Hədiyyə və bonus kimi verilən mallara görə elektron qaimə-faktura verilməlidirmi?

posted in: Xəbər | 0

Bir çox vergi ödəyiciləri kommersiya fəaliyyəti zamanı fiziki şəxlərə, öz işçilərinə, partnyorluq etdiyi şirkətlərə malları bonus və ya hədiyyə şəklində təqdim edirlər. Bəs belə hallarda rəsmiləşdirilmələr nəcə aparılmalıdır? Həmin mallara görə elektron qaimə-faktura verilməlidirmi? Bununla bağlı suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir:

Vergi Məcəlləsinin 71-1.5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura verilir. Maddədən görünür ki, mallar təqdim edən istənilən vergi ödəyicisi qarşı tərəfə elektron qaimə-faktura təqdim etməlidir. Bəs malların hədiyyə verilməsi malların təqdim edilməsi sayılırmı?

Bunun üçün yenə də Vergi Məcəlləsinin 13.2.10.-cu maddəsinə nəzərə yetirməliyik. Məcəllənin 13.2.10-cu maddəsində göstərilib ki, malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin, girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir.

Qeyd olunan maddədən də görünür ki, hədiyyələrin verilməsi malların təqdim edilməsi sayılır. Odur ki, vergi ödəyiciləri tərəfindən hədiyyələr verilən zaman qarşı tərəfə elektron qaimə-fakturalar verilməlidir. Hər bir hədiyyə kimi verilən malın faktiki maya dəyəri vardır ki, həmin dəyər ilə də elektron qaimə-faktura yazılmalıdır. Aşağıdakı maddələr bunu təsdiq edir:

Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. Məcəllənin 161.3-cü maddəsində isə qeyd olunub ki, bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur.

Göründüyü kimi, hədiyyələrin verilməsi əvəzsiz mallar kimi təqdim edilməsi sayılır ki, onlar hədiyyə kimi veriləndə faktiki maya dəyəri ilə yazılmalıdır.

Bəs hədiyyələrin verilməsi hədiyyə təqdim edən şəxs üçün gəlir sayılırmı?

Vergi Məcəlləsinin 13.2.12-ci maddəsində göstərilib ki, gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Məcəllənin tələbinə görə, hədiyyələr əvəzsiz olaraq satılmasına baxmayaraq, təqdim edilmə sayıldığından gəlir kimi tanınacaqdır. Vergi Məcəlləsinin 159-cu maddəsinin tələblərinə görə, hədiyyələrin verilməsi ƏDV məqsədləri üçün dövriyyə sayılır.

Bəs hədiyyələr onu alan şəxsdə uçotda necə nəzərə alınır?

Hədiyyəni alan şəxs üçün həmin hədiyyə vergi və mühasibat uçotunda ehtiyatlar kimi mədaxil edilir və eyni zamanda satışdankənar kimi uçota alınır.

Beləliklə, hədiyyələri təqdim edən şəxs hədiyyələrin dəyərini ƏDV bəyannamələrində qeyd edəcək. Həmçinin, mənfəət vergisi bəyannaməsində gəlir kimi yazılacaq, eyni zamanda xərc bölməsində malların maya dəyəri hissəsində əks olunacaq.

Mənbə: vergiler.az

Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi kimdir?

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi auditor seçir

posted in: Xəbər | 0

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi audit xidməti üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 14 manatdır.

İddiaçılar təkliflərini aprelin 22-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 117C ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 22-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ölkə Prezidentinin 19 may 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Mənbə: report.az

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

AZPROMO auditor seçir

posted in: Xəbər | 0

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 20 manatdır.

İddiaçılar təkliflərini aprelin 23-nə qədər AZPROMO-nun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 44 ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 23-də, saat 09:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi kimdir?

Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi kimdir?

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsinə rəis təyin olunan Ələkbər Comərd oğlu Məmmədov indiyə qədər DVX-nin Dövlət Qeydiyyatı Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bundan əvvəl isə 2011-2019-cu illər ərzində beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə vergilər nazirinin müşaviri, Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin rəisi, Beynəlxalq Əməkdaşlıq və Maliyyə İnstitutlarında Vergi Monitorinqi Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.

Vergilər Nazirliyindən öncə Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin rəhbəri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası rəhbəri, “Azərinvest” Maliyyə-Sənaye Qrupunun sədri, Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsi – Haqsız Rəqabətə qarşı Mübarizə və İstehlakçıların Hüquqlarının Müdafiəsi İdarəsinin rəisi, Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsi yanında Sahibkarlığa Kömək Milli Fondunun direktoru, “Azərqarant” Qapalı Səhmdar Sığorta şirkətinin sədri, “Azərnəqliyyatbank” Açıq Səhmdar Bankının Müşahidə Şurasının sədri vəzifələrində də fəaliyyət göstərib.

Ə.Məmmədov 2022-ci ildə Azərbaycan Prezidentinin 3145 nömrəli Sərəncamına əsasən “Azərbaycan Respublikasında vergi sisteminin inkişafında xidmətlərinə görə” “Tərəqqi”, 2015-ci ildə Prezidentin 1038 nömrəli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

150-dən çox elmi məqalələrin, metodik göstərişlərin, sahibkarlığın müxtəlif sahələrini əhatə edən elmi-tədqiqat işlərinin, kitabların müəllifi olan hüquq üzrə elmlər doktoru, professor Ə.Məmmədov Azərbaycan, ingilis, türk, alman və rus dillərini də bilir.

Xüsusi rütbəsi Baş vergi xidməti müşaviridir.

Mənbə: report.az

Vergi ödəyiciləri hansı yeni elektron qaimə-fakturanı təqdim etməlidirlər?

1 323 324 325 326 327 328 329 2. 387