Analitik Ekspertiza Mərkəzi auditor seçir

posted in: Xəbər | 0

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 28 manatdır.

İddiaçılar təkliflərini aprelin 3-nə qədər Mərkəzin Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsi, 34 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 3-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi “Financial Reporting Center” MMC olub. Şirkətə 3 469 manat ödənilib.

Mənbə: report.az

Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?

4SİM auditor seçir

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 42 manatdır.

İddiaçılar təkliflərini aprelin 15-nə qədər Mərkəzin Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarova küçəsi, 194 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 15-da, saat 17:30-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi “Abacus Audit And Consulting” MMC olub. Şirkətə 8 260 manat ödənilib.

Mənbə: report.az

Distant iş hansı işçilərə tətbiq olunacaq?

Distant iş hansı işçilərə tətbiq olunacaq?

posted in: Xəbər | 0

Son dövrlər həm ölkəmizdə, həm də xarici ölkələrdə məsafədən (distant) iş sisteminə keçid aktuallaşıb. Xüsusilə COVID-19 pandemiyası dövründə əksər işəgötürənlər işçilərin evdən işləməsi üçün şərait yaradılırdı. Əmək Məcəlləsində təsdiq edilən son dəyişikliklərə qədər də bəzi işəgötürənlər distant iş rejimini tətbiq edirdilər. Lakin bu vaxta qədər Əmək Məcəlləsində distant iş rejimini birbaşa tənzimləyən ayrıca norma mövcud deyildi. Bu baxımdan, ilk növbədə Əmək Məcəlləsinin 3-cü maddəsinə əlavə edilmiş anlayışı təqdim edək:

9-2. Məsafədən (distant) iş — əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsidir.

Maddənin daha yaxşı anlaşılması üçün anlayışı hissələrə bölərək əsas məqamlara diqqət yetirək.

Birinci diqqət yetiriləsi məqam işçinin əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə yerinə yetirilməsinin mümkün olmasıdır.

Misal 1

İşəgötürən qaynaqçı vəzifəsində çalışan işçiyə distant iş rejimi tətbiq edə bilməz. Çünki həmin işçi əmək funksiyasını yalnız istehsalat sahəsində, yəni iş yerində həyata keçirə bilər.

Misal 2

İşəgötürən informasiya texnologiyaları üzrə mütəxəssis olan işçinin əmək müqaviləsinə dəyişiklik edərək onun distant iş rejimində çalışmasını müəyyən edə bilər. Belə ki, həmin vəzifə üzrə əmək funksiyası elektron, proqram-texniki və telekommunikasiya vasitələri vasitəsilə məsafədən yerinə yetirilə bilər.

Misal 3

İşəgötürən mühasib vəzifəsində çalışan işçinin əmək müqaviləsinə distant iş rejimi ilə bağlı dəyişiklik edir. Dəyişikliyə əsasən, beşgünlük iş rejimində çalışan işçi həftənin çərşənbə axşamı və cümə günləri işəgötürənin iş ünvanında, həftənin digər günlərində isə evdən distant iş rejimində çalışır.

İkinci əsas məqam işçinin əmək funksiyasını yerinə yetirdiyi məkan ilə bağlıdır. Maddədə qeyd edilir ki, əmək funksiyası müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda, yəni işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə yerinə yetirilməlidir.

Misal 4

İnsan resursları üzrə mütəxəssis vəzifəsində çalışan işçi evində əmək funksiyasını yerinə yetirərək ƏMAS altsistemi üzrə əmək müqavilələri ilə bağlı fəaliyyət həyata keçirir. Bu halda distant iş rejimində çalışan işçinin iş yeri onun yaşayış ünvanı hesab edilir.

Eyni zamanda mümkündür ki, işçi distant iş rejimində əmək funksiyasını evdən deyil, digər ünvandan həyata keçirsin.

Misal 5

Tədris mərkəzində təlimçi vəzifəsində çalışan işçi birgə iş (co-working) formasında fəaliyyət göstərən mərkəzdə həmin mərkəzin müştərilərinə təlimlər keçir. Bu zaman işçinin iş ünvanı nə Tədris Mərkəzi, nə də yaşayış ünvanıdır, bu, digər ünvan — birgə iş məkanı hesab olunur.

Bəs distant iş rejimində çalışan işçi ilə bağlı hansı şərtlər müəyyən edilə bilər? Əmək Məcəlləsinin 55-ci maddəsinə əlavə edilmiş ikinci hissəyə əsasən, əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilir.

Mənbə: vergiler.az

Peşəkar mühasib sertifikatının hər 2 mərhələsi üzrə imtahan tarixləri dəqiqləşdi

Peşəkar mühasib sertifikatının hər 2 mərhələsi üzrə imtahan tarixləri dəqiqləşdi

posted in: Xəbər | 0

Peşəkar mühasib sertifikatı imtahanlarının hər iki mərhələsi üzrə 2026-cı ilin imtahan tarixləri açıqlanıb. İmtahan qrafiki aşağıdakı kimidir:

Peşəkar mühasib sertifikatı imtahanına qeydiyyat (I mərhələ) 16 mart – 5 aprel
Peşəkar mühasib sertifikatı imtahanına qeydiyyat (II mərhələ) 13 aprel – 3 may
Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) 19.04.2026
Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) 17.05.2026

İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı

1 24 25 26 27 28 29 30 2. 382