Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib.

Bu barədə AMB-yə istinadən xəbər verilir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 8,75 %-dən 8,5 %-ə endirilib.

“Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib. Proqnozlaşdırılan inflyasiyanın hədəfdə qalmasını nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyən edilərkən onların banklararası pul bazarındakı faizlərə təsir miqyası da nəzərə alınıb”, – deyə AMB bəyan edib.

Bu qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar mayın 1-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Kredit təşkilatlarına torpaq vergisi üzrə hansı güzəşt nəzərdə tutulub?

“Azərsu” auditor seçir

posted in: Xəbər | 0

“Azərsu” ASC 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini aprelin 22-nə qədər səhmdar cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 22-də, saaat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

Kredit təşkilatlarına torpaq vergisi üzrə hansı güzəşt nəzərdə tutulub?

Kredit təşkilatlarına torpaq vergisi üzrə hansı güzəşt nəzərdə tutulub?

posted in: Xəbər | 0

2024-cü ildə Vergi Məcəlləsində edilən dəyişikliklərdən biri də kredit təşkilatlarının ödəməli olduğu torpaq vergisi ilə bağlıdır. Yeniliyi iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Bu ildən Vergi Məcəlləsinə torpaq vergisi ilə bağlı yeni maddə əlavə edilib. Məcəllənin 207.12-ci maddəsinə əsasən, kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən torpaqlara görə həmin torpaqların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

Bu maddənin əlavə edilməsində məqsəd ondan ibarətdir ki, kredit təşkilatları ayırdıqları kredit xəttini geri ala bilmədikdə, girov kimi qoyulmuş torpağı balansına aktiv olaraq qəbul etdikdən sonra bu, torpağın ayrılan kredit məbləğini əvəz etməsi kimi nəzərə alınaraq torpaq vergisi verilməsin. Bu da öz növbəsində kredit təşkilatlarına stimul verəcək.

Misal: Fiziki şəxs Fariz Səmədov (ad şərtidir) mülkiyyətində olan 10 ha torpağını 2024-cü ilin aprel ayında girov qoyaraq “BY” kredit təşkilatından 510.000 manat kredit götürüb. Kredit ödənişi edə bilmədiyi üçün girov kimi qoyulan 10 ha torpaq 2025-ci ilin yanvar ayında “BY” kredit təşkilatının mülkiyyətinə keçib. Bu zaman 2025-ci ilin yanvar ayından 2 il müddətinə “BY” kredit təşkilatı mülkiyyətinə keçən 10 ha-lıq torpağa görə vergi ödəməyəcək.

Burada əsas məqamlardan biri də həmin kredit təşkilatının torpaq vergisi bəyannaməsini verib-verməyəcəyi ilə bağlıdır. Vergi Məcəlləsinə baxdıqda bəyannamənin verilməməsi ilə bağlı müddəaya rast gəlinmir. Ona görə də kredit təşkilatı torpaq vergisi bəyannaməsində 10 ha torpağı bəyan edib güzəştə saldıqdan sonra bəyannaməni Dövlət Vergi Xidmətinə təqdim etməlidir.

Mənbə: vergiler.az

Vergi orqanlarında xidmətdə olmanın son yaş həddi müəyyənləşir

“Bakı Konqres Mərkəzi” auditor seçir

posted in: Xəbər | 0

Maliyyə Nazirliyinə məxsus “Bakı Konqres Mərkəzi” MMC 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 37 manatdır. İddiaçılar təkliflərini aprelin 19-na qədər şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 130 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 19-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, “Bakı Konqres Mərkəzi” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır.

Mənbə: report.az

Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə ödənilən müavinətin hesablanmasında dəyişiklik edildi

1 336 337 338 339 340 341 342 2. 397