» » » Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi

posted in: Uncategorized | 0
birbank biznes

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətdən əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyənləşdirilir.

Müəssisədə, idarədə, təşkilatda 12 təqvim ayından az işləyib məzuniyyətə çıxmaq istəyən şəxslərin orta aylıq əmək haqqı faktik işlənmiş tam təqvim aylarına əsasən hesablanır.

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30, 4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği əmək məzuniyyətinin təqvim günlərinin sayına vurulur.

Məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işdən çıxarkən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.

Məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci üç gün qalmış ödənilməlidir.

Məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyət başlanandan sonra ödənilmişdirsə, məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik ödənildiyi gündən hesablanmalıdır.

Məzuniyyət vaxtı üçün hesablanmış əmək haqqı qanunvericilikdə nəzərdə tutulan qaydada əmsallaşdırılır.