Nəzarət-kassa aparatının online qeydiyyatı və qeydiyyatdan çıxarılması

posted in: Xəbər | 0

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

  • VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

  • VM-nin 16.1.8 və 24.0.6-cı maddələri
  • AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri
  • NK-nın  28.12.1995-ci il tarixli 266 nömrəli Qərarı
  • NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”
  • VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer:

  • İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi:

  • VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti:

  • Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

  • Nəzarət-kassa aparatının qeydiyyatı haqqında bildiriş (e-qutuya  göndərilir) NKA-nın qeydiyyat vərəqəsinin kağız daşıyıcısında alınması üçün vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə müvafiq vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.

Elektronlaşdırma səviyyəsi

  • Tam elektronlaşıb

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Minimum tələblə, 1 ildən aşağı təcrübəsi olan mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: TAX CLINIC MMC

  • Şəhər: Bakı
  • Yaş: 22 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Telefon: (012) 555-60-09
  • Əlaqədar şəxs: Nəzrin

İş barədə məlumat

  • Müxtəlif şirkətlərin vergi və mühasibat uçotunun aparılması;
  • Dövlət orqanlarına müvafiq hesabatların göndərilməsi;
  • İşdən irəli gələn tapşırıqların icrası
  • İş qrafiki: Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək

Namizədə tələblər

  • Ali təhsil;
  • Mühasibat və vergi qanunvericiliyi sahəsində nəzəri biliklər;
  • Ofis proqramları ilə işləyə bilmək;
  • Məsuliyyətli, diqqətli.

Əmək haqqı: 300 AZN

Mənbə: boss.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

7 xarici şirkət Azərbaycandan getdi

posted in: Xəbər | 0

 

  • “ABB AS” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 9900070471) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A, Landmark Ofis Plaza, 12-ci mərtəbə ünvanına bildirə bilərlər.
  • “KONGSBERG OIL and GAS TECHNOLOGIES AS” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1303532411) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, Port Baku Tarues Biznes Mərkəzi, Cənub Qülləsi, 9-cu mərtəbə, AZ1010 ünvanına bildirə bilərlər.
  • “INTEREX SERVICES GROUP LLP” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: 1303096641) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 1B, mənzil 12 ünvanına bildirə bilərlər.
  • “NOVACOTEK TRANSPORTATION AND DELIVERY SERVICES LLP” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1402766351) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini. Nəsimi rayonu, Cavad xan küçəsi, ev 62, mənzil 28 ünvanına bildirə bilərlər.
  • “RIVIERA GREEN SMART S.R.L” Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: 1401384641) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi 59, mənzil 63 ünvanına bildirə bilərlər.
  • “Saipem S.p.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: 9900058811) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96, landmark 1, 3-cü mərtəbə  ünvanına bildirə bilərlər.
  • “CAPITAL RESOURCES ADVISORS LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1401476301) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Neftçilər prospekti 89 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Daşınmaz əmlak satışından verginin Exceldə hesablanması

posted in: Excel, Vergi, Xəbər | 0

Hamımıza məlumdur ki, 1 yanvar 2016-cı il tarixindən etibarən, Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirən şəxslər notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunur. Yəni, bundan sonra satılacaq hər bir daşınmaz əmlaka görə sadələşdirilmiş vergi ödəmə məcburiyyəti vardır.

Bu verginin Exceldə avtomatik necə hesablanacağını isə, bu yazımızda müzakirə edəcəyik.

Bunun üçün, əvvəlcə hazır cədvəl və hesablamalar olan faylımızı yükləyək:  

Gördüyümüz kimi, faylda cəmi 2 cədvəl var. Sağdakı cədvəldə zonalar üzrə məlumatlar, sağdakı cədvəldə isə, hesablamalarımız yer alır.

Verginin hesablanmasi - 1.png

 

 

 

 

 

 

 

 

 

 

Bakı şəhəri üzrə daşınmaz əmlakınızın hansı zonaya aid olduğunu öyrənmək üçün Nazirlər Kabinetinin müvafiq Qərarına baxmanız kifayətdir.

Əsas işimizə yarayan sol cədvəldə isə, sadəcə sarı ilə seçilmiş olan sahələr, yəni – daşınmaz əmlakınızın Yaşayış vəya Qeyri-yaşayış sahəsi olması, sahəsi və əmlakınızın zonasını seçməyimiz kifayət edəcəkdir. Vergimiz avtomatik hesablanmış olacaqdır.

Verginin hesablanmasi - 2

 

 

 

 

 

 

 

 

 

Bu 3 komponenti düzgün daxil etdikdən sonra, vergimiz avtomatik hesablanacaqdır. Məsələn, Bakı şəhəri 5-ci zonada yerləşən 150 m2 sahəsi olan qeyri-yaşayış əmlakımızı satsaq, 6,075 AZN sadələşdirilmiş vergi ödəməli olacağıq.

Verginin hesablanmasi - 3

 

 

 

 

 

 

 

Müəllif: Elçin Xəlilov

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az