Daha çox8
Daha çox8

Sonuncu əməkhaqqı, yoxsa məzuniyyət haqqı? Müqayisəli təhlil

posted in: Xəbər | 0

Әmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda, sonuncu əməkhaqqından az olmamaqla, orta əməkhaqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

İqtisadçı ekspert Anar Bayramov həmin müddəaya bu il əlavə edilmiş “sonuncu əməkhaqqından az olmamaqla” ifadəsinin mahiyyətini açıqlayıb.

İşçinin məzuniyyətdə olduğu dövr üzrə ödəniləcək məbləğ aşağıdakı iki göstərici ilə müqayisə edilir:

– Orta әmәkhaqqı әsasında hesablanmış mәzuniyyәt haqqı;

– İşçi mәzuniyyәtә çıxmadığı halda, yәni mәzuniyyәt dövrünә tәsadüf edәn tarixlәrdә normal qaydada işlәdiyi tәqdirdә alacağı әmәkhaqqı.

Qaydaya əsasən, əgər birinci göstərici ikinci göstəricidən çox olarsa, məzuniyyət haqqı birinci göstərici üzrə ödənilir. Әks halda, ikinci göstərici əsas götürülür.

Misal 1

İşçi 6-13 fevral 2026-cı il tarixlərində (8 təqvim günü) əmək məzuniyyətindən istifadə edəcək. Fərz edək ki, işçinin son 12 ay ərzində əməkhaqqı sabit olub və aylıq 1.000 manat təşkil edib.

Әmək Məcəlləsinin 140-ci maddəsinin tələblərinə əsasən, son 12 ay üzrə bir təqvim günü üçün məzuniyyət haqqı belə hesablanacaq:

(12.000 : 12) : 30,4 gün = 32,89 manat.

8 təqvim günündən istifadə edən işçinin məzuniyyət haqqı:

32,89 x 8 təqvim günü = 263,16 manat

6-13 fevral 2026-cı ili əhatə edən məzuniyyət dövrünə 6 iş günü düşür (beşgünlük iş rejimi, fevral ayında ümumilikdə 20 iş günü). İşçi məzuniyyətə çıxmadığı halda alacağı əməkhaqqı:

(1.000 : 20) x 6 iş günü (məzuniyyət dövrünə təsadüf edən iş günlərin sayı) = 300 manat.

Mәzuniyyәt üçün orta әmәkhaqqı məbləği – 263,15 manat mәzuniyyәt dövründәki iş günlәrә görә sonuncu әmәkhaqqıdan (300 manat) az olduğu üçün işçiyə 6–13 fevral 2026-cı il tarixləri üzrə məzuniyyət haqqı 300 manat məbləğində ödənilməlidir.

Misal 2

Eyni göstəricilərə malik işçi 6–9 fevral 2026-cı il tarixlərində (4 təqvim günü) əmək məzuniyyətindən istifadə edəcək. Son 12 ay üzrə bir təqvim günü üçün məzuniyyət haqqı 32,89 manat olacaq:

(12.000 : 12) : 30,4 = 32,89 manat.

6–9 fevral 2026-cı il tarixləri üzrə məzuniyyət üçün orta əməkhaqqı:

32,89 x 4 = 131,58 manat.

Bu dövrə 2 iş günü düşür (6 və 9 fevral 2026-cı il tarixləri). Ona uyğun olaraq, işçi məzuniyyətə çıxmadığı halda, alacağı əməkhaqqı məbləği 100 manat olacaq:

(1.000 : 20) x 2 = 100 manat.

Bu halda mәzuniyyәt üçün orta әmәkhaqqı məbləği – 131,58 manat

Mәzuniyyәt dövründәki iş günlәrә görә sonuncu әmәkhaqqıdan (100 manat) çox olduğu üçün işçiyə orta əməkhaqqı əsasında hesablanmış məzuniyyət haqqı (131,58 manat) ödənilir.

Qeyd edək ki, əgər işçinin həmin aylarda əməkhaqqının tərkib hissəsi olan əlavələri varsa, o zaman həmin əlavələr nəzərə alınmaqla sonuncu əməkhaqqı müəyyən edilməlidir.

Bəzi hallarda işçinin məzuniyyət müddəti 2 ayı əhatə edir. Bəs bu zaman hesablama necə həyata keçiriləcək?

Misal 3

İşçi 19 fevral 2026-cı il tarixindən 10 mart 2026-cı il tarixinə qədər əmək məzuniyyətindən istifadə edir. İlk olaraq işçinin son 12 ay üzrə (fevral 2025–yanvar 2026) nəzərə alınan gəlirləri toplanır.

Toplanan məbləğ 12-yə bölünür, sonra 30,4-ə bölünərək bir təqvim günü üçün məzuniyyət haqqı müəyyən edilir. Məzuniyyət dövrü fevral ayında 10, mart ayında isə 9 təqvim günü olmaqla ümumilikdə 19 gün təşkil edir (8 mart nəzərə alınmır). Əgər 1 günlük məzuniyyət haqqı 50 manat müəyyən edilsə, işçinin məzuniyyət haqqı 50 x 19 = 950 manat olacaq.

Məzuniyyət dövründəki iş günlərinə görə hesablanan əməkhaqqı:

Fevral ayında: 400 manat;

Mart ayında: 500 manat.

Mәzuniyyәt haqqının sonuncu әmәkhaqqı ilә müqayisәsi:

– Orta məzuniyyət haqqı: 950 manat;

– Məzuniyyət dövründəki iş günlərinə görə əməkhaqqı: 900 manat;

950 manat (mәzuniyyәt üçün orta әmәkhaqqı) > 900 manat (mәzuniyyәt dövründәki iş günlәrә görә sonuncu әmәkhaqqı).

Nəticədə işəgötürən tərəfindən işçiyə Әmək Məcəlləsinin 140-cı maddəsinə əsasən hesablanan 950 manat məzuniyyət haqqı ödəniləcək.

Misal 4

İşçi 19 fevral 2026-cı il tarixindən 10 mart 2026-cı il tarixinə qədər əmək məzuniyyətindən istifadə edir. İlk olaraq işçinin son 12 ay üzrə (fevral 2025–yanvar 2026) nəzərə alınan gəlirləri toplanır.

Toplanan məbləğ 12-yə bölünür, sonra 30,4-ə bölünərək bir təqvim günü üçün məzuniyyət haqqı müəyyən edilir. Məzuniyyət dövrü fevral ayında 10, mart ayında isə 9 təqvim günü olmaqla ümumilikdə 19 gün təşkil edir (8 mart nəzərə alınmır). Əgər 1 günlük məzuniyyət haqqı 40 manat müəyyən edilibsə, məzuniyyət haqqı: 40 × 19 = 760 manat olacaq.

İş günlərinə görə əməkhaqqı:

fevral – 400 manat;
mart – 500 manat.

Mәzuniyyәt haqqının sonuncu әmәkhaqqı ilә müqayisәsi:

Orta məzuniyyət haqqı: 760 manat;
İş günlərinə görə əməkhaqqı: 900 manat;

760 manat (mәzunuyyәt üçün orta әmәkhaqqı) < 900 manat (mәzuniyyәt dövründәki iş günlәrә görә sonuncu әmәkhaqqı).

Bu halda işçiyə 900 manat məbləğində məzuniyyət haqqı ödənəcək, çünki sonuncu əməkhaqqı daha yüksəkdir.

Mənbə: vergiler.az

DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb

DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb

posted in: Xəbər | 0

Bu ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 milyard 132 milyon manat təşkil edib.

Bu barədə DSMF-yə istinadən xəbər verilir.

Məlumata görə, bu, proqnozla müqayisədə 9 % və yaxyd 183 milyon manat çoxdur.

Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 3 % və yaxud 41 milyon manat çox – 1 milyard 559 milyon manat olub.

Yanvar-mart aylarında DSMF-nin xərcləri isə 2 milyard 53 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10 % və yaxud 189 milyon manat çoxdur.

Mənbə: report.az

ƏDV-də texniki yerdəyişmə əvəzləşdirməyə təsir edirmi?

Vergidə üfüqi monitorinq üçün ərizənin forması və doldurulma qaydası təsdiqlənib

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Üfüqi monitorinqə qəbulu üçün müraciət edən vergi ödəyicisi tərəfindən təqdim olunan ərizənin forması və doldurulma Qaydası”nı təsdiqləyib.

Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, ərizə üfüqi monitorinqə qəbulu üçün müraciət edən vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və yaxud nazirlik yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə doldurularaq uçotda olduğu vergi orqanına təqdim ediləcək.

Ərizə aşağıdakı qaydada doldurulacaq:

– “Ərizəni təqdim edən vergi ödəyicisinin adı və VÖEN-i” hissəsində ərizəni təqdim edən vergi ödəyicisi fərdi sahibkar olduqda soyadı, adı, atasının adı və VÖEN-i, hüquqi şəxs olduqda adı və VÖEN-i qeyd olunur.

– “Ərizənin təqdim edildiyi vergi orqanının adı” hissəsində ərizənin təqdim edildiyi vergi orqanının adı qeyd olunur.

– “Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi barədə məlumatlar” hissəsində ərizəni təqdim edən vergi ödəyicisi fərdi sahibkar olduqda soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda hüquqi şəxsin rəhbərinin soyadı, adı, atasının adı qeyd edilir. Ərizə vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildikdə ərizədə səlahiyyətli nümayəndə barədə məlumatlar qeyd edilir.

– “Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsinin imzası və ərizənin doldurulduğu tarix” hissəsi ərizə kağız daşıyıcıda təqdim edildikdə ərizəni təqdim edən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır və ərizənin doldurulduğu tarix qeyd olunur, habelə hüquqi şəxs tərəfindən təqdim edildikdə möhürlə təsdiq edilir. Ərizə elektron kabinet vasitəsilə təqdim edildikdə gücləndirilmiş elektron imza ilə təsdiq edilir və ərizənin doldurulduğu tarix qeyd olunur.

-Ərizəyə Vergi Məcəlləsinə uyğun sənədlər və məlumatlar, habelə ərizə etibarnamə üzə səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə nümayəndənin səlahiyyətini təsdiq edən sənədlər əlavə ediləcək.

Mənbə: vergiler.az

ƏDV-də texniki yerdəyişmə əvəzləşdirməyə təsir edirmi?

ƏDV-də texniki yerdəyişmə əvəzləşdirməyə təsir edirmi?

posted in: Xəbər | 0

Bizə xidmət göstərən şirkət tərəfindən 5 mart tarixində 5.900 manat, 20 mart tarixində isə 11.800 manat məbləğində ƏDV-daxil elektron qaimə-fakturalar təqdim olunub. Texniki səhv nəticəsində ilk elektron qaimə-faktura üzrə göstərilən bütün məbləğ müştərinin depozit hesabına ƏDV kimi köçürülüb. Bu səbəbdən, əsas məbləğdən artıq ödəniş yaranıb və həmin artıq məbləğ nəzərə alınmaqla 20 aprel tarixli növbəti elektron qaimə-faktura üzrə ödəniş aparılarkən ƏDV məbləği əvvəlki artıq ödəniş qədər azaldılaraq ödənilib. Nəticədə hər iki e-qaimə üzrə həm əsas məbləğ, həm də ƏDV üzrə bütün öhdəliklər tam şəkildə yerinə yetirilib. Sadəcə olaraq, e-qaimələr üzrə ƏDV-nin bölgüsü nisbətən fərqli əks olunub – birinci e-qaimə üzrə ƏDV qeyd olunandan çox, ikinci e-qaimə üzrə isə daha az ödənilib. Hər iki e-qaimə üzrə edilən ödənişlərin həmin ayın ƏDV bəyannaməsində əvəzləşdirilməsi mümkündürmü? Bu texniki uyğunsuzluq gələcəkdə hər hansı vergi pozuntusu və ya maliyyə sanksiyasına səbəb ola bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175-ci maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Eyni zamanda, Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən, hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt əvəzləşdirilən ƏDV-nin vaxtı hesab olunur.

Buna əsasən, müvafiq hesabat dövrü ərzində alınmış elektron qaimə-fakturalar üzrə malların (işlərin, xidmətlərin) dəyəri və ona mütənasib ƏDV məbləği Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə uyğun qaydada ödənildiyi halda, həmin ƏDV məbləği müvafiq hesabat dövründə əvəzləşdirilə bilər.

Əlavə olaraq, sorğuda qeyd olunan əməliyyatlar üzrə vergi öhdəliyinin dəqiq müəyyən edilməsi baxımından işin faktiki halları açıqlanmaqla təsdiqedici sənədlər əsasında qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi

Mənbə: vergiler.az

Azərbaycanda təsiri məhdud olan güzəşt və azadolmaların ləğvi planlaşdırılır

1 22 23 24 25 26 27 28 2. 398
error: Content is protected !!