» » » Görkəmli iqtisadçı alim, iqtisad elmləri doktoru, əməkdar müəllim Qəzənfər Abbasov vəfat edib

Görkəmli iqtisadçı alim, iqtisad elmləri doktoru, əməkdar müəllim Qəzənfər Abbasov vəfat edib

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycanın iqtisad elminə ağır itki üz verib – görkəmli iqtisadçı alim, iqtisad elmləri doktoru, əməkdar müəllim, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və audit” kafedrasının məsləhətçi-professoru Qəzənfər Abbasov 2024-cü ilin may ayının 6-da 86 yaşında vəfat edib.

İqtisadçı alim Qəzənfər Abbasov iqtisadçıların, maliyyəçilərin, mühasiblərin, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çalışan mütəxəssislərin şəxsiyyətinə və elminə hörmət etdiyi, vətənpərvər ziyalılarımızdan olub.

Öz sahəsinin yüksək peşəkarı olan Q. Abbasov həm təhsilə, həm də elmə böyük töhfə vermiş mentor, pedaqoq, müəllimlər müəllimi idi.
1954-cü ildən müxtəlif dövlət müəssisəsi və təşkilatlarında mühasib və baş mühasib vəzifələrində çalışıb.

1984-cü ildə Voznesenski adına Maliyyə İqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb, 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində doktorluq işi müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi alıb. Həyatının son illərində 12 dərslik, 4 monoqrafiya, 8 elmi-metodiki vəsait, 395 elmi məqaləni ərsəyə gətirib.

1993-cü ildən “Maliyyə və uçot” jurnalının redaktoru seçilib, 2023-cü ilədək isə 2005-ci ildə yaradılan “Maliyyə və Uçot Jurnalı Redaksiyası” MMC-nin direktoru olub. Peşəkar redaksiya və elmi-təşkilati iş sayəsində bu jurnal uçot mütəxəssisləri arasında ən çox oxunan və tələb olunan dövri nəşrlərdən birinə çevrildi.

Biz, çoxsaylı mühasiblər ordusu, iqtisadçılar, uçot-maliyyə sahəsində çalışan mütəxəssislər Qəzənfər müəllimi həmişə xatırlayacaq və onun tələblərini yerinə yetirməyə və ölkəmizin ictimai şüurunun maarifləndirilməsi işini davam etdirməyə çalışacağıq. O, səmimi, mehriban, yorulmaz bir insan idi, ölkəmizin əsl vətənpərvəridir, azərbaycan rus iqtisadi fikrinin formalaşmasında çox işlər görmüşdür. Onun xatirəsi unudulmayacaqdır! Allah rəhmət eləsin!

ƏDV qeydiyyatı ləğv edilən vergi ödəyicisinin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ