Vergi orqanlarında xidmətdə olmanın son yaş həddi müəyyənləşir

posted in: Xəbər | 0

Vergi orqanlarında xidmətdə olmanın son yaş həddi müəyyənləşir.

Bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb.

Əsasnaməyə yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətdə olmasının yaş həddi 65 yaşdır.

Mənbə: report.az

İstirahət günü ezamiyyətə gedən işçilərə əməkhaqqının ödənilməsi qaydası

İstirahət günü ezamiyyətə gedən işçilərə əməkhaqqının ödənilməsi qaydası

posted in: Xəbər | 0

Əmək münasibətləri dövründə işçi işəgötürən tərəfindən başqa bölgəyə və yaxud xarici ölkələrə xidməti ezamiyyətə göndərilə bilər. Əmək Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin  “x” bəndinə əsasən, xidməti ezamiyyətdə olan işçi ezamiyyətdə olduğu müddətdə iş yeri və orta əməkhaqqı saxlanılır. Bəs ezamiyyət müddəti qeyri-iş günlərinə düşərsə, işçiyə ödəniləcək məbləğ necə hesablanır? “Bu suala insan resursları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirir.

Əmək Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmini həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

İstirahət günü işə cəlb olunan işçilərə isə əməkhaqqı Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinə əsasən, gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir. Həmin maddənin 2-ci hissəsində isə göstərilib ki, istirahət günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Həmçinin, Məcəllənin 164-cü maddəsinin 1-ci hissəsinə əsasən, aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əməkhaqqı verilə bilər.

Yuxarıda qeyd olunanları misallarla izah edək:

Misal 1: Beşgünlük iş rejimi ilə fəaliyyət göstərən müəssisədə işçi yanvar ayında ezamiyyətə göndərilir, işçinin ezamiyyə dövrü 2 istirahət gününə təsadüf edir. İşçinin aylıq vəzifə maaşı 1200 manat təşkil edir. İşçinin ezamiyyətdə olduğu istirahət günlərinə görə əməkhaqqı aşağıdakı qaydada hesablanmalıdır:

Bunun üçün ilk növbədə işçinin 2 istirahət gününə görə əlavə əməkhaqqı tapılmalıdır.

1 istirahət gününə görə hesablanmış məbləğ:
1200 : 19 = 63.15 manat;
63.15 x 2 = 126.30 manat.

2 istirahət gününə görə hesablanmış məbləğ:
126.30 x 2 = 252.60 manat.

Yanvar ayında işçiyə hesablanacaq əməkhaqqının məbləği:
1200 + 252.60 = 1452.60 manat.

Misal 2: İstirahət günləri ezamiyyətdə olan işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə istirahət günü verilərsə, işçiyə maaşdan əlavə əməkhaqqının hesablanması qaydası:

1 istirahət gününə görə hesablanmış əlavə əməkhaqqının məbləği:
1200 : 19 = 63.15 manat.

2 istirahət gününə görə hesablanmış məbləğ:
63.15 x 2 = 126.30 manat

Yanvar ayında işçiyə hesablanacaq əməkhaqqının məbləği:
1200 + 126.30 = 1326.30 manat

Təcrübədə bəzən istirahət günləri işə cəlb olunan işçilərə həmin günlərə görə əvəzgün verilərkən maaşdan əlavə əməkhaqqı hesablanmır. Lakin Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci bəndinə əsasən, iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, ona maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla əməkhaqqı ödənilir.

Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, işçiyə istirahət günləri işə cəlb edildiyinə görə onun arzusu ilə əvəzgün verilsə belə, həmin günlərə görə maaşdan əlavə olaraq gündəlik vəzifə maaşı məbləğində əməkhaqqı ödənilməlidir.

Onu da qeyd edək ki, işçinin əməkhaqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi inzibati məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunverciliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək cərimə edilir.

Mənbə: vergiler.az

192 saylı “Verilmiş uzunmüddətli avanslar” hesabı üzrə uçot

Məzuniyyət əmrlərinin hazırlanması ilə bağlı vacib məqamlar

Məzuniyyət əmrlərinin hazırlanması ilə bağlı vacib məqamlar

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı əmək və məşğulluq altsistemində (ƏMAS) işəgötürənlər üçün yeniliklər davam edir. Son dövrlərdə tətbiq edilən yeniliyə əsasən, ƏMAS-da məzuniyyət əmrlərinin hazırlanması üçün xüsusi bölmə işəgötürənlərin ixtiyarına verilib. Lakin bəzən ondan istifadə edən işəgötürənlərin sistemdəki funksionallıqla bağlı çətinlikləri yaranır.

İqtisadçı ekspert Anar Bayramov  açıqlamasında elektron əmək məzuniyyəti ilə bağlı 3 vacib məqamı vurğulayıb:

“Birinci məqam odur ki, “Məzuniyyət əmrləri” bölməsində işçinin bütün növ məzuniyyətlərinin rəsmiləşdirilməsi mümkündür. İnsan resursları sahəsində çalışan mütəxəssislər əmək, təhsil, yaradıcılıq, sosial (hamiləliyə və doğuşa görə), qismən ödənişli sosial və ödənişsiz məzuniyyətlər üzrə əmr formasını ƏMAS-da hazırlamaq imkanına malik olacaq. Məzuniyyət əmrlərinin hazırlanması zamanı Əmək Məcəlləsinin 138-ci maddəsinin tələbləri gözlənilib. Həmin maddədə olduğu kimi, elektron məzuniyyət əmrində işçinin adı, atasının adı və soyadı, vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilir. Bundan əlavə, əmək məzuniyyətinə əsas verən sənəd (işçinin ərizəsi, təhsil və ya tibb müəssisəsinin müvafiq sənədi və s.) haqqında məlumatların məzuniyyət əmrində qeyd edilməsi də həyata keçirilir”.

A.Bayramov bildirib ki, ikinci məqam altsistemdə beşgünlük iş rejimində məzuniyyət əmrinin tərtibi zamanı məzuniyyətin başlanma tarixinin qeyd olunması halında məzuniyyətin bitmə və işçinin işə başlama tarixinin avtomatik qeyd edilməsidir. İşəgötürən ƏMAS-da məzuniyyət günlərinin sayı və başlanma tarixini qeyd etdikdə, proqram təminatı 2024-cü ilin istehsalat təqviminə uyğun olaraq məzuniyyətin bitmə və işçinin işə başlama tarixini avtomatik olaraq müəyyənləşdirir. Sistemdə altıgünlük və digər iş rejimlərini tətbiq edən işəgötürənlər üçün məzuniyyətin bitmə və işçinin işə başlama tarixinin əl ilə (manual olaraq) daxil edilməsinə imkan da yaradılıb: “Burada üçüncü vacib məqam ƏMAS-da məzuniyyət əmrlərinin hazırlanmasının işəgötürənlər üçün mütləq tələb kimi nəzərdə tutulmamasıdır. Dövlət qurumu tərəfindən məzuniyyət əmrlərinin tərtib edilməsi prosesi işəgötürənlərə dəstək məqsədilə hazırlanıb. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Maddədən göründüyü kimi, məzuniyyət əmrlərinin elektron informasiya sistemində qeydiyyata alınması qanunvericilikdə nəzərdə tutulmayıb. Yəni işəgötürən məzuniyyət əmrlərini kağız və (və ya) ƏMAS üzərindən elektron formada hazırlamaqda sərbəstdir”.

A.Bayramov işəgötürənlərə məzuniyyət əmrlərini ƏMAS-da hazırlamağı tövsiyə edib. Onun sözlərinə görə, yaxın gələcəkdə kadr kargüzarlığı ilə bağlı əməliyyatların elektronlaşdırılması prosesinə tam keçidin yekunlaşdırılması və həmin prosesin məcburiliyinin qanunvericiliklə tənzimlənməsi gözlənilir.

Bəzi hallarda işəgötürənlər və ya onların insan resursları bölməsini idarə edən şəxslər məzuniyyət əmrlərini elektron sistemə daxil edərkən yanlışlıqlara yol verirlər. ƏMAS-ın mövcud funksiyaları isə onu dərhal düzəltməyə imkan vermir. Yanlışlıq düzəlmədikcə digər əmrlərin elektron sistemə daxil edilməsi də ləngiyir. Bəs bu halda işəgötürənlər necə davranmalıdır?

Sualımıza Dövlət Əmək Müfəttişliyinin Risklərin idarəedilməsi və elektron audit şöbəsinin müdir muavini, ƏMAS-a nəzarət sektorunun müdiri Aynurə Tağıyeva aydınlıq gətirib. Onun sözlərinə görə, məzuniyyət əmrlərinin elektron informasiya sistemində qeydiyyata alınması qanunvericiliyin tələbi deyil. Bu, sadəcə, ƏMAS-ın funksionallığının artırılmasıdır: “Sistemdə yaranan hər hansı texniki yanlışlıqla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət ünvanlanmalıdır. Onun əsasında həmin xətanın silinib-silinməməsi ilə bağlı məsələyə toplanmış sənədlər əsasında 15 gün müddətində baxılır. Əlavə araşdırma tələb olunarsa, müddət daha 15 gün uzadıla bilər. Hazırkı şəraitdə elektron sistemdə məzuniyyət əmrinin yerləşdirilməsində ortaya çıxan yanlışlıq digər əmrlərin verilməsində məhdudiyyət yaratmır. İşəgötürən digər işçilərin hüquqlarını məhdudlaşdırmadan kağız üzərində növbəti əmrləri hazırlayıb imzalaya bilər. Qanunvericilik də bunu tələb edir”.

Mənbə: vergiler.az

Suvenirlərin alqı-satqısının rəsmiləşdirilməsi və xərc kimi gəlirdən çıxılması qaydası

Birbank-dan Yel çərşənbəsinə özəl kampaniya

posted in: Xəbər | 0

6-12 mart 2024-cü il tarixlərində Birbank Cashback Mastercard taksit kartını onlayn olaraq əldə edən müştərilər 1 aprel 2024-cü il tarixinədək “Elektronika” və “Ev əşyaları” kateqoriyaları üzrə ilk birdəfəlik 100 AZN və üzəri nağdsız əməliyyatları həyata keçirərək 30 AZN qazanacaqlar.

Qazanılan məbləğ ödəniş edildikdən dərhal sonra müştərinin keşbek hesabına əlavə ediləcək. Onu da qeyd edək ki, fürsətlər taksit, POS terminal və ya onlayn ödənişlərə şamil olunur.

Ətraflı məlumat üçün: https://kbl.az/tlpv

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc

Bazar qiymətinin tətbiqi ilə bağlı hansı dəyişikliklər edilib?

 

1 329 330 331 332 333 334 335 2. 387