Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi auditor seçir

posted in: Uncategorized | 0

“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi audit xidməti üçün kotirovka sorğusu elan edib.

Kotirovkada iştirak haqqı 10 manat təşkil edir.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 6-sı, saat 10:00-a qədər Mərkəzin yerləşdiyi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 35 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 6-sı, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Vergi orqanında uçotda olan fiziki şəxslə bağlanan xidməti müqavilə zamanı yaranan vergi öhdəlikləri

Vergi orqanında uçotda olan fiziki şəxslə bağlanan xidməti müqavilə zamanı yaranan vergi öhdəlikləri

posted in: Xəbər | 0

Bəzi hallarda müəssisələr işçilərlə əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilə (xidməti muqavilə) bağlayır. Bu, hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişci və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Bu mövzuda olan əvvəlki məqaləmizdə vergi orqanında uçotda olmayan fiziki şəxslə bağlanan xidməti müqaviləyə görə vergi öhdəlikləri barədə açıqlama verilib.

Xidməti muqavilə 18 yaşına çatmış fiziki şəxslərlə imzalana bilər. 2019-cu ilin yanvarın 1-dək xidməti müqavilə ilə çalışan şəxslər sadələşdirilmiş vergi ödəyiciləri ola bildikləri üçün sırf maddi baxımdan düşünəndə işçiyə xidməti müqavilə ilə işləmək sərf edirdi. Lakin 01.01.2019-cu il tarixdən Vergi Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə mindikdən sonra sadələşdirilmiş vergi ödəyicilərinin sahəsi məhdudlaşdırıldığından xidməti müqavilə ilə çalışanlar artıq gəlir vergisi ödəyicisi olmalıdırlar. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. Bu dəyişikliyin məqsədi insanları əmək müqaviləsi ilə çalışmağa stimullaşdırmaq idi.

Vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Bu zaman gəliri əldə edən fiziki şəxs tətbiq etdikləri vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri özü mustəqil olaraq hesablayıb bəyan etməklə dövlət büdcəsinə ödəyir.

VÖEN-i olan şəxslə xidməti müqavilə ilə xidmət göstərilərkən həmin xidmətlərə görə edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur.

Gəliri əldə edən şəxs özü vergi orqanına bəyannamə təqdim edərək vergini dövlət büdcəsinə ödəməlidir.

VÖEN-i olan və mülki-hüquqi müqavilə ilə hüquqi şəxsə xidmət göstərən şəxsin 01.01.2019-cu ildən sadələşdirilmiş verginin ödəyiciləri kimi xidmət göstərmək hüququ yoxdur. Vergi Məcəlləsinin 96-cı maddəsinin birinci bəndinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün xərcləri arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Dəyişikliyə görə, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi ona güzəşt edilir. Bu bəndlə bağlı 1 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azad edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Deməli, mikro sahibkarlıq subyekti olan xidməti müqavilə ilə işləyən şəxsin vergi öhdəliyi aşağıdakı kimi olacaq (orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmamaq şərtilə):

Vergi öhdəliyi = (Gəlirlər-xərclər) x 20% x 25%

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə güzəşt tətbiq edilməməklə vergiyə cəlb edilir.

Misal

Fərz edək ki, Bakı şəhərində xidməti müqavilə ilə çalışan şəxs aylıq 2900 manat xidmət haqqı alır. Bu zaman vergi öhdəliyi aşağıdakı şəkildə olacaq:

Bu xidmət haqqını əməkhaqqı qismində aldığı üçün xərci əksər hallarda olmur. Ona görə də gəlir vergisi bu cür hesablanacaq:

2900 x 20% = 580 manat.

Mikro sahibkarlıq subyekti olduğu üçün (orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmamaq şərtilə) gəlir vergisinin 75 faizi güzəşt olunacaq. Nəticədə 145 manat gəlir vergisi ödəniləcəkdir.

580 x 25% = 145 manat.

“Sosial Sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizində (2020-ci il yanvarın 1-dən qüvvəyə minib), Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir.

Yəni, 345 manat x 25% = 86.25 manat.

Deməli, həmin şəxsin ümumilikdə 231.25 manat sosial sığorta haqqı və gəlir vergisi öhdəliyi yaranacaq:

145 + 86.25 = 231.25 manat.

Nümunələrdən də göründüyü kimi, VÖEN-i olan və olmayan şəxslərin vergi öhdəliklərində kəskin fərq vardır.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər öz fəaliyyət sahələri üzrə məcburi dövlət sosial sığorta haqqını hər ay üçün hesablanmalı, sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağdsız hesablaşma qaydasında aidiyyati fonda ödənilməlidir.

Hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Mənbə: vergiler.az

Mal nomenklaturası və idxal-ixrac gömrük rüsumlarının dərəcələri ilə bağlı Qərarda dəyişiklik edilib

Mal nomenklaturası və idxal-ixrac gömrük rüsumlarının dərəcələri ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi  fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164 (Cild I); 2024, № 1, maddə 127; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 fevral tarixli 112 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. “8711 10 000 0 alt yarımmövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8711 10 000 – – mühərrikinin silindrlərinin işçi həcmi 50 sm3-dən çox olmayan porşenli daxiliyanma mühərrikli:
8711 10 000 1 – – – konstruksiyası ilə (və ya texniki göstəriciləri ilə) müəyyən olunan maksimal sürəti saatda 50 km-dən çox olan əd 15
8711 10 000 9 – – – digərləri əd 15

1.2. “8711 60 900 0” alt yarımmövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8711 60 900 – – digərləri:
8711 60 900 1 – – – konstruksiyası ilə (və ya texniki göstəriciləri ilə) müəyyən olunan maksimal sürəti saatda 50 km-dən çox olan əd 15
8711 60 900 9 – – – digərləri əd 15
  1. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

                          Əli Əsədov

                                  Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri,  17  aprel  2024-cü il

№  213

Mənbə: nk.gov.az

Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

posted in: Xəbər | 0

Kapital Bank-dan digər banklarda nağd kredit və kredit kartı olan müştərilərə müjdə!

Xəbər verdiyimiz kimi Kapital Bank digər banklarda kredit öhdəliyi olan müştərilər üçün əlverişli kredit imkanını yaradır. 18 aprel 2024-cü il tarixindən etibarən isə digər banklarda olan kreditlərini bağlamaq məqsədilə Kapital Bank-a müraciət edən müştərilər kreditlərini nağdlaşdırma komissiyası olmadan əldə edəcəklər. Artıq yüksək faizlərdən, bir neçə yerə kredit ödəməkdən xilas olmağın vaxtıdır. Kapital Bank-dan 10.9%-dən başlayan xüsusi şərtlərlə 50 000 AZN-dək nağd kredit əldə edən müştərilər faiz xərclərini aşağı salmaq və aylıq ödənişlərin həcmini azaltmaq fürsətindən yararlana bilərlər. 3 iyun tarixinədək keçərli olan kampaniyadan yararlanmaq üçün 1 yazıb 8196 nömrəsinə göndərə və ya sizə ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərsiniz.

Ətraflı məlumat  üçün: https://kbl.az/rkrk

Bütün bunlarla yanaşı 18 aprel-03 iyun 2024-cü il tarixlərində kreditlərini Kapital Bank-a gətirən müştərilər “50 gün 50 hədiyyə” lotereyasında iştirak etmək şansı da qazanırlar.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Elektron qaimə-faktura olmadan alınan mallar hansı halda gəlirdən çıxıla bilər?

1 318 319 320 321 322 323 324 2. 387