Mühasibat kargüzarlığı və onlayn mühasibatlıq kursu

posted in: muhasibat, Xəbər | 0

Mühasibat kargüzarlığı və onlayn mühasibatlıq kursu

Əksər hallarda mühasib köməkçisi, kiçik mühasib və hətta mühasib vakansiyalarında əsasən bu tələblərə rast gəlirik:

  • E-qaimə fakturanın tərtib olunması və göndərilməsi;
  • Hesab fakturaların hazırlanması;
  • Təhvil-təslim aktlarının hazırlanması;
  • E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək;
  • Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
  • ƏDV depozit ödənişləri;
  • Statistik hesabatların göndərilməsi;
  • Vahid rüblük hesabatların göndərilməsi;
  • Əməkhaqqı hesablanması;
  • Kassa əməliyyatları və s.

Mühasibatın gündəlik texniki işlərini praktiki tərəfdən öyrədəcək 20 saatlıq Mühasibat kargüzarlığı kurslarımıza qoşulmağa tələsin.

Kurs kimlər üçündür?

  • Mühasibatlıq sahəsində iş axtaran və işə yeni başlayan mühasiblər, mühasib köməkçiləri, kiçik mühasiblər, əməliyyatçı mühasiblər;
  • Texniki mühasib işini aparan (və ya nəzarət edən) mikro və kiçik sahibkarlar, ofis menecerləri, administratorlar və digər əməkdaşlar.

Kursun faydaları:

  • Hər bir müəssisə üçün zəruri olan mühasibatlığın gündəlik texniki işlərini praktiki tərəfdən öyrənərək peşəkarlığınızı artıracaqsınız;
  • İşinizi daha rahat və qaydasında apara biləcəksiniz.

Təlimçi barədə:

Salman Əbdülrzazadə

İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2019-2023-cü illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat fənnini tədris etmişdir. Azərbaycan Mühasiblər Məktəbinin direktoru və peşəkar təlimçisidir. Eyni zamanda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting.Az” konsaltinq şirkətində layihə rəhbəri olaraq fəaliyyət göstərir. 500-dən çox mühasibin ixtisaslaşmasında yaxından iştirak etmişdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Təlim formatı: Ənənəvi və onlayn

Təlim sayı və vaxtı: 10 dərs / Həftədə 2 dəfə, saat: 19:00-21:00

Kursa daxildir:

  • 10 dərs (20 saat);
  • Sertifikatların təmini;
  • Video qeydlər və təlim materialları;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Təlim müddəti və sonrakı 1 ay boyu iştirakçılar öyrəndiklərini praktikada daha rahat tətbiq edə bilmək üçün və işlərində yaranmış çətinliklər ilə bağlı təlimçidən ödənişsiz konsultasiya dəstəyi ala bilirlər.

Təlimlərin video qeydiyyatı aparılır. Həm təkrar olaraq, həm qoşula bilmədiyiniz təlimləri izləyə bilirsiniz. Hər təlimdən sonra (1 gün ərzində) təlim materialları (köməkçi fayllar, cədvəllər) və video qeydlər iştirakçılarla bölüşülür.

Təlimlərin yekununda (keçirilən mövzular əhatə edən) sertifikat imtahanı olur. Nəticədən aslı olaraq iştirakçı və ya müvəffəqiyyət sertifikatı alırsınız. İştirakçı sertifikatı almaq üçün 80% davamiyyət, müvəffəqiyyət sertifikatı almaq üçün isə 80% davamiyyət və yekun imtahandan minimum 70% nəticə əldə etməlisiniz.


Mühasibat kargüzarlığı kursunun proqramı aşağıdakı kimidir:

1. Vergi sistemi ilə tanışlıq

  • Taxes.gov.az saytı ilə tanışlıq;
  • E-taxes.az saytı ilə tanışlıq;
  • Asan imza nədir? Hardan, necə əldə etməli? İstifadə qaydaları;
  • Asan imza – Biznes sertifikatının online qaydada əldə edilməsi və vaxtının uzadılması;
  • Asandoc proqramı və istifadə qaydası;
  • Praktiki olaraq asandoc proqramı ilə sənəd imzalanması.

2. İlkin sənədlərlə tanışlıq, şirkət qeydiyyatı və hazır sənədlərin alınması

  • Hüquqi və fiziki şəxs anlayışı;
  • Hüquqi şəxsin elektron qeydiyyatı, qeydiyyatdan əvvəlki prosedurlar. Praktiki nümunələr;
  • Qeydiyyatdan keçiriləcək adın mövcud olub-olmadığını necə öyrənməli?;
  • Elektron imza olmadan adi qeydiyyat ərizəsi nədir? (Doldurulması qaydası);
  • Adi qeydiyyat ərizəsi nədir? (Doldurulma qaydası);
  • Fiziki şəxsin elektron qeydiyyatı;
  • Şirkət yaratdıqdan sonrakı vacib işlər nələrdir?;
  • Təsisçi qərarı və digər hüquqi sənədlər;
  • Praktiki olaraq təsisçi qərarlarının hazırlanması.

3. Vergi online kargüzarlığı

  • Fəaliyyət kodunun dəyişdirilməsi, yeni fəaliyyət kodunun əlavə edilməsi;
  • Fiziki (hüquqi) şəxsin məlumatlarında dəyişiklik edilməsi;
  • Təsərrüfat subyektinin (obyektin) qeydiyyata salınması;
  • Təsərrüfat subyektinin (obyektin) qeydiyyatdan çıxarılması;
  • Obyektin fəaliyyətinin bərpa edilməsi;
  • Fiziki şəxsin fəaliyyətinin dayandırılması;
  • Hüquqi şəxsin fəaliyyətinin dayandırılması;
  • Dövlət büdcəsinə borcun olub-olmaması barədə arayışın əldə edilməsi;
  • ƏDV qeydiyyatı ərizəsi.

4. Alış və satışlar, ilkin sənədlərin hazırlanması, e-qaimə, YGB

  • Alqı-Satqı müqavilələrin hazırlanması;
  • Hesab-fakturaların hazırlanması;
  • E-Qaimələrin hazırlanması və təsdiqlənməsi;
  • EFP proqramının yüklənməsi və bu proqramın köməyi ilə qaimənin hazırlanması;
  • Təhvil-təslim aktlarının hazırlanması / Avtomatlaşdırılması;
  • Yük Gömrük Bəyannaməsi (YGB) / Mal kodunun alınması;
  • Yük Gömrük Bəyannaməsi (YGB) / İdxal və İxrac sənədlərinin hökümət portalından yüklənməsi;
  • Praktiki olaraq müqavilələrin hazırlanması.

5. Bank və kassa əməliyyatları

  • Bank hesablarının açılması / Tələb olunan sənədlər;
  • Şəhadətnamə-dublikatın göndərilməsi qaydası;
  • Mövcud bank hesablarından istifadə qaydası və bank əməliyyatları;
  • Ödəniş tapşırıqlarının hazırlanması / Ödəniş tapşırıqlarının avtomatlaşdırılması;
  • Büdcə təsnifat kodları və səviyyə kodları / Büdcə rekvizitləri;
  • İnternet bankinqdən istifadə;
  • Konvertasiya;
  • Valyuta əməliyyatları;
  • Xarici və yerli şirkətlərə ödənişlər;
  • Kassa çeki / Pul vəsaitinin nağdlaşdırılması;
  • Kassa əməliyyatları;
  • Kassa sənədləri;
  • Kassa kitabı / Yazılma qaydası;
  • Kassa Mədaxil Orderi / Doldurulma qaydası;
  • Kassa Məxaric Orderi / Doldurulma qaydası;
  • Təhtəlhesab şəxs;
  • Ezamiyyət / Ezamiyyət hesablanması;
  • Avans hesabatlarının tərtib edilməsi;
  • Praktiki olaraq kassa, ezamiyyə sənədlərinin və avans hesabatının tərtib edilməsi.

6. Gəlir və xərclərin uçotunun aparılması

  • İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması Qaydası;
  • Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması Qaydası;
  • Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması Qaydası;
  • İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması Qaydası;
  • Praktiki olaraq sənədlər ilə xərc sənədlərinin tərtibatı.

7. Əməkhaqqı hesablanması

  • Dövlət və neft, qeyri-dövlət və qeyri-neft sektorunda əməkhaqqı hesablanmasının əsasları;
  • Vergi güzəştləri;
  • Məcburi dövlət sosial sığorta haqqı və ona cəlb edilməyən gəlirlər;
  • İşsizlikdən sığorta haqqı və ona cəlb edilməyən gəlirlər;
  • İcbari tibbi sığorta haqqı və ona cəlb edilməyən gəlirlər;
  • Praktiki olaraq əmək haqqı hesablanması.

8. Məzuniyyət və müavinətlərin hesablanması qaydası

  • Məzuniyyət hesablanması zamanı nəzərə alınan və alınmayan gəlirlər;
  • Kompensasiya hesablanması zamanı nəzərə alınmalı məqamların izahı;
  • Əmək qabiliyyətinin itirilməsi (xəstəlik) zamanı müavinətin hesablanması qaydası;
  • Hamiləliyə və doğum, uşağa qulluğa görə müqavinətlərin hesablanması və e-gov üzərindən göndərilməsi qaydası;
  • Praktiki olaraq məzuniyyət və xəstəlik vərəqəsinin hesablanması.

9. Fiziki şəxslərin vergi hesabatlarının tərtibatı

  • Fiziki şəxslərin mükəlləfiyyəti;
  • Fiziki şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin tərtibatı;
  • Fiziki şəxslərin gəlir vergisi bəyannaməsinin tərtibatı;
  • Fiziki şəxslərin vahid (DSMF) bəyannaməsinin tərtibatı;
  • Praktiki olaraq vergi bəyannamələrinin misallar ilə tərtibatı.

10. Statistika hesabatları

  • Statistika orqanlarında qeydiyyata durmaq, kod alınması;
  • Aylıq (rüblük) statistika hesabatlarının tərtibi.

Proqramı yükləyin: Mühasibat kargüzarlığı” kursu – Proqram

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/


Əlaqə:


Ünvan: Caspian Plaza

Daşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları

posted in: Xəbər | 0

Mən bu yaxınlarda daşınmaz əmlak almışam. ƏDV-nin geri qaytarılması üçün hara müraciət etməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Prezidentinin 2022-ci il 25 may tarixli fərmanı ilə təsdiq edilib.

Qaydaya əsasən, ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına, qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidirlər.

Bildirilib ki, vətəndaşların məlumatlandırılması məqsədilə Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılıb (https://www.taxes.gov.az/az/page/nagdsiz-qaydada-alinmis-yasayis-ve-qeyri-yasayis-sahelerine-gore-odenilmis-edv-nin-bir-hissesinin-qaytarilmasi).

Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, bir sıra maarifləndirici məlumatları və s. əks olunub.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.

Mənbə: vergiler.az

Qısaldılmış iş vaxtı tətbiq edilən işçi tam iş vaxtında çalışmaq istəsə, işəgötürən bu tələbi yerinə yetirməlidirmi?

Qısaldılmış iş vaxtı tətbiq edilən işçi tam iş vaxtında çalışmaq istəsə, işəgötürən bu tələbi yerinə yetirməlidirmi?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

Qanunvericiliyin tələbini insan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova şərh edir: 

Qısaldılmış iş vaxtının müddəti həftə ərzində:

  • 16 yaşınadək işçilər üçün 24 saatdan;
  • 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün 36 saatdan (Əmək Məcəlləsinin 58.6 maddəsinə əsasən, yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi bu Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda yol verilə bilər);
  • həmçinin, hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli qərarı ilə təsdiq edilib.

Qısaldılmış iş vaxtı ilə bağlı təcrübədə rast gəlinən bəzi suallara aydınlıq gətirək.

Sual 1. Qısaldılmış iş vaxtı tətbiq olunan işçi tam iş vaxtında çalışmaq istəsə, işəgötürən bu tələbi yerinə yetirməlidirmi?

Əmək Məcələsinin 91, 92 və 93-cü maddələri ilə tənzimlənən qısaldılmış iş vaxtının tətbiqi işəgötürən üçün məcburi haldır. Yəni, işçi ərizə yazıb tam iş vaxtında işləmək istəsə belə, işəgötürən bu xahişi icra etməməlidir.

Sual 2. Qısaldılmış iş vaxtının tərtibi necə olur?

Qısaldılmış iş vaxtının konkret hansı saatlara uyğun nizamlanması Əmək Məcəlləsində öz əksini tapmır. Həmçinin, iş qrafikinin müəyyənləşdirilməsində “işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq” ifadəsi yoxdur. Buna görə də işəgötürən işçi üçün qısaldılmış iş vaxtının təyin edilməsində sərbəsdir. Sonradan hər hansı problem yaranmaması üçün işəgötürənin sənədlərdə bu haqda qeydlər etməsi daha məqsədəuyğundur.

Sual 3. Qısaldılmış iş vaxtı tərtib edilməli işçi tam iş saatlarında çalışırsa, proses necə tənzimlənir?

Bəzi hallarda işəgötürən hər hansı səbəbdən (qanunvericiliyi bilmədiyi, iş yerinin attestasiyadan keçirilməsi və s.) işçiyə qısaldılmış iş saatı tətbiq etməli olduğu halda, işçini tam iş saatında çalışdırır. Bu zaman işçiyə əlavə ödəniş edilməlidir.

Misal: Təcili tibbi yardım şöbəsində tibb bacısı kimi işləyən şəxs həftəlik 40 saat çalışdırılıb. Nazirlər Kabinetinin 106 saylı qərarında isə həmin işçilərin həftəlik norması 36 saat müəyyən edilib. Təcrübədə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həmin pozuntu aşkar edildikdə işçinin qısaldılmış iş vaxtından çox işlədilməsi halı iş vaxtından artıq işləmiş kimi qiymətləndirilir və Əmək Məcəlləsinin 165-ci maddəsinə uyğun olaraq, normadan artıq saatlar üçün ikiqat əməkhaqqı hesablanması təmin edilir.

Mənbə: vergiler.az

2025-ci il üçün əməkhaqqıdan hansı tutulmalar olacaq?

75% vergi güzəşti hansı sahibkarlara şamil edilir?

posted in: Xəbər | 0

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 dekabr 2024-cü il tarixində Milli Məclisin ötən il dekabrın 16-da qəbul etdiyi “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib.

Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri bəzi xidmət sahələri üzrə mikro sahibkarların gəlirlərinə 75% vergi güzəştinin müvafiq tələblərlə şərtləndirilmədən tətbiqi ilə bağlıdır. Vergi Məcəlləsinə 2024-cü ildən qüvvəyə minmiş dəyişikliyə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkar fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azad edilib. Lakin aparılmış təhlillər nəticəsində bir sıra fiziki şəxslərin əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdikləri, buna görə də sadələşdirilmiş verginin ödəyicisi ola bilmədikləri müəyyənləşdirilib.

Bu səbəbdən bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən və illik dövriyyəsinin həcmi xərclər nəzərə alınmadan 45 min manatadək olan mikro sahibkar fiziki şəxslərə münasibətdə gəlirlərinin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad olunması ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilib. Həmin fəaliyyətlərə proqram təminatının işlənməsi, layihə-dizayn və dekorasiya, tərcümə, reklam xidmətləri, araşdırma və tədqiqat sahəsində fəaliyyət, elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahələri üzrə məsləhət xidmətləri, jurnalistika, bazar konyukturunun öyrənilməsi, qiymətləndirmə fəaliyyəti, avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti, turizm bələdçisi kimi xidmətlər aiddir.

Qeyd olunan güzəştin tətbiqi nəticəsində real sahibkarlıq fəaliyyəti ilə məşğul olan mikro sahibkarların fəaliyyətinin dəstəklənməsi, eləcə də azgəlirli mikro sahibkarların vergi yükünün optimallaşdırılması nəzərdə tutulur.

Mənbə: vergiler.az

2025-ci il üçün əməkhaqqıdan hansı tutulmalar olacaq?

1 232 233 234 235 236 237 238 2. 396