» » » Əsas məzuniyyət və onun müddətləri

Əsas məzuniyyət və onun müddətləri

posted in: Uncategorized | 0
birbank biznes

Əsas məzuniyyət işçinin fərdi əmək müqaviləsində (kontraktında) göstərilmiş vəzifəsi, peşəsi, ixtisası üzrə minimum müddəti bu Qanunla müəyyən edilmiş məzuniyyətdir.

Mülkiyyət növündən asılı olmayaraq bütün müəssisələrdə işçilərə əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

Əmək stajından asılı olaraq əsas məzuniyyətlər bu Qanunun 12ci maddəsində nəzərdə tutulan miqdarda artırılır.

Aşağıdakı işçilərə əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:

    • kənd təsərrüfatı istehsalında çalışan işçilərə;
    • müəssisələrin, idarələrin və təşkilatların rəhbər işçilərinə və mütəxəssislərinə;
    • xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə ;
    • tədris müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;
    • elmi dərəcəsi olmayan elmi işçilərə;
    • həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

Bu maddənin dördüncü hissəsinin ikinci abzasında göstərilən işçilərin siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri işə və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.