmasını yekunlaşdırmamış onun nə vaxt hazır olacağını demək qeyri-ciddi olar”, – deyə o qeyd edib.

S.Musayeva ötən il gündəmə gətirilmiş ƏDV-nin diferensiallaşdırılması məsələsinə də münasibət bildirib: “Milli Məclisdə də dəfələrlə demişik ki, diferensiallaşdırma məsələsi bir tərəfdən müsbət addım kimi görünə bilər. Amma bizdə onun alternativi var. Bu da “ƏDV geri al” layihəsidir. Biz hazırda baxırıq ki, bu istiqaməti necə stimullaşdıra bilərik. Bu layihənin inzibatçılığı daha idarəoluna biləndir və sui-istifadə hallarına imkan verməmək baxımından daha əlverişlidir. Amma yenə də inkar etmirik ki, diferensial dərəcə də ola bilər. Sadəcə bu gün gündəliyimizdə bu məsələ yoxdur. Biz onu gündəliyə gətirəndə, hansı məhsul və dərəcələr üzrə olacağına baxılacaq. Amma bir daha qeyd edim ki, biz bunu başqa bir formada, yəni “ƏDV geri al” layihəsi şəklində tətbiq edirik”.

Mənbə report.az

Əsas və əlavə iş yerində əməkhaqqıdan tutulmaların hesablanması qaydası

Əsas və əlavə iş yerində əməkhaqqıdan tutulmaların hesablanması qaydası

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Məcəllənin bu tələbini əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir.

Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 101.1-1-ci maddənin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:

Vergi Tutulan Aylıq Gəlirin Məbləği Verginin Məbləği
2500 manatadak 14 faiz
2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

Vergi Məcəlləsinin 101.1-1 ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə Cəlb Edilən Aylıq Gəlir Verginin Dərəcəsi
8000 manatadək 0 faiz

Misal 1

Fərz edək ki, fiziki şəxs, əsas iş yeri bankda olmaqla, eyni zamanda universitetdə müəllimlik fəaliyyəti göstərir. Çalışdığı bank və universitet hər ikisi dövlət müəssisəsidir. Fiziki şəxsin bankdan əldə etdiyi aylıq gəlir 1.500 manat, universitetdəki müəllimlik fəaliyyətindən gəliri isə 500 manatdır. Bu halda fiziki şəxsin gəlirlərindən nə qədər vergi tutulacaq?

Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

1.Əsas iş yeri bank (dövlət sektoru)

Gəlir vergisi: 1500 – 200 = 1300 manat;
1300 x 14% = 182 manat.

Sosial sığorta haqqı: 1500 x 3% = 45 manat.

İşsizlikdən sığorta haqqı: 1500 x 0.5 % = 7.5 manat.

İcbari tibbi sığorta haqqı: 1500 x 2 % = 30 manat.

Əsas iş yerində net alacağı məbləğ:

1500 – 182 – 45 – 7.5 – 30 = 1235.5 manat.

2. Əlavə iş yeri universitet (dövlət sektoru)

Gəlir vergisi: 500 x 14% = 70 manat.

Sosial sığorta haqqı: 500 x 3% = 15 manat.

İşsizlikdən sığorta haqqı: 500 x 0.5% = 2.5 manat.

İcbari tibbi sığorta haqqı: 500 * 2% = 10 manat.

Əlavə iş yerində net alacağı məbləğ:

500 – 70 – 15 – 2.5 – 10 = 402.5 manat.

Misal 2

Fərz edək ki, fiziki şəxs özəl şirkətdə mühasib və dövlət universitetində müəllimlik fəaliyyəti ilə bağlı gəlir əldə edir. Mühasiblik fəaliyyətindan 2.000 manat, müəllimlik fəaliyyətindən isə 400 manat gəlir əldə edir. Bu halda verginin hesablanması necə həyata keçiriləcək?

Özəl və qeyri-neft sektoru olduğu üçün

1. Əsas iş yeri özəl şirkət

Gəlir vergisi: Özəl və qeyri-neft sektoru olduğu üçün vergidən azaddır.

Sosial sığorta haqqı: 200 x 3% = 6 manat,
1800 x 10% = 180 manat.
180 + 6 = 186 manat.

İşsizlikdən sığorta haqqı: 2000 x 0.5% = 10 manat.

İcbari tibbi sığorta haqqı: 2000 x 1% = 20 manat.

Əsas iş yerində net alacağı məbləğ:

2000 – 186 – 10 – 20 = 1784 manat.

2. Əlavə iş yeri dövlət müəssisəsi

Gəlir vergisi: 400 x 14% = 56 manat.

Sosial sığorta haqqı: 400 x 3% = 12 manat.

İşsizlikdən sığorta haqqı: 400 x 0.5% = 2 manat.

İcbari tibbi sığorta haqqı: 400 x 2% = 8 manat.

Əlavə iş yerində net alacağı məbləğ:

400 – 56 – 12 – 2 – 8 = 322 manat.

Göründüyü kimi, əlavə iş yerində fiziki şəxsin gəlirinin tam məbləgi vergiyə cəlb olundu. Yəni, vergidən azad olunan 200 manat gəlir məbləğindən çıxılmadı. Çünki Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, güzəşt yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Misal 3

Tutaq ki, fiziki şəxs bank sektorunda şöbə müdiri və kursda müəllim kimi fəaliyyət göstərir. Çalışdığı bank və kurs hər ikisi özəl sektora aid müəssisələrdir və müvafiq olaraq aldığı əməkhaqqı 8.500 manat və 700 manatdır. Bu zaman əməkhaqqıdan tutulmalar necə həyata keçiriləcək?

1. Əsas iş yeri bankda

Gəlir vergisi: 500 x 14% = 70 manat.

Sosial sığorta haqqı: 200 x 3%= 6 manat;
8300 x 10% = 830 manat.

İşsizlikdən sığorta haqqı: 8500 x 0.5% = 42.5 manat.

İcbari tibbi sığorta haqqı: 8000 x 1 % = 80 manat;
500 x 0.5% = 2.5 manat.

Əsas iş yerində net alacağı məbləğ:

8500 – 70 – 836 – 42.5 – 82.5 = 7469 manat.

2. Əlavə iş yeri kurs

Gəlir vergisi: 2019-cu ildən 7 il müddətinə gəlir vergisindən azaddır.

Sosial sığorta haqqı: 200 x 3% = 6 manat;
300 x 10% = 30 manat.

İşsizlikdən sığorta haqqı: 500 x 0.5 % = 2.5 manat.

İcbari tibbi sığorta haqqı: 500 x 1% = 5 manat.

Əlavə iş yerində net alacağı məbləğ:

500 – 36 – 2.5 – 5 = 456.5 manat.

Mənbə: vergiler.az

Azərbaycanda gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi qaydaları dəyişdirilib

Azərbaycanda gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi qaydaları dəyişdirilib

posted in: Xəbər | 0

Azərbaycanda “Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası”nda dəyişikliklər edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, attestasiyanın keçirilməsinin formasından asılı olmayaraq vəzifəli şəxslərə yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarına, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilməli və ya təqdim edilməlidir.

Attestasiya müsahibə, yazılı və ya test imtahanı formasında keçirilə bilər. Test üsulundan istifadə edilməklə keçirilən attestasiya xüsusi proqram təminatı vasitəsilə təşkil edilir. Attestasiya test formasında keçirildikdə vəzifəli şəxsə bu Qaydanın tələblərinə uyğun olaraq 100 sual (25 sual çətin, 30 sual orta, 45 sual sadə olmaqla), yazılı formada keçirildikdə 20 sual (5 sual çətin, 6 sual orta, 9 sual sadə olmaqla) təqdim edilir. Test və yazılı formada təqdim edilmiş sualların cavablandırılması üçün 3 saat vaxt müəyyən edilir.

Müsahibə formasında attestasiya hər bir vəzifəli şəxslə fərdi qaydada, vəzifəli şəxsin bilik səviyyəsinin, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsinə yönəldilmiş sualların, tapşırıqların verilməsi, vəzifəli şəxs tərəfindən həmin sualların cavablandırılması və tapşırıqların həll edilməsi yolu ilə keçiriləcək.

Vəzifəli şəxs attestasiyanın keçirilməsində üzrlü səbəbdən iştirak etmədikdə onun attestasiya komissiyasının növbəti iclasında bu Qaydaya uyğun olaraq attestasiyadan keçməsi təmin edilir.

Attestasiya test formasında keçirildikdə attestasiya komissiyası sualların azı 70 %-ini doğru cavablandıran vəzifəli şəxslərə tutduğu vəzifəyə uyğun gəlir, sualların azı 50 %-ini doğru cavablandıran vəzifəli şəxslərə Qaydanın işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir, sualları 50 %-indən aşağı doğru cavablandıran vəzifəli şəxslərə isə tutduğu vəzifəyə uyğun gəlmir qiymətləri verir.

Mənbə: report.az

İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin üstünlükləri və zəruri xüsusiyyətlər

1 337 338 339 340 341 342 343 2. 387
error: Content is protected !!