Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi

posted in: Uncategorized | 0

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətdən əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyənləşdirilir.

Müəssisədə, idarədə, təşkilatda 12 təqvim ayından az işləyib məzuniyyətə çıxmaq istəyən şəxslərin orta aylıq əmək haqqı faktik işlənmiş tam təqvim aylarına əsasən hesablanır.

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30, 4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği əmək məzuniyyətinin təqvim günlərinin sayına vurulur.

Məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işdən çıxarkən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.

Məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci üç gün qalmış ödənilməlidir.

Məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyət başlanandan sonra ödənilmişdirsə, məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik ödənildiyi gündən hesablanmalıdır.

Məzuniyyət vaxtı üçün hesablanmış əmək haqqı qanunvericilikdə nəzərdə tutulan qaydada əmsallaşdırılır.

Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri

posted in: Uncategorized | 0

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə, sosial sığorta ayırmaları tutulan bütün əmək haqqı növləri, o cümlədən daxili əvəzçilik üzrə əmək haqqı nəzərə alınır.

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və nəzərə alınmayan ödənişlərin geniş siyahısını, habelə zəruri hallarda məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırlayıb təsdiq edir.

Təhsil almaqla əlaqədar verilən ödənişli məzuniyyətlər

posted in: Uncategorized | 0

İstehsalatdan ayrılmadan təhsil alan işçilərə aşağıdakı ödənişli məzuniyyətlər verilir:

    • laboratoriya işlərinin yerinə yetirilməsi, yoxlamaların və imtahanların verilməsi üçün;
    • dövlət imtahanları verilməsi üçün;
    • diplom layihəsinin (işinin) hazırlandığı və müdafiə edildiyi dövr üçün.

Ali məktəblərin axşam şöbələrində müvəffəqiyyətlə oxuyan tələbələrə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il birinci və ikinci kurslarda 20 təqvi , günü, üçüncü və daha yuxarı kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir. Orta ixtisas məktəblərinin axşam şöbələrində müvəffəqiyyətlə oxuyan şagirdlərə laboratoriya işlərini yerin w yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il birinci və ikinci kurslarda 10 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 20 təqvim günü müddətində məzuniyyət verilir.

Ali və orta ixtisas məktəblərinin qiyabi şöbələrində müvəffəqiyyətlə oxuyan tələbələrə və şagirdlərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il biri nci və ikinci kurslarda 30 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 40 təqvim günü müddətində məzuniyyət verilir.

Ali və orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan tələbələrə və şagirdlərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.

Diplom layihəsinin (işinin) hazırlandığı və müdafiə edildiyi dövrdə ali məktəblərin axşam və qiyabi şöbələrinin tələbələrinə 4 təqvim ayınadək, orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrinin şagirdlərinə isə 2 təqvim ayınadək məzuniyyət verilir.

Texniki peşə məktəblərində istehsalatdan ayrılmadan müvəffəqiyyətlə təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün il ərzində 34 təqvim günü müddətində məzuniyyət verilir.

Orta ümumtəhsil məktəblərinin nəzdində axşam siniflərində və qiyabi qruplarında istehsalatdan ayrılmadan təhsil alan işçilərə XI buraxılış siniflərində imtahanları vermək üçün 20 təqvim günü, IX sinifdə isə 8 təqvim günü müddətində məzuniyyət verilir.

Məzuniyyətlərdən həmin müəssisə və təşkilatda əmək stajından asılı olmayaraq, təhsil proqramında nəzərdə tutulan dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.

Magistraturaya, doktoranturaya (aspiranturaya) qəbul imtahanı verən işçilərə 31 təqvim günü ödənişli məzuniyyət verilir.

İstehsalatdan ayrılmadan magistraturada, doktoranturada (aspiranturada) təhsil alan işçilərin hər il 31 təqvim günü müddətində ödənişli məzuniyyət almaq hüququ vardır.

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri

posted in: Uncategorized | 0

İşverənlə əmək münasibətlərində olmaqla yanaşı magistraturada (aspiranturada), doktoranturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün yaradıcılıq məzuniyyətləri verilir.

Elmlər namizədi (magistr) elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü üç təqvim ayınadək, elmlər doktoru (doktor) elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə altı təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətlərindən işçi ixtisaslaşd ırılmış elmi şuranın qərarına uyğun olaraq ona verilən xüsusi arayış əsasında istifadə edir. Məzuniyyətin konkret müddəti elmi şuranın qərarı ilə müəyyən edilir.

Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, yaxud müvafiq dövlət idarəetmə orqanının qərarı ilə üç ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. Bu məzuniyyət müvafiq dövlət idarəetmə orqanının qərarı ilə xüsusi arayış əsasında verilir. Məzuniyyə bin konkret müddəti arayışda göstərilməlidir.