Yerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır?

posted in: Xəbər | 0

Mən Məhdud Məsuliyyətli Cəmiyyət yaratmaq istəyirəm. Xahiş edirəm bunun üçün nədən başlamalı olacağım barədə məni məlumatlandırasınız.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər.

Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə və s. lazımi məlumatları Dövlət Vergi Xidmətinin rəsmi saytındakı “Bir pəncərə” bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda, bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

  • yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı – elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;
  • yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) – ASAN İmza vasitəsilə;
  • yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) – NRYTN kartı vasitəsilə;
  • yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) – NRYTN kartı vasitəsilə.

Bu qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilib.

Həmçinin bildiririk ki, lizinq fəaliyyyətini həyata keçirən hüquqi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 104-cü maddələri, “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanun

Mənbə: vergiler.az

Gəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi?

Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 4 illik auditor seçir

posted in: Xəbər | 0

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumlarının 2020-2023-cü illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunluğunun auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini mayın 7-nə qədər Nazirliyin yerləşdiyi Naxçıvan şəhəri, Atatürk küçəsi, 1 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 7-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

Gəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi?

Əməyin Mühafizəsi Mərkəzi auditor seçir

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi audit xidməti ilə bağlı kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 12 manatdır.

İddiaçılar təkliflərini mayın 13-nə qədər quruma təqdim edə bilərlər.

Təkliflərə mayın 13-də, saat 15:00-da baxılacaq.

Mənbə: report.az

Ezamiyyə normalarına hansı dəyişikliklər edilib?

Gəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi?

posted in: Xəbər | 0

Mən “YouTube” kanalı vasitəsilə “Google adsense” üzərindən gəlir əldə edirəm və gəlir vergisi ödəyirəm. Bu zaman sadələşdirilmiş verginin ödəyicisi ola bilərəmmi? Bunun üçün nə etməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə görə, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq olunmur.

Əlavə olaraq bildiririk ki, gəlir vergisindən azadolmalar və güzəştlər üçün Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunan meyarlardan yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri

Mənbə: vergiler.az

Ezamiyyə normalarına hansı dəyişikliklər edilib?

1 324 325 326 327 328 329 330 2. 397