Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi auditor seçib

posted in: Xəbər | 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Tenderin qalibi “Azəruçot” MMC-dir.

Qalib şirkətə 4 350 manat ödəniləcək.

Mənbə: report.az

Boş­da­yan­ma vax­tı əmə­yin ödə­nil­mə­si

Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb

posted in: Xəbər | 0

Moody’s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında yüksək göstəricilərdən biri hesab olunur.

Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi “Ba2” səviyyəsində, ödəmə qabiliyyətinin baza səviyyəsi reytinqini (BCA) “Ba3” səviyyəsində təsdiqləyərək dəyişilməz olaraq saxlayıb. Kapital Bank-ın reytinqi üzrə proqnozu isə “stabil” olaraq davam edir. Agentliyin hesabatında bildirilir ki, bu göstərici yaxın 12-18 ayda bankın kredit portfelinin keyfiyyətində gözlənilən yüksəlməni əks etdirir.

“Kapital Bank-ın BCA reytinqinin “Ba3” səviyyəsində, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin isə “Ba2” səviyyəsində müəyyən edilməsi bankın sağlam kredit portfeli, o cümlədən gəlirlilik və kapital adekvatlığı səviyyəsinin yüksək olmasının göstəricisidir. 2023-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı cəmi 2% təşkil edib. Bankın 2023-cü ilin sonuna 13%-14% -lik TCE/RWA göstəricisi ilə möhkəm kapitallaşma və yüksək gəlirlilik banka potensial zərərlərin qarşısını almağa və əvvəlki illərdə olduğu kimi dividendləri vaxtında ödəməyə imkan yaradır”, – deyə hesabatda qeyd olunur.  Reytinq agentliyi yaxın 12-18 ay ərzində bankın likvidliyinin yüksək səviyyədə qalacağını da gözləyir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc

Boş­da­yan­ma vax­tı əmə­yin ödə­nil­mə­si

Boş­da­yan­ma vax­tı əmə­yin ödə­nil­mə­si

posted in: Xəbər | 0

İs­teh­sa­lat pro­se­sin­də bir ne­çə sə­bəb­dən boş­da­yan­ma ha­lı baş ve­rə bi­lər: iş­çi­nin təq­si­ri uc­ba­tın­dan; işə­gö­tü­rə­nin təq­si­ri uc­ba­tın­dan və ümu­mi sə­bəb­lər­dən.

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bu hallarda işçilərin əməkhaqlarının hesablanması qaydalarını şərh edir:

Əmək Mə­cəl­lə­si­nin 169-cu mad­də­si boş­da­yan­ma vax­tı əməkhaq­qı­nın ödə­nil­mə­si­ni tən­zim­lə­yir. Boş­da­yan­ma­nın baş­lan­ma­sı haq­qın­da iş­çi işə­gö­tü­rə­nə və ya iş ye­ri üz­rə rəh­bə­ri­nə (bri­qa­di­rə, us­ta­ya, di­gər və­zi­fə­li şəxs­lə­rə) xə­bər­dar­lıq et­dik­də, iş­çi­nin təq­si­ri ol­ma­dan boş­da­yan­ma vax­tı iş­çi üçün mü­əy­yən edil­miş də­rə­cə­nin ta­rif (və­zi­fə) maaşının üç­də iki his­sə­sin­dən az ol­ma­ya­raq ödə­ni­lir.

Misal 1

İs­teh­sal mü­əs­si­sə­sin­də ça­lı­şan fəh­lə­nin işi gün­də­lik də­mir ara­kəs­mə­lə­rin hazır­lan­ma­sı­ndan ibarətdir və ta­rif maa­şı 400 ma­nat­ təşkil edir. Ara­kəs­mə­lər üçün isti­fa­də olu­nan xam­ma­lın id­xa­lın­da ya­ran­mış çə­tin­lik­lər sə­bə­bin­dən mü­əs­si­sə­də 2 gün­lük boşda­yan­ma ya­ranıb və iş­çi bu ba­rə­də öz rəh­bə­ri­nə mə­lu­mat ver­ib. Fərz edək ki, müəssi­sə 6 gün­lük iş qra­fi­ki ilə ça­lı­şır və hə­min ay­da 26 iş gü­nü var­dır. Bu halda, əməkhaq­qı belə he­sab­la­nmalıdır:

400 : 26 = 15.38 manat (bir iş gü­nü­nə dü­şən tarif maaşı);

(2 x 15.38) x 2/3 his­sə­si = 20.50 manat (boşdayanma zamanı əməkhaqqı);

24 x 15.38 = 369.12 manat (iş­lə­di­yi iş gün­lə­ri­nə dü­şən əməkhaq­qı);

Cə­mi əməkhaq­qı: 20.50 + 369.12 = 389.62 manat.

Əgər boş­da­yan­ma iş­çi­nin təq­si­ri üzün­dən baş ve­rər­sə, həmin vax­t üçün əməkhaq­qı ödə­nil­mir. Ümu­mi sə­bəb­lər­dən boş­da­yan­ma ha­lı baş ver­dik­də də əməkhaq­qı­nın ödə­nil­mə­si müəy­yən edil­miş də­rə­cə­nin ta­rif (və­zi­fə) maa­şı­nın üç­də iki his­sə­sin­dən az ol­ma­ya­raq ödə­ni­lir.

Mənbə: vergiler.az

Yerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır?

“Azəristiliktəchizat” auditor seçir

posted in: Xəbər | 0

“Azəristiliktəchizat” ASC 2023-cü ilin dekabrın 31-də başa çatan il üzrə hazırlanmış konsolidə edilmiş maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 48 manat təşkil edir.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 30-u, saat 11:00-a qədər “Azəristiliktəchizat”ın Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 30-u, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

Dividendin ödənilməsi zamanı hansı vergi güzəşti tətbiq edilir?

1 321 322 323 324 325 326 327 2. 397