Hansı hallarda sadələşdirilmiş vergi ödəyicilərinə səyyar vergi yoxlaması açıla bilər?

posted in: Vergi, Xəbər | 0

Sual: Cənab prezidentin son fərmanına əsasən sadələşdirilmiş vergi ödəyicilərində səyyar vergi yoxlamaları aparıla bilərmi? Ümumiyyətlə Vergilər Nazirliyi tərəfindən hansı sahələrdə yoxlamalar aparıla bilər?

Cavab: Bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılmağına baxmayaraq vergi yoxlamalarına moratoriumun tətbiqi istisna edilmiş, hal-hazırda qeyd olunan Qanuna dəyişiklik edilərək onun müddəti 1 yanvar 2021-ci il tarixədək uzadılmışdır.

Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetində keçirilən iclasda verilən tapşırıqların irəli gələrək Vergilər Nazirliyinin Kollegiyası tərəfindən illik dövriyyəsi 120.000 manatdan (sonradan bu hədd 200.000 manatadək artırılmışdır) aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (mənbəyi bəlli olan məlumatlar əsasında və ya vergi orqanının vergi ödəyicisi barəsində apardığı araşdırma nəticəsində vergidənyayınma riski yüksək olan vergi ödəyiciləri, əmək müqavilələrinin başlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət, habelə dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin dayandırılması barədə 13.11.2015-ci və 13.06.2016-cı il tarixli Qərarlar qəbul olunmuşdur.

Bax: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1410-IVQ nömrəli Qanunu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 31 oktyabr 2017-ci il tarixli 845-VQD nömrəli Qanunu.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda Maliyyə Monitorinqi Xidməti yaradılır

posted in: Maliyyə, Xəbər | 0

maliyyəAzərbaycanda Maliyyə Monitorinqi Xidməti yaradılır


Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.

Prezident Administrasiyasına Xidmətin nizamnaməsinin layihəsini bir ay müddətində hazırlamaq tapşırılıb.

Nazirlər Kabinetinə isə Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Xidmətin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etsin, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Xidmətin fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Xidmətin istifadəsinə verilməsi ilə bağlı tədbirlər görmək və bu barədə üç ay müddətində Azərbaycan prezidentinə məlumat vermək həvalə olunub.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi qanunvericiliyində ediləcək dəyişikliklər açıqlanıb

posted in: Vergi, Xəbər | 0

vergiBu il vergi qanunvericiliyində dəyişikliklərlə bağlı bir sıra təkliflər təqdim olunacaq.

Bunu mayın 25-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr edilmiş konfransda vergilər naziri Mikayıl Cabbarov bildirib.

Konfransda çıxış edən nazir vergi sistemində aparılan islahatlar və vergi qanunvericiliyində gözlənilən dəyişikliklərlə bağlı bir sıra açıqlamalar verib. M.Cabbarov qeyd edib ki, mikro və kiçik sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması nəzərdə tutulur. Vergi dəyişiklikləri paketində digər mühüm məsələ isə dövlət başçısının tapşırığı ilə vergi yükünün azaldılmasına və işçilərin əməkhaqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən islahatdır. Müzakirə olunan vahid vergi yükünün həcmi hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, yəni aşağıdır. Belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əməkhaqlarının uçotda real şəkildə əks etdirilməsinə, işçilərin hüquqlarının müdafiə olunmasına xidmət edəcək, bu işə öz töhfəsini verəcək.

Vergi qanunvericiliyinə ediləcək digər dəyişikliklər vergi uçotunun bərpası və şəffaflaşdırılması, həmçinin vergidən yayınma hallarına görə cəza tədbirlərinin sərtləşdirilməsi ilə bağlıdır. Nazir vurğulayıb ki, vicdanlı vergiödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır. Vicdanlı vergiödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, bütün vasitələrlə onun qarşısını almaqdır. Vergi güzəştləri və azadolmalarla bağlı hər konkret hal üçün fərdi yanaşma metodu tətbiq edilməlidir. Vergi güzəştləri xüsusi əhəmiyyət kəsb edən sahələr üçün lazımdır. Məsələn, kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələr pozitiv dəyərləndirilir. Lakin şüurlu sürətdə vergidən yayınan sahibkara vergidə güzəşt edilməsi məqbul sayıla bilməz.

Vergilər naziri 2018-ci ilin ilk dörd ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə səyyar vergi yoxlamalarının sayının 40 faiz azaldığını da qeyd edib.

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslər təltif edildi

posted in: Xəbər | 0
sahibkarAzərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən bir qrup şəxsə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar mühəndis”

Qasımov Şahbaz Məmmədhəsən oğlu

Vəliyev Şahmar Rüstəm oğlu

Yaqubov Nəriman İbrahim oğlu

“Əməkdar jurnalist”

Əliyev Abbas Murad oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2018-ci il.

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Abbasov Ceyhun Həsən oğlu

Abdinov Rövşən Möhsün oğlu

Baxışov Fəxrəddin Əlisa oğlu

Eyyubov Ruslan Nəbi oğlu

Əmirbəyova Jalə Əhməd qızı

Fərzəliyev Hüseyn Həbib oğlu

Həsənov Arif Tapdıq oğlu

Hüseynov Vahid Mirzəxan oğlu

İsgəndərova Pərvanə Cəfər qızı

Kərimov Alik Kainbəy oğlu

Qafarov Əbülfəz Hənifə oğlu

Məlikov Cabir Eyyub oğlu

Məmmədov Mehran Rauf oğlu

Məmmədov Tələt Rəfi oğlu

Muradzadə Vəfa Əlövsət qızı

Mustafayev Tacəddin İslam oğlu

Nağıyev Məhəmməd Nağı oğlu

Naibov Camal Böyük oğlu

Nəsibova Tükəzban Nüsrət qızı

Nuriyev Zakir Əlibala oğlu

Rəhimov Seyfəddin Rəhman oğlu

Turabov Heydər Yusif oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Kərimov Əlövsət Həşim oğlu

Məmmədov Amir Vəcahəddin oğlu

Məmmədov Aydın Nadir oğlu

Nuruyev Zaur Bahadur oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.