İngilis dilini öyrənənlər üçün Böyük Britaniyanın mədəniyyəti, ənənələri, dəyərləri haqqında daha çox öyrənmək faydalıdır. Bu, orada yaşayan insanları daha yaxşı başa düşməyə kömək edəcəkdir.
Siz bu ölkəyə işgüzar səfər üçün və ya turist kimi getməyə hazırlaşırsınız, ola bilsin oxumaq üçün gedirsiniz və yaxud internet vasitəsilə sadəcə məlumat almaq istəyirsiniz, bu faktlar sizə səmərəli ünsiyyət üçün çox faydalı ola bilər.
- Fransız dili 300 il ərzində Böyük Britaniyada rəsmi dil olub;
- Londonda yaşayanların yalnız 25% Böyük Britaniyada doğulubı
- İngiltərədə yaşayan 30 000 nəfərdən çox adamın adı Con Smitdir;
- Britaniya adasında hakimiyyət forması parlamentli monarxiyadır. Bu o deməkdir ki, hökumət vətəndaşlar tərəfindən seçki yolu ilə seçilir və rolu nümayəndəlikdən ibarət olan kral hakimiyyətindən daha böyük səlahiyyətlərə malikdir. Hökumətin başçısı baş nazirdir;
- Uels, Şotlandiya və Şimali İrlandiyada daxili siyasət və səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat, ətraf mühit sahələrində işlər üçün cavabdeh olan yerli hökumət də var;
- Vindzor qəsri – dünyada ən böyük kral qəsri hesab olunur;
- London – dünyada metropelitenin inşa olunduğu ilk şəhərdir;
- Böyük Britaniya – özündə 4 ölkəni birləşdirən: İngiltərə, Uels, Şotlandiya, Şimali İrlandiya – ada dövlətdir;
- Birləşmiş krallıq sakinlərinin 70%-i ingilis dilində danışır. Adada eləcə də digər dillərdə də danışırlar: valliy (Uels), otland-gel və anqlo-şotland (Şotlandiya), irland və olster-şotland (İrlandiya);
- İrlandlar, şotlandlar və valliyylər öz ölkələri və kökləri ilə qürur duyurlar və özlərinin britaniyalılar adlandırılmasını sevmirlər. Sizləri də onları ingilis adlandırmaqla səhvə yol verməməyi tövsiyə edirik.
- Stounhedj, Solsberi düzənliyində eramızdan 3000 il əvvəl daşlardan inşa edilən kompleksdir;
- Big Ben əslində saat deyil, Vestminster sarayının daxili qülləsində yerləşdirilən ən böyük zəngdir;
- Londonun əsası 43-cü ildə buraya hücum edən romalılar tərəfindən qoyulub. O vaxt şəhər Londinium adlanırdı;
- İlk qaynar şokolad mağazası Londonda açılıb;
- Böyük Britaniyanın əhalisi – hazırda 68 milyon nəfərə yaxındır. Onlardan 55 milyonu İngiltərədə yaşayır;
- İngiltərə və Böyük Britaniyanın paytaxtı Londondur, Uelsin paytaxtı Kardiff, Şotlandiyanın Edinburq, Şimali İrlandiyanın isə Belfastdır;
- Böyük Britaniyada pul vahidi – funt sterlinqdir;
- Böyük Britaniyanın coğrafiyası yaşıl çəmənliklər və meşələrdən, boş çöllük və dağlara qədər dəyişir. Ölkənin ən yüksək dağı Ben Nevis Şotlandiyada yerləşir, onun hündülüyü 1344 metrdir;
- Böyük Britaniya – biznes işlərini açmaqda və həyata keçirməkdə dünyanın aparıcı ölkələrindən biridir;
- Birləşmiş Krallıq – dünyanın ən yaxşı istehsalçılarından biridir, informasiya texnologiyaları, elm, yaradıcılıq sənayesində birinci yerdədir;
- Britaniyada uşaqlar 4-5 yaşlarında ibtidai məktəbdə (Primary School) oxumaqla təhsilə başlayırlar. Sonra 16-18 yaşına qədər təhsilin bir neçə mərhələsindən keçirlər;
- 1832-ci ilə qədər İngiltərədə yalnız iki universitet – Oksford və Kembridc universitetləri var idi;
- İngiltərənin York şəhəri Avropanın və dünyanın ən çox kabus (ruhlar) dolaşan bir neçə şəhərlərindən biri hesab olunur. Şəhərdə 500-ə yaxın belə hal müşahidə olunub;
- İngiltərə kraliçası – pasportsuz səyahət edən yeganə Britaniya vətəndaşı olub;
- Qolf şotland milli oyunudur. Bu oyun barəsində ən erkən xatırlatmalar 1457-ci ilə aiddir;
- Robin Qud real insan olmayıb. Bu, hekayəçilərin və menestrellərin bir araya gətirdiyi orta əsr İngiltərəsinin real cinayətkarlarına əsaslanan kollektiv bir görüntüsüdür;
- London Gözü adlandırılan karusel, dünyada ən hündür müşahidə çarxıdır. Onun bir dəfə dövrə vurması 30 dəqiqə çəkir;
- 1877-ci ilə kimi Oksford universitetinin mühazirəçiləri nikah qura bilməzdilər, qadınlar isə yalnız 1920-ci ildə universitet dərəcəsi almaq hüququ əldə edə bilmişdilər;
- Harri Porter haqda kitabın müəllifi Coan Roulinq dünyada ilk yazıçı milyarderdir. Onun kitabları İngiltərə və dünyada 400 milyon nüsxədə satılıb. Həmin kitablar 55 dildə, o cümlədən qədim yunan və latın dillərində də nəşr olunub;
- 30 milyona yaxın amerikalı hesab edir ki, onların şotland mənşəyi var. Onların sırasında bu şəxslər olub: prezidentlərdən Teodor Ruzvelt, Buş, bir də məşhur xanım Merilin Monro var;
- Məşhur ingilis alimlərinə Çarlz Darvin, Maykl Faradey, İsaak Nyuton, Stiven Hokinqi misal çəkmək olar;
- Britaniya ixtiraçısı və alimi Tim Berners-Li ümumdünya hörümçək torunu ixtira edib;
- İngiltərənin ən nüfuzlu və məşhur şairlərindən biri Vilyam Şekspirdir. Onun hələ sağlığında bir çox portretləri çəkilib;
- Britaniya monarxlarının Londonda rəsmi evi Bukinhem sarayıdır. İndiyə kimi orada hər gündən bir qaravulların dəyişdirilməsi mərasimi keçirilir ki, bu tədbir bir çox turistləri cəlb edir;
- Londonda üç dəfə – 1908, 1948 və 2012-ci illərdə yay Olimpiya oyunları keçirilib;
- Futbol (cokker), reqbi və kriket İngiltərədə ən populyar idman növləri hesab olunur.