Xarici ölkələr üçün ezamiyyə xərclərinin normaları dəyişdi

posted in: Xəbər | 0

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında (aşağıdakı dəyişikliklər edilsin: 1.1. preambula aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə- sinin səkkizinci abzasını rəhbər tutaraq, ezamiyyə xərclərinin normalarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:”;

1.2. 1-ci hissənin birinci abzasında “Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat” sözləri “Bakı şəhərində 125,0 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat” sözləri ilə əvəz edilsin;

1.3. 1-ci hissənin ikinci abzasında “80” rəqəmləri “70” rəqəmləri ilə əvəz edilsin;

1.4. 3-cü hissədə “Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə” sözləri “Ezamiyyə” sözü ilə əvəz edilsin;

1.5. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) daxildir.”;

1.6. 6-cı hissədə “daşıyan,” sözləri “daşıyan və ya” sözləri ilə, ikinci halda “və” sözü “, yaxud” sözü ilə, “15,0” rəqəmləri “20,0” rəqəmləri ilə əvəz edilsin;

1.7. 7-ci hissənin üçüncü abzasından “öz sərəncamlarında qalan mənfəət hesabına” sözləri çıxarılsın;

1.8. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” yeni redaksiyada verilsin (əlavə olunur);

1.9. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası” üzrə:

1.9.1. adında “Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə” sözləri “Ezamiyyə” sözü ilə əvəz edilsin;

1.9.2. cədvəlin 2-ci hissəsinə “Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin müavinləri” sözlərindən sonra “, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri” sözləri əlavə edilsin;

1.9.3. cədvəlin 3-cü hissəsindən “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin,” sözləri çıxarılsın;

1.9.4. “Qeydlər”in 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Cədvəlin 1-ci və 2-ci hissələrində göstərilən şəxslərə xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 (bir) günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödənilir. Həmin şəxslərə və Azərbaycan Respublikası xarici işlər nazirinin müavinlərinə, fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi olan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində çalışan şəxslərə, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin (Baş konsulluqlar daxil olmaqla) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən rəhbərlərinə, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün “biznes klass”, dəmiryol qatarları üçün “biznes klass” və ya “2 yerli kupeli yumşaq vaqon” tarifləri ilə ödənilir. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərlərinin müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinə ezamiyyətə getdiyi zaman fasiləsiz uçuş müddəti 5 (beş) saatdan artıq olduğu aviareyslər üzrə nəqliyyat xərcləri “biznes klass” tarifləri ilə ödənilir. Bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə ödənilir.”.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 4 aprel 2024-cü il

Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları

Sıra

№-si

Ölkənin adı Valyutaların adı Ezamiyyə xərclərinin

1 günlük norması

1 2 3 4
1. Rusiya Federasiyası ABŞ dolları 170
Moskva və Sankt- Peterburq şəhərləri 260
2. Tacikistan ABŞ dolları 140
Düşənbə şəhəri 165
3. Özbəkistan ABŞ dolları 140
Daşkənd şəhəri 180
4. Belarus ABŞ dolları 140
Minsk şəhəri 180
5. Ukrayna ABŞ dolları 160
Kiyev şəhəri 210
6. Moldova ABŞ dolları 150
Kişineu şəhəri 150
7. Qazaxıstan ABŞ dolları 150
Almatı və Astana şəhərləri 200
8. Qırğızıstan ABŞ dolları 130
Bişkek şəhəri 160
9. Gürcüstan ABŞ dolları 155
Tbilisi şəhəri 200
10. Türkmənistan ABŞ dolları 125
Aşqabad şəhəri 150
11. Latviya avro 150
Riqa şəhəri 180
12. Litva avro 150
Vilnüs şəhəri 180
13. Estoniya avro 150
Tallin şəhəri 180
14. Böyük Britaniya İngiltərə funt sterlinqi 250
London şəhəri 280
15. Lixtenşteyn avro 250
16. Avstriya avro 250
17. Almaniya avro 250
18. Belçika avro 250
19. İrlandiya avro 250
20. Monako avro 250
21. Norveç avro 280
22. Niderland avro 270
23. San-Marino avro 240
24. Fransa avro 250
Paris şəhəri 300
25. Türkiyə avro 180
Ankara şəhəri 200
İstanbul şəhəri 220
26. İtaliya avro 250
27. Xorvatiya avro 250
28. Bosniya və Herseqovina avro 200
29. Danimarka avro 250
30. İsveçrə avro 310
Bern, Cenevrə və Sürix şəhərləri 330
31. Lüksemburq avro 290
32. Makedoniya avro 190
33. Kipr avro 200
34. Macarıstan avro 200
35. Malta avro 230
36. Portuqaliya avro 250
37. Slovakiya avro 200
38. Finlandiya avro 250
39. Çexiya avro 200
40. Serbiya avro 200
41. Monteneqro avro 200
42. Andorra avro 200
43. Albaniya avro 180
44. Yunanıstan avro 230
45. İslandiya avro 250
46. İspaniya avro 260
47. Polşa avro 220
48. İsveç avro 300
49. Bolqarıstan avro 185
50. Rumıniya avro 220
51. Sloveniya avro 220
52. ABŞ ABŞ dolları 350
Nyu-York şəhəri 450
53. Argentina ABŞ dolları 220
54. Braziliya ABŞ dolları 250
55. Kanada ABŞ dolları 300
56. Meksika ABŞ dolları 220
57. Amerika qitəsi üzrə digər ölkələr ABŞ dolları 200
58. Bəhreyn ABŞ dolları 220
59. Səudiyyə Ərəbistanı ABŞ dolları 250
60. Birləşmiş Ərəb Əmirlikləri ABŞ dolları 280
61. İordaniya ABŞ dolları 180
62. İran ABŞ dolları 160
63. Qətər ABŞ dolları 250
64. Küveyt ABŞ dolları 220
65. Oman ABŞ dolları 220
66. Suriya ABŞ dolları 200
67. İraq ABŞ dolları 190
68. İsrail ABŞ dolları 250
69. Fələstin ABŞ dolları 200
70. Livan ABŞ dolları 200
71. Liviya ABŞ dolları 200
72. Bruney ABŞ dolları 190
73. Yəmən ABŞ dolları 190
74. Əlcəzair ABŞ dolları 190
75. Mərakeş ABŞ dolları 200
76. Misir ABŞ dolları 220
77. Tunis ABŞ dolları 180
78. Seneqal ABŞ dolları 200
79. Cənubi Afrika Respublikası ABŞ dolları 200
80. Afrika qitəsi üzrə digər ölkələr ABŞ dolları 180
81. Çin Xalq Respublikası ABŞ dolları 250
82. Sinqapur ABŞ dolları 320
83. Tailand ABŞ dolları 220
84. Malayziya ABŞ dolları 220
85. Şri-Lanka ABŞ dolları 180
86. Hindistan ABŞ dolları 180
87. Nepal ABŞ dolları 180
88. Banqladeş ABŞ dolları 170
89. Pakistan ABŞ dolları 200
90. Butan ABŞ dolları 145
91. Myanma ABŞ dolları 155
92. Monqolustan ABŞ dolları 180
93. Laos ABŞ dolları 170
94. Vyetnam ABŞ dolları 180
95. İndoneziya ABŞ dolları 220
96. Əfqanıstan ABŞ dolları 180
97. Kamboca ABŞ dolları 180
98. Mali ABŞ dolları 200
99. Maldiv adaları ABŞ dolları 200
100. Hibraltar avro 180
101. Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ dolları 230
102. Koreya Respublikası ABŞ dolları 250
103. Yaponiya Yapon iyeni 40000
104. Filippin ABŞ dolları 220
105. Yeni Zelandiya ABŞ dolları 250
106. Avstraliya və Okeaniya ABŞ dolları 270

Mənbə: nk.gov.az

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı müəyyən oldu

Ezamiyyə xərclərinin normaları dəyişdi

posted in: Xəbər | 0

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik olunaraq ezamiyyə xərclərinin normaları təsdiq edilib.

Qərara əsasən, Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat məbləği Bakı şəhərində 125 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90 manata çatdırılıb.

Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” yeni redaksiyada verilib.

Sənədlə Nazirlər Kabinetinin rəsmi səhifəsindən tanış olmaq olar: https://u.to/miWTIA

Mənbə: nk.gov.az

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı müəyyən oldu

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı müəyyən oldu

posted in: Xəbər | 0

Bu il aprelin 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,8 % çox – 768,1 min olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, yanvar-mart aylarında aktiv ƏDV ödəyicilərinin sayı isə 3,9 % artaraq 47,5 min təşkil edib.

3 ay ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 0,2 % artaraq 205 minə çatıb.

Mənbə: vergiler.az

Hədiyyə və bonus kimi verilən mallara görə elektron qaimə-faktura verilməlidirmi?

Hədiyyə və bonus kimi verilən mallara görə elektron qaimə-faktura verilməlidirmi?

posted in: Xəbər | 0

Bir çox vergi ödəyiciləri kommersiya fəaliyyəti zamanı fiziki şəxlərə, öz işçilərinə, partnyorluq etdiyi şirkətlərə malları bonus və ya hədiyyə şəklində təqdim edirlər. Bəs belə hallarda rəsmiləşdirilmələr nəcə aparılmalıdır? Həmin mallara görə elektron qaimə-faktura verilməlidirmi? Bununla bağlı suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir:

Vergi Məcəlləsinin 71-1.5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura verilir. Maddədən görünür ki, mallar təqdim edən istənilən vergi ödəyicisi qarşı tərəfə elektron qaimə-faktura təqdim etməlidir. Bəs malların hədiyyə verilməsi malların təqdim edilməsi sayılırmı?

Bunun üçün yenə də Vergi Məcəlləsinin 13.2.10.-cu maddəsinə nəzərə yetirməliyik. Məcəllənin 13.2.10-cu maddəsində göstərilib ki, malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin, girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir.

Qeyd olunan maddədən də görünür ki, hədiyyələrin verilməsi malların təqdim edilməsi sayılır. Odur ki, vergi ödəyiciləri tərəfindən hədiyyələr verilən zaman qarşı tərəfə elektron qaimə-fakturalar verilməlidir. Hər bir hədiyyə kimi verilən malın faktiki maya dəyəri vardır ki, həmin dəyər ilə də elektron qaimə-faktura yazılmalıdır. Aşağıdakı maddələr bunu təsdiq edir:

Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. Məcəllənin 161.3-cü maddəsində isə qeyd olunub ki, bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur.

Göründüyü kimi, hədiyyələrin verilməsi əvəzsiz mallar kimi təqdim edilməsi sayılır ki, onlar hədiyyə kimi veriləndə faktiki maya dəyəri ilə yazılmalıdır.

Bəs hədiyyələrin verilməsi hədiyyə təqdim edən şəxs üçün gəlir sayılırmı?

Vergi Məcəlləsinin 13.2.12-ci maddəsində göstərilib ki, gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Məcəllənin tələbinə görə, hədiyyələr əvəzsiz olaraq satılmasına baxmayaraq, təqdim edilmə sayıldığından gəlir kimi tanınacaqdır. Vergi Məcəlləsinin 159-cu maddəsinin tələblərinə görə, hədiyyələrin verilməsi ƏDV məqsədləri üçün dövriyyə sayılır.

Bəs hədiyyələr onu alan şəxsdə uçotda necə nəzərə alınır?

Hədiyyəni alan şəxs üçün həmin hədiyyə vergi və mühasibat uçotunda ehtiyatlar kimi mədaxil edilir və eyni zamanda satışdankənar kimi uçota alınır.

Beləliklə, hədiyyələri təqdim edən şəxs hədiyyələrin dəyərini ƏDV bəyannamələrində qeyd edəcək. Həmçinin, mənfəət vergisi bəyannaməsində gəlir kimi yazılacaq, eyni zamanda xərc bölməsində malların maya dəyəri hissəsində əks olunacaq.

Mənbə: vergiler.az

Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi kimdir?

1 332 333 334 335 336 337 338 2. 397