Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətləri

posted in: Uncategorized | 0

Pedaqoji və elmi fəaliyyətlə məşğul olan aşağıdakı işçilərin əmək məzuniyyətləri bu maddədə nəzərdə tutulan müddətdə verilir:

    • illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan tədris müəssisələrinin rəhbər və inzibati-tədris heyəti işçilərinə; xüsusi rejimli tədris müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeyster, akkompaniator, xormeyster və başqa musiqi işçilərinə; bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi-müəllimlərdən başqa), uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara; tədris müəssisələrinin tərbiyəçilərinə (məktəbyanı internatların tərbiyəçilərindən başqa), eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə; sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə – 56 təqvim günü;
    • uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara: metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına; məktəbyanı internatların tərbiyəçilərinə; məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərə; məşqçi-müəllimlərə – 42 təqvim günü;
    • bütün ixtisaslardan və adlardan olan müəllimlərə, uşaq birliyi təşkilatının rəhbərlərinə, magistrlərinə, hərbi rəhbərlərinə, əmək təlimi ustalarına və təlimatçılarına;
    • sosial təminat orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pe daqoji fəaliyyətlə məşğul olan işçilərinə — 56 təqvim günü;
    • uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə; tədris müəssisələrinin tərbiyəçilərinə, dərnək və musiqi rəhbərlərinə;
    • metodika kabinetlərinin və mərkəzlərinin metodistlərinə və təlimatçılarına — 42 təqvim günü;
    • elmi tədqiqat müəssisələrinin, habelə ali məktəblərin elmi tədqiqat bölmələrinin elmlər doktoru (doktor) elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlər nə, elmi katiblərinə;
    • müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə — 56 təqvim günü;
    • sadalanan işçilərin elmlər namizədi (magistr) elmi dərəcəsi olduqda isə 42 təqvim günü.

Əsas məzuniyyət və onun müddətləri

posted in: Uncategorized | 0

Əsas məzuniyyət işçinin fərdi əmək müqaviləsində (kontraktında) göstərilmiş vəzifəsi, peşəsi, ixtisası üzrə minimum müddəti bu Qanunla müəyyən edilmiş məzuniyyətdir.

Mülkiyyət növündən asılı olmayaraq bütün müəssisələrdə işçilərə əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

Əmək stajından asılı olaraq əsas məzuniyyətlər bu Qanunun 12ci maddəsində nəzərdə tutulan miqdarda artırılır.

Aşağıdakı işçilərə əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:

    • kənd təsərrüfatı istehsalında çalışan işçilərə;
    • müəssisələrin, idarələrin və təşkilatların rəhbər işçilərinə və mütəxəssislərinə;
    • xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə ;
    • tədris müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;
    • elmi dərəcəsi olmayan elmi işçilərə;
    • həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

Bu maddənin dördüncü hissəsinin ikinci abzasında göstərilən işçilərin siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri işə və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.

Əmək məzuniyyəti anlayışı

posted in: Uncategorized | 0

Əmək məzuniyyəti işverənlə əmək münasibətlərində olan işçinin əməyinin və istehsalın xarakterinə görə normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır.

Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır.

Əmək məzuniyyəti müvafiq vəzifə, peşə, ixtisas üzrə əmək vəzifələrini yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və iş stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.

İşçilərin ayrı-ayrı kateqoriyalarının məzuniyyət hüququnun tənzimlənməsi

posted in: Uncategorized | 0

Hərbi qulluqçulara məzuniyyətlərin verilməsi onların xidmət etdikləri hərbi qurumların daxili nizamnamələri, həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Onlara sosial məzuniyyətlər bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən verilir.

Müvəqqəti və mövsümi işçilərin məzuniyyət hüququ onlar işdən çıxarkən müqavilə müddətində işlədikləri vaxta mütənasib olaraq müvafiq pul əvəzi ödənilməklə həyata keçirilir.

Əvəzçilik üzrə işləyənlər əsas iş yerində verilən məzuniyyətlə bir vaxtda, qulluq etdikləri əlavə iş yerində də ödənişli məzuniyyət almaq hüququna malikdirlər.