Faktorinq şirkətinin gəlirləri üzrə ƏDV öhdəliyi yaranırmı?

posted in: Xəbər | 0

“A” şirkəti müştəriyə 500 manat dəyərində məhsulu faktorinq şirkəti vasitəsilə satıb. Belə ki, faktorinq şirkəti “A” şirkətinə öncədən razılaşma əsasında 400 manat köçürüb. Müştəri hissə-hissə olmaqla 12 ay ərzində faktorinq şirkətinə 500 manat köcürüb. Yekunda faktorinq şirkətinin 100 AZN gəliri formalaşıb. Belə halda, faktorinq şirkətinin bu gəliri üzrə ƏDV öhdəliyi yaranırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyyələr, köçürmələr, borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar maliyyə xidmətlərinə aid edilib. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən, maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur.

Bununla yanaşı, qanunvericiliyə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq xidməti üzrə əldə olunan gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd edək ki, həmin fəaliyyət növü üzrə xüsusi icazə və ya lisenziyaların alınması ilə bağlı aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə (195-1) müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.14.2-ci, 104.1-ci, 164.1.2-ci və Mülki Məcəllənin 655-ci maddələri

Mənbə: vergiler.az

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq

posted in: Xəbər | 0

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib.

Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Mənbə: report.az

Vergi orqanlarına daxil olmuş inzibati şikayətlərin sayı azalıb

Dividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alqı-satqı edən fiziki şəxslərə aiddirmi?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinin tələbləri ilkin emissiyadan sonra öz aralarında alqı-satqı edən fiziki şəxslərin də dividend gəlirlərinə tətbiq edilirmi? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Eyni zamanda, Mülki Məcəllənin 100.1-ci maddəsinə əsasən, səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onların əldə olunması üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz.

Bununla yanaşı, Azərbaycan Respublikasında investisiya qiymətli kağızlarının buraxılışının, dövlət qeydiyyatının, kütləvi təklifinin, depozitar və ticarət sonrası sistemlərin, qiymətli kağızların və törəmə maliyyə alətlərinin tədavülünün, qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin və mərkəzi depozitarın təşkilinin, idarə edilməsinin və ləğvinin prinsip və qaydalarını, investorların hüquqlarının müdafiəsi sahəsində münasibətlərin, habelə qiymətli kağızlar bazarında tənzimlənmə və nəzarətin hüquqi və iqtisadi əsasları “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 1-ci maddəsinin müddəalarına əsasən, tənzimlənən bazar – fond birjasının daxili qaydalarına uyğun olaraq, ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə üçüncü şəxslərin alqı-satqı maraqlarını özündə əks etdirən fond birjası tərəfindən təşkil və idarə olunan sistemdir.

Qeyd olunan Qanunun 8-ci maddəsinin müddəalarına əsasən, investisiya qiymətli kağızlarının kütləvi təklifi onların qeyri-müəyyən sayda şəxsə, yaxud kütləvi informasiya vasitələri ilə və ya 50 nəfərdən artıq şəxsə təklif edilməsidir. İnvestisiya qiymətli kağızlarının (dövlət müəssisələri özəlləşdirilərkən yaradılan səhmdar cəmiyyətlərinin səhmləri istisna olmaqla) kütləvi təklifi fond birjası vasitəsilə həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, Mülki Məcəllənin 100-cü maddəsi və “Qiymətli kağızlar bazarı haqqında” Qanun

Mənbə: vergiler.az

İş gününün qısaldılması natamam iş rejimində də tətbiq edilirmi?

İş gününün qısaldılması natamam iş rejimində də tətbiq edilirmi?

posted in: Xəbər | 0

Bir çox hallarda vergi ödəyiciləri arasında Əmək Məcəlləsinin 108-ci maddəsində iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günü öncəsi iş saatlarının 1 saat qısaldılması ilə bağlı suallar yaranır. Belə bir qısaldılma əvəzçilik ilə işləyən iş yerlərində, natamam iş rejimi ilə işləyən iş yerlərində olan işçilərə də tətbiq edilirmi? Bu suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir: 

Bu kimi hallara cavab tapmaq üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinə nəzər yetirməliyik. Həmin maddədə qeyd olunur ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti: bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq, bir saat qısaldılır. Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə isə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.

Qeyd edək ki, hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən istehsalat təqvimi təsdiq olunur. Həmin təqvimdə də Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri əks olunur. İstehsalat təqvimindən çıxarışda qeyd olunub ki, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq, tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən, altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Həmin Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq, bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2024-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1901 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

Qeyd olunanları bir neçə misal üzərindən nəzərdən keçirək:

Misal 1

“AA” MMC beşgünlük iş rejimi ilə fəaliyyət göstərir. Şirkət iş rejimini həftədə 5 günlük və 40 saatlıq, hər gün 8 saatlıq normada reallaşdırır. 2024-cü ilin aprel ayının 10-u və 11-i Ramazan bayramıdır, aprelin 9-u həftənin 2-ci günüdir. Ayın 10-u bayram günü olduğundan 9 apreldə işçilər artıq 8 saat yox, 7 saat işləyəcəklər.

Misal 2

“BB” MMC altıgünlük iş rejimi ilə fəaliyyət göstərir. Şirkət iş rejimini həftədə 6 günlük və 40 saatlıq, birinci-beşinci günlər 7 saat, altıncı günü isə 5 saatlıq normada reallaşdırır. 2024-cü ilin aprel ayının 10-u və 11-i Ramazan bayramıdır, aprelin 9-u isə həftənin 2-ci günüdir. Beləliklə, ayın 10-u bayram günü olduğundan 9 apreldə 7 saat yox, 6 saatlıq iş günü olacaq.

Misal 3

 “AA” MMC beşgünlük iş rejimi ilə fəaliyyət göstərir. Şirkətin iş rejimi həftədə 5 günlük və 40 saatlıq, hər gün 8 saatlıq normada reallaşdırır. Həmçinin, cəmiyyətin bəzi işçiləri natamam iş rejimində çalışırlar. Bağlanmış əmək müqaviləsinə əsasən, işçi birinci-dördüncü günlər olmaqla 4 gün və hər gün 5 saat işləyir. Əvvəlki misallarda olduğu kimi, 2024-cü ilin aprel ayının 10-u və 11-i Ramazan bayramıdır, 9 aprel həftənin 2-ci günüdir. Bəs bu halda natamam iş rejimində işləyən işçiyə 1 saat qısaldılma düşürmü?

Bu rejimdə işləyən işçiyə 1 saat qısaldılma tətbiq edilməyəcək. Əmək Məcəlləsinin natamam iş rejimi ilə bağlı 94-cü maddəsində göstərilib ki, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı – natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın – ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. Maddənin 5-ci bəndində isə qeyd olunub ki, əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

Əmək Məcəlləsinin 94-cü maddəsindən görünür ki, natamam iş rejimi ilə işləyən işçinin Əmək Məcəlləsi üzrə hüquqları məhdudlaşdırıla bilməz və bu səbəbdən 1 saat qısaldılma onlara da şamil edilməlidir. Eyni zamanda, yuxarıda qeyd etdiyimiz 108-ci maddə və istehsalat təqviminə nəzər yetirməliyik. Hər iki qaydada 1 saat qısaldılma normal iş rejiminə tətbiq edilib.

Hər il istehsalat təqvimləri təsdiq olunanda orada ilin 12 ayı və illik iş saatlarının norması da təsdiq edilir. Məsələn, 2024-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1901 saatlıq illik iş vaxtı norması təsdiq ediləndə orada bayram və ümumxalq hüzn günündən əvvəl 1 saatın qısaldılması nəzərə alınıb və 1 saat çıxılandan sonra illik norma 1901 saat təşkil edir. Eyni zamanda qeyd edilir ki, altıgünlük iş rejimində də bu normalar tətbiq olunur. Ancaq natamam iş rejimində 1 saat qısaldılma konkret nə Məcəllədə, nə də istehsalat normalarında qeyd olunub.

Bəs Əmək Məcəlləsinin 108-ci maddəsində olan “…həftəlik iş günlərinin sayından asılı olmayaraq…” ifadəsi necə başa düşülür? Bu hissədə həftənin iş günləri dedikdə, normal iş rejimində həftəlik 40 saat rejimi ilə çalışan beşgünlük və ya altıgünlük iş həftəsi başa düşülür.

Mənbə: vergiler.az

Vergi ödəyicilərinin nəzərinə!

1 326 327 328 329 330 331 332 2. 397