İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi

posted in: Uncategorized | 0

Əmək münasibətlərində olan işçilərin məzuniyyətlərinin pul ilə əvəz edilməsi qadağandır.

İşçi bu Qanunun 31-ci maddəsində göstərilən qaydada məzuniyyətdən istifadə etməklə işdən çıxarılmağını bildirməyibsə, fərdi əmək müqaviləsinə (kontraktına) xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq ona istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi ödənilməlidir.

Əmək münasibətlərinə xitam verilərkən sosial məzuniyyətlər habelə bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan uşaqlı analara verilən əlavə məzuniyyətlər pul ilə əvəz edilmir.

Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçi ilə həmin iş ili başa çatanadək fərdi əmək müqaviləsinə (kontraktına) xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.

Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi

posted in: Uncategorized | 0

Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə fərdi əmək müqaviləsinə (kontraktına) xitam verilərkən (təqsirli hərəkətlərinə görə işverənin təşəbbüsü ilə işdən çıxarılma halları isti ana olmaqla) işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

Fərdi əmək müqaviləsi (kontraktında) başqa hal nəzərdə tutulmayıbsa, müddətli fərdi əmək müqaviləsinin (kontraktının) müddətinin bitməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilməsi hallarına da bu qayda şamil edilə bilər. Bu zaman fərdi əmək müqaviləsinin (kontraktının) müddəti məzuniyyət müddəti başa çatanadək uzadılmış hesab edilir.

İşçi bu maddədə nəzərdə tutulan hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Qanunun 32-ci maddəsi ilə müəyyən edilən qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.

Ödənişsiz məzuniyyətlərdən istifadə hüququ

posted in: Uncategorized | 0

Qohumluq borcunun yerikə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

Məzuniyyət vaxtı orta əmək haqqını ödəmək üçün vəsaitin mənbələri

posted in: Uncategorized | 0

Büdcədən maliyyələşdirilən idarələrdə və təşkilatlarda əmək məzuniyyətlərinin haqqı, onların maliyyələşdirilməsinə çəkilən xərclərin smetasında əmək haqqı üçün nəzərdə tutulan vəsait hesabına, təsərrüfat hesablı, özəl müəssisələrdə, ictimai təşkilatlarda (birliklərdə) və digər müəssisələrdə isə əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir.