Hansı halda maliyyə sanksiyası tətbiq edilən malların dəyərinin gəlirdən çıxılmasına icazə verilir?

posted in: Xəbər | 0

1 yanvar 2024-cü ildən Vergi Məcəlləsinə əlavə edilmiş 108.1-1-ci maddəsinə əsasən, alışı və ya mədaxili bu Məcəllədə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən mallara görə vergi ödəyicisinə Məcəllənin 58.8.2-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilmişdirsə, həmin malların bu Məcəllənin 58.16-cı maddəsinə uyğun olaraq müəyyən edilmiş dəyəri gəlirdən çıxılan xərclərə aid edilir.

İqtisadçı ekspert Anar Bayramov həmin maddədə diqqət yetiriləsi məqamları açıqlayıb:

Birinci məqam

Alışı və ya mədaxili bu Məcəllədə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən mallara maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulur. Məsələn, vergi ödəyicisi tərəfindən vətəndaşdan alınan mallar elekton alış aktı və ya vergi ödəyicisindən alınan mallar elektron qaimə-faktura ilə rəsmiləşdirilməyib.

İkinci və ən əsas məqam

İkinci məqam maliyyə sanksiyasının hansı halda tətbiq edilməsidir. Belə ki, Vergi Məcəlləsinin 108.1-1-ci maddəsində 58.8.2-ci maddəyə istinad edilir. Məcəllənin 58.8.2-ci maddəsinə əsasən, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında sanksiya tətbiq olunur.

Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq olunmur.

Misal 1: Vergi orqanının həyata keçirdiyi vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin sahibliyində malların alışını və ya mədaxilini təsdiq edən 30.000 manat məbləğində sənədsiz mallar aşkar olunub. Vergi orqanı həmin mallara görə təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə 10 faiz, yəni, 3.000 manat maliyyə sanksiyası tətbiq edəcək. Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, vergi ödəyicisi həmin pozuntuya ikinci dəfə yol verdikdə maliyyə sanksiyası 20 faizə qaldırılacaq. Üç və daha çox dəfə yol verdikdə isə maliyyə sanksiyasının məbləği 40 faizə qədər artırılacaq.

Misal 2: Vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisi 40.000 manatlıq mal təqdim etsə də həmin mallar üzrə alış sənədlərinin olmadığı müəyyən edilib. Bu halda, vergi orqanı artıq Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə istinad edə bilməyəcək. Çünki Vergi Məcəlləsinin həmin maddəsi sahibliyində olan, amma alış sənədləri olmayan mallara tətbiq edilir. Deməli, mallara Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi tətbiq edilmədiyi üçün həmin mallar üzrə xərclərin tanınması prosesi 108.1-1-ci maddəyə uyğun aparılmayacaq.

Üçüncü məqam

Maliyyə sanksiyasının tətbiqi zamanı mallara dəyərinin müəyyən edilməsi üsuludur. Vergi Məcəlləsinə əlavə edilmiş 108.1-1-ci maddədə həmin malların dəyərinin Məcəllənin 58.16-cı maddəsinə uyğun olaraq müəyyən edilməsi tələbi qeyd edilib. Vergi Məcəlləsinin 58.16-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 58.8.2-ci maddəsinin məqsədləri üçün malların dəyəri dedikdə, həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdansatış bazar qiyməti nəzərdə tutulur.

Misal 3: Vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisinin sahibliyində 2.000 ədəd boya məhsulu müəyyən edilib. Bu zaman həmin malların alış qiymətini müəyyən etmək mümkün olmazsa, bazar qiyməti tətbiq olunacaq. Fərz edək ki, həmin boyanın birinin topdansatış bazar qiyməti 4 manatdır. Vergi orqanı tərəfindən vergi ödəyicisinə təqvim ili ərzində ilk dəfə maliyyə sanksiyası tətbiq olunarsa, o zaman hesablanan məbləğ 800 manat təşkil edəcək:

(2000 x 4 ) x 10% = 800 manat.

Dördüncü məqam

Maliyyə sanksiyası tətbiq edilən malların dəyərinin gəlirdən çıxılmasına icazə verilməsidir. Vergi Məcəlləsinə əlavə edilmiş 108.1-1-ci maddədə qeyd edilir ki, alışı və ya mədaxili bu Məcəllədə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən mallara görə vergi ödəyicisinə Məcəllənin 58.8.2-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdirsə, həmin malların bu Məcəllənin 58.16-cı maddəsinə uyğun olaraq müəyyən edilmiş dəyəri gəlirdən çıxılan xərclərə aid edilir.

Qeyd edək ki, təcrübədə maliyyə sanksiyası tətbiq edilən malların gəlirdən çıxılmasına icazə verilsə də həmin hal qanunvericilikdə tam təsbit olunmayıb. Son dəyişiklik nəticəsində yuxarıda qeyd etdiyimiz hallar olduqda həmin malların dəyərinin gəlirdən çıxılması artıq Vergi Məcəlləsinin 108.1-1-ci maddəsində konkret təsbit edilib.

Misal 4: Vergi orqanı operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyindəki 1.000 ədəd yağ məhsulunun mədaxil sənədinin olmamasını aşkara çıxarıb. Vergi orqanı həmin malların birinin topdansatış qiymətinin 4.50 manat olduğunu müəyyən edib. Vergi ödəyicisi təqvim ili ərzində ikinci dəfə eyni hala yol verdiyi üçün vergi orqanı həmin mallara görə 900 manat məbləğində maliyyə sanksiyası tətbiq edib:

(1000 x 4.50) x 20% = 900 manat.

Vergi ödəyicisi həmin yağ məhsulunun 1 ədədini 6 manata təqdim etdiyi halda maliyyə sanksiyası tətbiq edilən 4.50 manat (malın müəyyənləşdirilən bazar qiyməti) xərc kimi çıxılacaq. Vergi ödəyicisi bəyannamənin “gəlirlər” və “xərclər” bölməsində müvafiq olaraq 6 manat və 4.50 manat qeyd edəcək. Beləliklə, vergi ödəyicisinin bir mal üzrə gəliri 1.50 manat (6 – 4.50) olacaq.

Bir məsələni xüsusi vurğulayaq ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə tətbiq edilən maliyyə sanksiyasının məbləğinin gəlirdən çıxılmasına icazə verilmir.

Misalın davamı kimi, daha bir hala diqqət yetirək. Vergi orqanı həm də müəyyən edib ki, 50 ədəd yağ məhsulunun satışı həyata keçirilsə də alışını təsdiq edən sənəd yoxdur. Bu zaman artıq mallar vergi ödəyicisinin sahibliyində olmadığı üçün Vergi Məcəlləsinin 58.8.2-ci maddəsini tətbiq etmək mümkün olmayacaq. Deməli, malların dəyəri Vergi Məcəlləsinin 58.16-cı maddəsi ilə alış və ya topdansatış qiyməti ilə müəyyən edilməyəcək. Vergi orqanı 2024-cü il tarixdə malların dəyəri üzrə rentabellik faizini 50 faizdən, yəni 3.25 manatdan çox olmayaraq müəyyən edəcək:

6.50 x 50% = 3.25 manat.

Həmçinin, vergi orqanı növbəti ildə həmin mallara görə xərci ümumiyyətlə tanımayacaq.

Mənbə: vergiler.az

Əvəz­çi­lik üz­rə əmək mü­qa­vi­lə­si ilə bağlı vacib məqamlar

Onlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır?

posted in: Xəbər | 0

“Sədərək” Ticarət Mərkəzindən aldığım malların sosial şəbəkələrdən istifadə etməklə onlayn satışını həyata keçirirəm. Müştərilər bankla bağladığım müqavilə əsasında kreditlə malı alırlar. Bank malın satış dəyərini hesablaşma hesabına ödəyir. Bu halda mənim hansı vergi öhdəliklərim vardır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyətini həm hüquqi şəxs kimi, həm də hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirə bilərsiniz.

Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Həmçinin, bildirilib ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz. Təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə və ya gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Elektron qeydiyyat haqda istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilib.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi) ibarət olacaq.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri.

Hansı hallarda vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq edilmir?

Kapital Bank-dan mükafatlarla dolu “50 gün 50 hədiyyə” lotereyası

posted in: Uncategorized | 0

 nağd pul krediti4 müştərinin maksimum 10 000 AZN olmaqla bütün kredit məbləği Kapital Bank tərəfindən ödəniləcək.

Kapital Bank nağd pul krediti alan müştərilər üçün xüsusi bir təkliflə gəlir: “50 gün 50 hədiyyə” adlı stimullaşdırıcı lotereya! Şərtlərə görə 15 aprel-3 iyun 2024-cü il tarixlərində “Gündəlik təlabat krediti” üçün müraciət edən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərlər.

3 tirajdan ibarət lotereyada 1-ci və 2-ci tirajın hərəsində 23 nəfər olmaqla 46 qalibin maksimum 500 AZN aylıq kredit ödənişi, son tirajda isə 4 müştərinin maksimum 10 000 AZN olmaqla bütün kredit məbləği Kapital Bank tərəfindən ödəniləcək.

“Gündəlik təlabat krediti”ni onlayn kanallardan (kapitalbank.az, birbank.az və Birbank mobil tətbiqi) müraciət edərək əldə edən müştərilər lotereyada 5 iştirak şansı, filiala  müraciət edərək kredit əldə edən müştərilər isə 1 iştirak şansı qazanırlar.

Ətraflı məlumat üçün:  https://kbl.az/ltlt

Qeyd etmək lazımdır ki, rəsmi gəliri olan hər kəs Kapital Bank-dan 50 000 AZN-dək “Gündəlik təlabat krediti”ni illik 10.9% dən başlayaraq 59 ayadək müddətə əldə edə bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk , Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Hansı hallarda vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq edilmir?

1 320 321 322 323 324 325 326 2. 387