Əmək stajına görə və uşaqlı qadınlara verilən əlavə məzuniyyətlər

posted in: Uncategorized | 0

Əmək stajından asılı olaraq işçilərə(pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər istisna edilməklə):

    • beş ildən çox əmək stajı olduqda — 3 təqvim günü;
    • on ildən çox əmək stajı olduqda — 6 təqvim günü;
    • on beş ildən çox əmək stajı olduqda — 9 təqvim günü müddətində əlavə məzuniyyətlər verilir.

Əmək stajına görə əlavə məzuniyyətin müddətinin müəyyən edilməsindən ötrü ümumi əmək stajı pensiyaların təyin edilməsi üçün müəyyənləşdirilmiş qaydada hesablanır.

Əsas və əlavə məzuniyyətlərinin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan işləyən qadınlara 3 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 16 yaşınadək əlil uşağı olan qadınlara isə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Bu maddənin üçüncü hissəsində göstərilən əlavə məzuiyyət hüququ uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə də şamil edilir.

Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərin məzuniyyəti

posted in: Uncategorized | 0

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət alan şəxslərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, « İstiqlal» ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş şəxslərə məzuniyyət 42 təqvim günündən az olmayaraq verilir.

İşçilərin fizioloji keyfiyyətlərinə görə verilən əsas məzuniyyətlər və onların müddətləri

posted in: Uncategorized | 0

Yaşı 16-dan az olan işçilərə əsas məzuniyyət — 42 təqvim günü, 16 yaşından 18 yaşınadək işçilərə isə 36 təqvim günü müddətində verilir.

Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq (Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib əlil olan şəxslərdən başqa) bütün işləyən əlillərə əsas məzuniyyət 42 təqvim günündən aza olmayaraq veri +ir.

Teatr-tamaşa və digər müəssisələrin bəzi kateqoriyalardan olan işçilərinin məuniyyətlərinin tənzimlənməsi

posted in: Uncategorized | 0

Teatr-tamaşa müəssisələrinin bədii rəhbər və artist heyətinin, bilavasitə səhnəyə xidmət edən işçilərinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii rəhbər və artist heyətinin, habelə Azərbaycan Respublikasının dövlət müəssisələrinin və bi gə müəssisələrinin xarici ölkələrdə olan işçilərinin əmək məzuniyyətlərinin müddətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.