2017-ci ilin sentyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Xəbər | 0

2017-ci ilin avqust ayına görə vergi ödəyiciləri tədiyəçisi olduğu

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

cari ilin sentyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi

cari ilin sentyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

Vergilər sentyabr ayında ödənilir, bəyannamə rüblük olaraq oktyabrın 20-dən gec olmayaraq təqdim edilir:

 

  • Muzdlu işlə əlaqədar 2017-c ilin avqust ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin sentyabr ayının 20-dəngec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvarın 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 3-cü rüb üzrə bəyannaməni oktyabrın 20-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2017-c ilin avqust ayı üzrə hesabladığı gəlir vergisi cari ilin sentyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (3-cü rüb üzrə bəyannamə oktyabrın 20-dən gec olmayaraq təqdim edilməlidir).

***

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

 

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

Xarici investisiyalı kommersiya hüquqi şəxslər üçün

posted in: Uncategorized | 0

Xarici investisiyalı kommersiya qurumunun dövlət qeydiyyatına alınması

– notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”

– “Təsisçi-fiziki şəxslər barədə məlumat

– təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədin surəti

– “Təsisçi-hüquqi şəxslər barədə məlumat

– təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti

– qurumun təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə

– qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərar (qərarlar)

– təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))

– təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun hər hansı bir ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənəd (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))

-“Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat” (yenidən təşkil nəticəsində yaradılan kommersiya qurumu üçün)

– “Müşahidə şurasının üzvləri barədə məlumat” (kommersiya qurumu cəmiyyət olduqda və ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (şəxsiyyəti təsdiq edən sənədlərin surətləri əlavə edilməklə))

– Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə)

– qanuni təmsilçinin şəxsiyyəti təsdiq edən sənədin surəti

– hüquqi ünvanını təsdiq edən sənəd

– dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz)

– məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.)

– nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi

– ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi

– etibarnamə (ərizə vəkil etdiyi şəxs tərəfindən imzalandıqda)

– bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq olaraq Mərkəzi Bankın, Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin müvafiq orqanının ilkin razılığını təsdiq edən sənəd.

şirkət açmaq, şirkət yaratmaq, şirkət qurmaq

Xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün

posted in: Xəbər | 0

Xarici investisiyalı hüquqi şəxslərin nümayəndəlik və filialı

Azərbaycan bazarında iştirak edən xarici investorlar öz fəaliyyətində müxtəlif üsulları, o cümlədən xarici investisiyalı hüquqi şəxslərin nümayəndəlik və filialların yaradılması yolunu seçirlər. Nümayəndəlik və filiallar anlayışları Azərbaycan Respublikasının Mülki Məcəlləsində şərh olunub.

Nümayəndəlik:

  • hüquqi şəxsin ayrıca bölməsidir;
  • onun olduğu yerdən kənarda yerləşir;
  • hüquqi şəxsin mənafeyini təmsil və müdafiə edir.

Hüquqi şəxsin filialı:

  • onun ayrıca bölməsidir;
  • hüquqi şəxsin olduğu yerdən kənarda yerləşir;
  • onun bütün funksiyalarını (yaxud bir hissəsini), o cümlədən nümayəndəlik funksiyalarını yerinə yetirir.

Mülki Məcəllənin 53-cü maddəsində təyin olunan bu anlayışlar xarici investisiyalı hüquqi şəxslərin nümayəndəlik və filiallarına da aiddir.

Nümayəndəlik və filiallar hüquqi şəxs deyil, fəaliyyətləri hüquqi şəxs tərəfindən təsdiq edilən əsasnamə əsasında tənzimlənir, onların rəhbərlərini hüquqi şəxs təyin edilir, həmin rəhbərlər etibarnamə əsasında fəaliyyət göstərir.

Xarici investisiyalı hüquqi şəxslərin dövlət qeydiyyatı

Azərbaycanda biznesə başlayan sahibkarı onu mütləq dövlət qeydiyyatına aldırmalıdır, çünki qeydiyyatsız sahibkarlıq fəaliyyəti qanun pozuntusudur. Bu həm yerli investisiyalı, həm də xarici investisiyalı hüquqi şəxslərə aiddir. Qeydiyyat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun tələblərinə əsasən aparılır. Qanunun 2-ci maddəsi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə əsas anlayışları əhatə edir. “Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət” bu sıraya aiddir.

“Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir.”

Hüquqi şəxslərin, o cümlədən xarici investisiyalı hüquqi şəxslərin dövlət qeydiyyatı qeyd edilən Qanunun 5-ci maddəsinin müddəaları əsasında aparılır.

Xarici investisiyalı kommersiya hüquqi şəxslərin vergi orqanlarında uçota alınması onların dövlət qeydiyyatı hesab olunur.

Xarici kommersiya hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatı

Xarici kommersiya hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatı üçün aşağıdakı sənədlər təqdim edilir:

  • https://www.taxes.gov.az/vn/1/kommersiya.zip (Notariat qaydasında təsdiqlənmiş);
  • https://www.taxes.gov.az/vn/1/download_new/a3.xls
  • nümayəndəliyin yaxud filialın 2 nüsxədə əsasnaməsi;
  • nümayəndəliyin və ya filialın yaradılması haqqında qərar;
  • rəhbərinin təyin edilməsi barədə xarici hüquqi şəxsin qərarı (əsli və ya notarial təsdiqlənmiş surəti, şəxsiyyəti təsdiq edən sənədin surəti);
  • nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin xarici ölkədə qeydiyyat sənədləri;
  • nümayəndəliyin və ya filialın hüquqi ünvanını təsdiq edən sənəd;
  • dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
  • nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq));
  • nümayəndəlik və ya filial xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat”;
  • ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;
  • etibarnamə (ərizə vəkil etdiyi şəxs tərəfindən imzalandıqda);
  • xarici bankların və siğorta şirkətlərinin nümayəndəlikləri və ya filialları yaradıldıqda müvafiq olaraq Mərkəzi Bankın və Maliyyə Nazirliyinin ilkin razılığını təsdiq edən sənəd.

Xarici kommersiya hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin uyğun struktur vahidlərində aparılır.

Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

Yerli investisiyalı kommersiya hüquqi şəxslər üçün

posted in: Uncategorized | 0

Yerli investisiyalı kommersiya qurumunun dövlət qeydiyyatına alınması (təhsil müəssisələri istisna olmaqla)

– notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”

“Təsisçi-fiziki şəxslər barədə məlumat”

–  təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti

“Təsisçi-hüquqi şəxslər barədə məlumat”

– təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti

– qurumun təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə

– qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərar (qərarlar)

“Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat” (yenidən təşkil nəticəsində yaradılan kommersiya hüquqi şəxs üçün)

– “Müşahidə şurasının üzvləri barədə məlumat (kommersiya qurumu cəmiyyət olduqda və ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə))

Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə)

– qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti

– hüquqi ünvanını təsdiq edən sənəd

– dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz)

– məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.)

– nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi

– ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi

– etibarnamə (ərizə vəkil etdiyi şəxs tərəfindən imzalandıqda)

– bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq olaraq Mərkəzi Bankın, Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin müvafiq orqanının ilkin razılığını təsdiq edən sənəd.

Kommersiya qurumunun onlayn qeydiyyatı

– Gücləndirilmiş elektron imza

– yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı zamanı təsisçinin tərtib etdiyi nizamnamənin seçilməsi halında nizamnamə

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı dərhal, adi elektron dövlət qeydiyyatı isə 1 gündən gec olmayaraq həyata keçirilir.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün Vergilər Nazirliyinin “İnternet vergi idarəsi”ndə yerləşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununa müvafiq olaraq Azərbaycan Respublikasında hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır. (“Onlayn kargüzarlıq” internet səhifəsindən istifadə TƏLİMATI )

– Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı

– Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin adi elektron dövlət qeydiyyatı.