» » » 2017-ci ilin sentyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

2017-ci ilin sentyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Xəbər | 0
birbank biznes

2017-ci ilin avqust ayına görə vergi ödəyiciləri tədiyəçisi olduğu

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

cari ilin sentyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi

cari ilin sentyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

Vergilər sentyabr ayında ödənilir, bəyannamə rüblük olaraq oktyabrın 20-dən gec olmayaraq təqdim edilir:

 

  • Muzdlu işlə əlaqədar 2017-c ilin avqust ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin sentyabr ayının 20-dəngec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvarın 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 3-cü rüb üzrə bəyannaməni oktyabrın 20-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2017-c ilin avqust ayı üzrə hesabladığı gəlir vergisi cari ilin sentyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (3-cü rüb üzrə bəyannamə oktyabrın 20-dən gec olmayaraq təqdim edilməlidir).

***

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

 

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.