Qismən ödənişli məzuniyyət hüququ

posted in: Uncategorized | 0

Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə əmək münasibətlərində olan, bilavasitə uşağa qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər.

Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq yaş yarımına çatanadək respublika üzrə qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqının iki misli, uşaqların yaş yarımdan üç yaşına çatanadək isə minimum əmək haqqının bir misli miqdarında müavinət verilir.

Hamiləliyə və doğuşa görə sosial məzuniyyətlər

posted in: Uncategorized | 0

Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl yetmiş təqvim günü və doğuşdan sonra əlli altı təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət yetmiş təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

    • normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);
    • doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);
    • iki və daha çox uşaq doğudduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Məzuniyyət haqqı doğuşdan əvvəl verilmiş məzuniyyətin faktik istifadə edilən günlərinin sayından asılı olmayaraq, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.

2 aylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən uşaq böyüdən şəxslər doğuşdan sonra müəyyən edilmiş 56 təqvim günlük məzuniyyətdən, həmçinin bu Qanunun 12-ci, 23-cü və 30-cu maddələrində nəzərdə tutulan məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Hamiləliyə və doğuşa görə sosial məzuniyyət müddətində müavinətin hesablanması və ödənilməsi qaydası müvafiq qanunvericiliklə tənzimlənir.

Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması

posted in: Uncategorized | 0

Əmək, sosial və ödənişsiz məzuniyyətlərin verilməsi işverənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı, vəzifəsi, verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı və qurtardığı il, ay, gün göstərilməlidir.

Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı on gün qalmış verilir və işçi onunla tanış olub imza atır.

Əmr (sərəncam, qərar) verilərkən müəssisədə təsdiq edilmiş məzuniyyətlərin verilmə növbəliliyi və məzuniyyət hüququnu tənzimləyən qanunvericilik aktları və ya lokal aktlar (əmək bağlaşması, kollektiv müqavilə, saziş) əsas götürülür.

İşçi bu Qanunun 15-ci maddəsində göstərilən növbə üzrə müəyyən

edilmiş vaxtda əmək məzuniyyətindən istifadə etməkdən müəyyən səbəblərdən imtina edərsə, onun əsaslandırılmış ərizəsi əsasında müvafiq əmr (sərəncam, qərar) verilir.

İşçinin iradəsinə zidd olaraq onun məzuniyyətdən imtina etməsi barədə verilən əmr (sərəncam, qərar) etibarsız sayılır.

Müəssisədə məzuniyyətlərin verilməsinin dəqiq uçotu aparılmalıdır. Məzuniyyətlərin uçotu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi formada işçilərin şəxsi uçot «ərəqələrində aparılır. Həmin uçot vərəqələrində işçilərə verilən bütün növ məzuniyyətlər barəsində qeydlər əks etdirilməlidir.

İşverən məzuniyyətlərin uçotunu dürüst və vaxtında aparmağa borcludur.