» » » Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması

Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması

posted in: Uncategorized | 0
birbank biznes

Əmək, sosial və ödənişsiz məzuniyyətlərin verilməsi işverənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı, vəzifəsi, verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı və qurtardığı il, ay, gün göstərilməlidir.

Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı on gün qalmış verilir və işçi onunla tanış olub imza atır.

Əmr (sərəncam, qərar) verilərkən müəssisədə təsdiq edilmiş məzuniyyətlərin verilmə növbəliliyi və məzuniyyət hüququnu tənzimləyən qanunvericilik aktları və ya lokal aktlar (əmək bağlaşması, kollektiv müqavilə, saziş) əsas götürülür.

İşçi bu Qanunun 15-ci maddəsində göstərilən növbə üzrə müəyyən

edilmiş vaxtda əmək məzuniyyətindən istifadə etməkdən müəyyən səbəblərdən imtina edərsə, onun əsaslandırılmış ərizəsi əsasında müvafiq əmr (sərəncam, qərar) verilir.

İşçinin iradəsinə zidd olaraq onun məzuniyyətdən imtina etməsi barədə verilən əmr (sərəncam, qərar) etibarsız sayılır.

Müəssisədə məzuniyyətlərin verilməsinin dəqiq uçotu aparılmalıdır. Məzuniyyətlərin uçotu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi formada işçilərin şəxsi uçot «ərəqələrində aparılır. Həmin uçot vərəqələrində işçilərə verilən bütün növ məzuniyyətlər barəsində qeydlər əks etdirilməlidir.

İşverən məzuniyyətlərin uçotunu dürüst və vaxtında aparmağa borcludur.