Dövlət müəssisəsində çalışan şəxs sahibkarlıqla məşğul ola bilərmi?

posted in: Xəbər | 0

Mən dövlət işində çalışıram və hər ay əməkhaqqımın bir hissəsi müqabilində investisiya üçün qızıl alıram. Müəyyən müddətdən sonra həmin məhsulun satışına başlasam, əldə etdiyim gəlirdən vergini necə ödəməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, gələcək illərdə sahibkarlıq fəaliyyəti həmin dövr üçün qüvvədə olacaq qanunvericilik aktlarına əsaslanacaq.

Mövcud qanunvericiliyə görə, məhsulun satışından əldə edilən gəlir sahibkarlıq fəaliyyəti hesab olunur. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının və qurumların vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.

Əsas: “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu

Mənbə: vergiler.az

Ezamiyyə normalarına hansı dəyişikliklər edilib?

Ezamiyyə normalarına hansı dəyişikliklər edilib?

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2024-cü il tarixli 200 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərarına əsasən, ezamiyyə xərclərinin normalarına dəyişiklik edilərək əvvəl müəyyən edilmiş normalar artırılıb.

Yeniliyi əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir. 

Ezamiyyə normalarına son dəyişiklik 20 iyun 2018-ci il tarixdə edilib. Belə ki, Bakı şəhəri üzrə müəyyən olunmuş norma 65,0 manatdan 90,0 manata, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərinə 50,0 manatdan 70,0 manata, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərə isə 45,0 manatdan 65,0 manata artırılıb.

Nazirlər Kabinetinin 4 aprel 2024-cü il tarixli 200 nömrəli Qərarı ilə ezamiyyə normaları artırılaraq aşağıdakı kimi müəyyən olunub:
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması

Bakı şəhərində – 125 manat;

Naxçıvan şəhərinə – 100 manat;

Gəncə və Sumqayıt şəhərlərində – 95 manat;

Digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə – 90 manat məbləğində müəyyən edilib.

Bu Qərara əsasən, eyni zamanda, Naxçıvan şəhərinə ezamiyyə norması ayrıca müəyyən olunub. Dəyişikliyə qədər, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində ezamiyyə xərclərinin 1 günlük norması 70 manat olaraq müəyyən edilib.

Edilmiş dəyişikliklərdən biri də müvafiq Qərarla Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş birgünlük normasının mehmanxana xərcləri təşkil edən hissəsinin 80 faizdən 70 faizə endirilməsidir.

Həmçinin, daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün ödənilən 15 manat əlavə vəsait artırılaraq 20 manat həddində müəyyən olunub.

Son Qərarala edilən dəyişikliklərdən digəri xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları ilə bağlıdır. Nazirlər Kabinetinin müvafiq qərarı ilə xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları da artırılıb.

Mənbə: vergiler.az

Faktorinq şirkətinin gəlirləri üzrə ƏDV öhdəliyi yaranırmı?

Yararsız hala düşmüş və oğurlanmış əsas vəsaitlərin silinməsi qaydası dəyişdi

posted in: Xəbər | 0

Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin, oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalarda dəyişiklik edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, vahidinin (dəstinin) ilkin balans dəyəri 5000 manata qədər olan əsas vəsaitlərin (fondların) silinməsinə dair komissiyanın aktları təşkilatın rəhbəri tərəfindən təsdiq ediləcək və bundan sonra bu əsas vəsaitlər (fondlar) balansdan silinəcək. Bu halda həmin əsas vəsaitlərin (fondların) silinməsinə dair İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi tələb olunmayacaq. Qeyd edək ki, əvvəl bu vəsait 25 milyon manat nəzərdə tutulmuşdu.

Həmçinin, vahidinin (dəstinin) ilkin balans dəyəri 5000 manatdan yuxarı olan əsas vəsaitlərin (fondların) silinməsi zamanı təşkilatda yaradılmış komissiya tərəfindən tərtib edilən əmlakın (qiymətlilərin) ləğvi aktı Əmlak Məsələləri Dövlət Komitəsindən müvafiq rəy alındıqdan sonra (Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla) həmin təşkilatın baş idarəetmə orqanı tərəfindən (belə orqan olmadıqda, təşkilatın özü tərəfindən) təsdiq edilməklə, bu əsas vəsaitlərin (fondların) silinməsi həyata keçiriləcək.

Qərara əsasən, təqdim edilmiş sənəd və məlumatların ilkin təhlili zamanı balansdan silinməsi nəzərdə tutulan əsas vəsaitlərin istismara və digər sahələrdə istifadəyə yararlılığı müəyyən edildiyi halda, həmin əsas vəsaitlərin (fondların) səmərəli istifadə imkanlarının araşdırılması məqsədilə bu Qayda ilə müəyyən edilmiş müddət ərzində yerində baxış keçirilir və baxış aktı tərtib edilir.

Balansdan silinməsi nəzərdə tutulan əsas vəsaitlərə (fondlara) baxış keçirilməsi üçün zəruri şərait yaradılması balanssaxlayıcı tərəfindən təmin edilir.

Xidmətin rəsmi qaydada müsbət rəyi alınanadək silinməyə təqdim edilmiş əsas vəsaitlərin mövcud vəziyyətinin qorunub saxlanılmasına görə balanssaxlayıcı mülki məsuliyyət daşıyır.

Balansdan silinməsi nəzərdə tutulan daşınmaz dövlət əmlakının vəziyyətinin qənaətbəxş və səmərəli istifadə imkanlarının olduğu müəyyən edilərsə, balanssaxlayıcı və Xidmət tərəfindən həmin daşınmaz dövlət əmlaklarının səmərəli istifadəsinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq zəruri tədbirlər görülür.

Balansdan silinməsi nəzərdə tutulan daşınar dövlət əmlakının (o cümlədən nəqliyyat vasitələrinin və ya onların hissələrinin) tərtib edilmiş baxış aktına əsasən istifadəyə və ya satışa yararlı olması müəyyən edilərsə, həmin əmlakın açıq hərrac yolu ilə satışı həyata keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) silinməsi barədə Xidmət tərəfindən rəy Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla verilir.

Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) silinməsinin razılaşdırılması məqsədilə zəruri sənəd və məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim ediləcək.

Mənbə: banker.az

Faktorinq şirkətinin gəlirləri üzrə ƏDV öhdəliyi yaranırmı?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

posted in: Xəbər | 0

Birbank Biznes yeni müştərilərini “Xoş gəldin” kampaniyası ilə sevindirir. Belə ki, müştərilər hesab açdıqları ilk 30 gün ərzində 50 000 AZN-lik ölkədaxili köçürmə, valyuta mübadiləsi və əməkhaqqı köçürmələri üzrə komissiyasız əməliyyat etmək imkanı əldə edəcəklər. 25 aprel-25 may 2024-cü il tarixlərini əhatə edən xüsusi kampaniyadan yararlananlar həm də hədiyyə əməkhaqqı kartlarına da sahib olacaqlar.

Kampaniyadan yararlanmaq üçün vaxt itirmədən təqdim edilən linkə daxil ola və hesab aça bilərsiniz: https://kbl.az/bbprwtc

Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:

  • Biznes bank hesablarının açılması;
  • Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr;
  • Nağdsız ödənişlər;
  • Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil;
  • POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması;
  • Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması;
  • Biznes krediti və bank qarantiyaları;
  • Mobil POS, e-ticarət və “Kliklə ödə” xidmətləri;
  • Açıq Bankçılıq Xidmətləri;
  • Özəl tarif paketləri və s.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq

1 325 326 327 328 329 330 331 2. 397