» » » Səyyar vergi yoxlaması nə zaman təxirə salına bilər?

Səyyar vergi yoxlaması nə zaman təxirə salına bilər?

posted in: Xəbər | 0

Mühasibi olduğum QSC-də səyyar vergi yoxlamasının təxirə salındığı barədə vergi orqanından məlumat aldıq. Səbəb olaraq vergi orqanı tərəfindən xarici dövlətə məlumat və sənədlərin alınması üçün müraciət edildiyi göstərilib və həmin dövlətdə aparılan yoxlama səbəbindən proses dayandırılıb. Belə hal mövcuddurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində veorqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsi ilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə – xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək səyyar vergi yoxlaması 9 aydan gec olmamaqla dayandırılır.

Əsas: Vergi Məcəlləsinin 38.7.4-1-ci maddəsi

Mənbə: vergiler.az

Biznes hesabi

İşçilərə ödənilən mükafatlar hansı hallarda əməkhaqqına daxil edilir?

error: Content is protected !!