» » » Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib.

Bu barədə AMB-yə istinadən xəbər verilir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 8,75 %-dən 8,5 %-ə endirilib.

“Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib. Proqnozlaşdırılan inflyasiyanın hədəfdə qalmasını nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyən edilərkən onların banklararası pul bazarındakı faizlərə təsir miqyası da nəzərə alınıb”, – deyə AMB bəyan edib.

Biznes hesabi

Bu qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar mayın 1-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Kredit təşkilatlarına torpaq vergisi üzrə hansı güzəşt nəzərdə tutulub?